Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 3,36 Mb.
səhifə87/113
tarix03.06.2018
ölçüsü3,36 Mb.
#52480
1   ...   83   84   85   86   87   88   89   90   ...   113

Bildirişlər


1. Yaranış məqsədsiz, insan özbaşına deyil. Əbəslik və məqsədsizlik Allahın şənində deyil.

2. Allahın müqəddəs zatını istənilən bir düşüncədən üstün, Onun fellərini istənilən batil işdən pak-pakizə bilək.

3. Hökmlü, həqiqi, mütləq, təkbaşına hakimiyyət yalnız Allaha məxsusdur.

4. Peyğəmbər (s) vəhyi dinləməyə və qəbul etməyə vurğun idi.

5. Hər bir şey müəyyən qaydalar əsasında əldə olunur.

6. Quranın Peyğəmbərlə (s) bağlı qadağaları onun sədaqətini göstərir. Əks-təqdirdə, kimsə qadağaya boyun qoymur.

7. İlahi qanunları bəyan edərkən dövrün şəraitini nəzərə almaq lazımdır.

8. Elmi həqiqi alimdən tələb edək.

9. Elm və bilik üçün son hədd yoxdur. Təhsili başa vurmaq mümkünsüzdür.

10. Yalnız Qurani-məcid həqiqi elmdir.

11. Bir şəxsə müəyyən şeyi qadağan etdikdə ona doğru yolu göstərək.

12. Kamilliyə can atmaq müsbət səciyyədir.

13. Elm insanın inkişaf vasitəsidir.

14. Elm o vaxt səmərə verir ki, insan elmə yiyələndikcə onun tutumu da artsın.

15. Allah duasız da lütf edə bilər. Amma Öz peyğəmbərini duaya çağırır.

16. Dua zamanı “Rəbb” və “Allahın rübubiyyəti” təbirlərindən faydalanaq.

17. Allahdan savay hamının, hətta Peyğəmbərin (s) də elmi məhduddur.

● Ayə 115:


﴿وَلَقَدْ عَهِدْنَا إِلَى آدَمَ مِن قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا﴾

Şübhəsiz, bundan öncə Adəmlə peyman bağladıq. Amma o unutdu Biz onda əzm görmədik.”



● Ayə 116:


﴿وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَى﴾

Mələklərə «Adəm üçün səcdə edin» dediyimiz vaxt İblisdən başqa hamısı səcdəyə qapıldı. Yalnız o, boyun qaçırıb imtina etdi.”



Nöqtələr


Quranın başlanğıcından bu yerədək 6-cı dəfədir ki, Adəm və İblisin əhvalatı ilə rastlaşırıq. Əvvəllər “Bəqərə”, “Əraf”, “Hicr”, “İsra” və “Kəhf” surələrində bu mövzuya toxunulmuşdu.1

Bu əhvalatda “əhd-peyman” dedikdə xüsusi bir bitkinin bəhrəsindən yeməmək göstərişi nəzərdə tutulur. “İtaətsizlik” dedikdə isə əmrin yerinə yetirilməsinə göstərilən diqqətsizlik nəzərdə tutulmuşdur. Axı bir şeyi mütləq yaddan çıxarmağa görə qınaq yoxdur. Ayədə “əzm” dedikdə İblisin vəs-vəsələri qarşısında möhkəm iradə nəzərdə tutulur.

İmam Kazim (ə) buyurur: “Səcdə göstərişi və İblisin itaətsizliyi bir növ Peyğəmbər (s) üçün təsəllidir. Onun nəzərinə çatdırılır ki, göstərişlərinə itaətsizlik səni pərişan etməsin, İblis də Mənim göstərişimə itaət etmədi.2

Bildirişlər


1. Allah bəşəriyyəti özbaşına buraxmamışdır.

2. İnsan təbii şəkildə ifrat və təfrit təhlükəsi ilə dayanmış bir mövcuddur. Bu təhlükədən insanı yalnız Allah hifz edə bilər.

3. İlahi vəzifələrin yerinə yetirilməsində əzm göstərmək lazımdır.

4. İnsanın mühüm büdrəmə amillərindən biri insanlıq kəraməti və məqamından xəbərsizlik, digəri daxili və xarici düşməni tanımamaqdır. Quran dəfələrlə bu barədə xəbərdarlıq edir.

5. Allahın əmri ilə mələklərin Adəmə səcdə etməsi Adəmin mələklərdən üstünlüyünü göstərir. Əks-təqdirdə İblis özünü daha xeyirli bilib etiraz etməzdi.

6. Mələklər Allahın əmrinin icrasında bir an belə yubanmır.



● Ayə 117:


﴿فَقُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَّكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى﴾

Dedik: «Ey Adəm! Həqiqətən, bu (İblis), sənin zövcənin düşmənidir. Məbada, sizi behiştdən çıxarsın. Yoxsa əzab-əziyyətə düşəcəksən.»”



● Ayə 118:


﴿إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَى﴾

Həqiqətən, sən orada (behiştdə) ac qalarsan, çılpaq.”



● Ayə 119:


﴿وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَى﴾

Burada (behiştdə) susuz qalarsan, günəşin istisindən əziyyət görərsən.”



Nöqtələr


Burada şeytan yalnız Adəm və Həvvanın düşməni kimi tanıtdırılsa da, başqa bir yerdə onun bütün insanlarla düşmən olduğu qeyd edilir.1

Ayədə “təşqa” dedikdə maddi həyat çətinlikləri nəzərdə tutulmuşdur. Digər ayələrdən məlum olur ki, behiştdə aclıq, çılpaqlıq, susuzluq yoxdur. Yəni yalnız behiştdən xaric olduqda məşəqqət labüddür.


Bildirişlər


1. Allahın Öz bəndələrinə ən böyük lütflərindən biri onları şeytanın təhlükəsindən xəbərdar etməsidir.

2. Haqq və batil arasında düşmənçilik və müharibə xilqətin əvvəlindən mövcud olmuşdur.

3. Həm qadın, həm də kişi düşmənin təbliğatları və şeytanın vəsvəsələri üçün hədəfdir.

4. Bəndələrə höccəti tamamlamaq, yetərli dəlillər gətirib bəhanələri kəsmək ilahi sünnədir.

5. Dünya həyatı məşəqqətlə müşayiət olunur.

6. İnsanın ilkin ehtiyacları dörd şeydə özünü göstərir: aclıq və susuzluq kimi daxili ehtiyaclar, çılpaqlıq və məskənsizlik kimi xarici ehtiyaclar. Ayədə bu dörd çətinliyin hər birinə işarə olunmuşdur.



● Ayə 120:


﴿فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَى شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَّا يَبْلَى﴾

Şeytan ona vəsvəsə edib dedi: «Ey Adəm! Sənə əbədilik ağacı uçulub-dağılmayan mülkü göstərimmi?»”




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin