Siyasi bəlağət
Natiqdə qiymətli olan nə söz, nə də səsinin gözəlliyidir, qiymətli olan odur ki, o, xalqın can atdığı şeyə can atsın, vətənin nifrət etdiyi və sevdiyi eyni şəxsləri sevsin və nifrət etsin. (Demosfen)
Siyasi bəlağət kimi müəyyən olunan mətnin məqsədi ondadır ki, faktların reallığı ilə məqsədlərin ideallığını bir dəfəyə birləşdirsin. Məhz buna görə də hakimiyyət və ya hakimiyyət görüntüsü həmişə aksioloji yazı üslubu hazırlayır ki, orada adətən faktı onun əhəmiyyətindən – dəyərindən ayıran məsafə sözün öz hüdudlarında məhv edilir, söz həm faktın konstatasiyası, həm də onun qiyməti olur. Söz aliliyə çevrilir (yəni, cinayət yerində olmamaq haqqında sübut, bəraət aktı olur).1 Siyasi mətndə “dilin alibisi eyni zamanda həm hədə-qorxu vasitəsi, həm də tərifləmək vasitəsi olur: həqiqətən də məhz hakimiyyət (və ya onun uğrunda mübarizə) daha çox xarakterik olan yazı üslubları yaradır”.2 “Ritorika ideologiyanın ifadə olunan tərəfidir”.3
Siyasi nitqləri məhkəmə nitqlərindən ilk dəfə ayıran İsokrat olmuşdur. İsokratın özüdə “Əmlakın ləğv edilməsi” nitqində publisist və ritorika məktəbinin başçısı kimi öz fəaliyyətini müdafiə edərək yaratdığı yeni janrın təhlilinə kifayət qədər çox yer vermişdir”.4 Dəyər meyarı kimi “bütün ellinlər üçün olan, ictimai fayda” nəzərdə tutulurdu.
Siyasi nitq dövlətin təhlükəsizliyi, gücü və ləyaqəti anlayışına əsaslanır. Siyasi nitqdə toposlar – ümumi yerlər xüsusi yer tutur. Bunlar sübut mənbələri deyil, emosional gücləndirilmə elementləridir. Dinləyici eşitdiyini interpretasiya edir, amma eşidiləni anlamaq əhəmiyyətli dərəcədə zəmində olan bilikdən asılıdır. “İnandırmaq üçün səlist sözlər lazımdır; belə sözlər böyük emosional inandırıcılığa malikdir. Axı sözün səlistləşməsi onun o qədər geniş leksik həcmə malik olması deməkdir ki, artıq hər bir konkret halda onun “öz” spesifik mənası yoxdur, amma, o, öz adı ilə bütün leksik həcmin adını bildirmiş olur. Söz konkretlikdən uzaqlaşır, amma onda assosiasiyalar kələfi qalır ki, dolaşıq olsa da, çox emosional olur; belə söz nə qədər çox əhatə olunsa, onun konkret mənasından əlavə bir o qədər də çox emosional çaları olur. “Fraza” üzərində qurulmuş nitq belə yaranır: “sözlər, sözlər, sözlər”.1 Təbliğat faktların nəzərdən keçirilməsi üstündə deyil, ideyaların assosiasiyası üstündə qurulur. “Faktlar müzakirə oluna bilər, müzakirə isə ayırır”.2
Misal:
“Tale bizim yerimizə bizim siyasətimizi yazıb: dünya ticarəti bizim olmalıdır və bizim olacaq… Biz bizim əzəmətimizə uyğun donanma yaradacağıq. Bizim ticarətin forpostları ətrafında, bizim bayrağımız altında böyük özünüidarə edən və bizimlə alver edən müstəmləkələr yaranacaq. Amerikan qanunu, amerikan nizam-intizamı, amerikan sivilizasiyası və amerikan bayrağı özünü Allah vasitəçilərinin gözəl və parlaq edəcəyi hələ də qanla bulaşmış, vəhşi sahillərdə bərqərar edəcək” (senator A.Bevericin nitqindən. // sitatı. Amerikanistika problemləri. – MDU, 1993, bur. 9, səh.179 (rus dilində)).
Siyasi mətnin mürəkkəbliyi ondadır ki, onda təkcə danışanın özünün nöqteyi-nəzərini deyil, həm də kimin tərəfindən isə yazılmış mətni söyləyən başqa adamın, eləcə də partiyanın adından danışan adamın nöqteyi-nəzərini ifadə edir.
Bizə bu lazım deyil,
Sizə bu lazım deyil.
Razıyam, amma situasiya buna yol vermir.
Başa düşmürəm…
P.N.Milyukov yazırdı: “Partiya bəlağəti öz inandırma qüvvəsini həqiqət ilə deyil, ehtimalla əsaslandırır. Bu zaman faktların süni şəkildə toplanması, onların süni perspektivi və işıqlandırılması, faktların birbaşa dəyişdirilməsi, özünü ədalətin müdafiəçisi kimi təsvir etmək, motivlərin utanıb çəkinmədən, xəlvətcə rəqibə təqdim olunması və s. və i.a. kimi şeylərin təcrübəsi həyata keçirilir”.1
Siyasi natiqliyin əsas tipi olan fikirdən daşındıran nitqdir ki, bu hadisələrə yeni cür qiymət verməyə imkan verir. “Burada əsas polemik silah birincisi, rəqibin üsullarından istifadə etmək, ikincisi, onu tarixən yaranmış ənənəsinə qarşı yenisini, təravətlisini qoymaqdır”.2
Fikirdən daşındıran nitq eyni zamanda inandırıcı nitqdir, o, yeni üsullar yaradır və “bu mənada da güclü və hərəkətli olur və təkcə bu müqayisə edilmədə güclü olmayıb, həm də öz-özlüyündə stilin yeni etapı olur”.3
Rusiyada siyasi bəlağət XX əsrin əvvəllərində, siyasi partiyaların artması ilə inkişaf edir. O, bir sıra görkəmli siyasi natiqlərin irəli çıxmasına səbəb olur; onların ritorik məharəti Duma fraksiyalarının işində əks olunub (bax: Parlament bəlağəti).
Oktyabr inqilabından sonrakı ilk on illiklərdə Rusiyada siyasi bəlağət üç əsas əlamət ilə xarakterizə olunur: 1) o, insanları siyasi fəaliyyətə çağırır; 2) Siyasi aktların yaradıcılarına müraciət edir; 3) o, təsvir vasitəsi kimi elə predmet və hadisələrdən istifadə edir ki, onların əlaqəsi siyasi əhəmiyyət daşıyır.
Arqumentasiya üsulları sözlərin seçilməsini, stilistik boyanmış və neytral elementlərin uyğunluğunu, materialın sintaksis təşkilini müəyyən edir. Sözlərin arxasında siyasi strategiya durur. Mənalar çox qeyri-müəyyən olub konteksdə dəqiqləşdirilmir. Bu ümumiləşdirilmiş mənaya və emosional təsirə malik olan şüar sözləridir.
Azad ifadə formalarına oriyentasiya, yazı ənənəsinin nüfuzunu itirməsi natiq monoloqunun yeni tiplərinin yaranmasına səbəb olur. Təkrarlar mətnin əlaqəli abzaslarını parçalayır, emosional yüksəlişi, spontallığı imitasiya edərək nitqin qabaqcadan hazırlanmaması haqqında illuziya yaradır. Danışıq konstruksiyalarına yol verilməsi mətnin ənənəvi çərçivəsindən kənara çıxmağa imkan verir. Səciyyəvidir ki, arxaizmlər funksional möhkəmlənmiş mövqelərdən onlara xas olmayan, amma onların “açılmasını” təmin edən kontekstlərə keçir. 20-ci illərdə antik motivlərə, Bibliya süjetlərinə və obrazlarına müraciət yox olur, halbuki, inqilabdan əvvəlki natiqlər öz nitqlərini onların üstündə qururdular. Bu vəziyyət əsasən tədris planlarından çıxarılmış qədim dillərin və klassik təhsilin rolunun aşağı düşməsi ilə bağlıdır.
“Məruzə bəlağəti” kimi yeni natiqlik janrı formalaşır, bu janrda partiya proqramları izah olunur, hadisələrin şərhi verilir. Bu nitq forması natiqliyin bir çox üsullarına (hiperbolistlik, yüksək ibarəçilik) varislik etsə də, ciddiliyi, faktların izahı zamanı ardıcıllığı, üsulların əsaslandırılmasını qoruyub saxlamışdır.
Məsələn: “Yoldaşlar! Bu indicə deyildiyi kimi, Vətənimizin fövqəladə şəkildə dəyişməsini yada salmağa başlayanda bizim xəyalımızda bu iki il ərzində olub-keçənlər canlanır. O vaxt təkcə Rusiya deyil, həm də bütün dünyanı bürümüş zülmət gecə yada düşür, o zaman imperialist müharibəsinin zəhərli buxarı ilə dolmuş havada, bizim qırmızı Petroqradda kommunist inqilabının ilk bombası partladı” (S.M.Kirov. Biz irəlidə gedirik, biz proletar mübarizəsinin müqəddəs odunu öz əllərimizdə aparırıq: 1919-cu ilin 22 noyabrında Həştərxan quberniyasının IV Sovetlər qurultayında məruzə. // Fəhlə sinfinin natiqləri: Məqalələr məcmuəsi. – M., 1962, s.370 (rus dilində)).
Müxtəlif tip nitqləri bir-birindən fərqləndirən təkcə materialın leksiki tərkibi və sintaktik quruluşu deyildir. Onun “ifasının” xarici üsulları da kəskin fərqlənir: “poza və sözlərin effekti ilə müşayiət olunan teatrlaşdırılma, təmtəraqlılıq, deklamatorçuluq və ciddi, qeyri-süni səmimi, əvvəlki üsullardan məhrum, emosiyaları deyil, məntiqi nəzərdə tutan nitq. M.Volodarskinin nitqlərini sərt, “Sparta” sadəliyi və yığcamlıq xarakterizə edir, burada obrazlar primitivdir, onlarda zəriflik və cilalanma yoxdur: “Əgər siz boyunduruqsuz gəzməkdən bezmisinizsə və yenə də Putilov cənablarının xamutunu taxmaq istəyirsinizsə, onda Müəssislər məclisinə səs verin. Əgər sizin boynunuz dümsük və yumruqlar üçün darıxıbsa, onda Müəssislər məclisinə səs verin. Əgər siz gündə 16 saat işləyib indiki bahalıq dövründə gündə 2 manat 50 qəpik almaq istəyirsinizsə, yenə də Sovetlərin əleyhinə səs verin”.
Bununla yanaşı geniş, üç saatlıq nitqlər də geniş yayılır.1 “Bu geniş siyasi panoramalar, sintez edən fikrin bu binaları sözsüz ki, Oktyabr inqilabı bəlağətinin spesifik, orijinal xüsusiyyətləridir. Şifahi sözün təsiri böyük idi.2 20-ci illərdə siyasi mətn onun arxasında duran şəxslərin davranışını aşkarlamağa imkan verirdi. Çünki, çox vaxt söz həm də hərəkət deməkdir. Söz əvəz etdiyi reallığı parlaq şəkildə təsvir etməlidir. Siyasi monoloqun natiqlik tipləri formalaşır ki, bu deyilişin və quruluşun fərdi manerası ilə fərqlənir. Çoxmilyonluq kütlə inqilabı sarsıntılar, vətəndaş müharibəsi dövründə, hərbi kommunizm epoxasında danışdığı kimi heç vaxt danışmamışdı. Bizim inqilabın öz görkəmli natiqləri var idi.1
Sözün gücü və azadlığı sonrakı dövrlərdə ağır sınaqlara məruz qaldı, onun struktur əlamətlərini şablon və klişe müəyyən edirdi. Amma 20-ci illərin ictimai həyatında sözün magiyası nəhəng idi. Natiqlik praktikasında sözlərin hipnozu, onların fetişləşdirilməsi onunla müəyyən olunurdu ki, onlar məlum sosial mühitdə hazırlanmışdı və çox vaxt real təcrübə olmadan qəbul edilirdi; Dominant sözlər – hadisələrin, təzahürlərin, situasiyaların yarlıkı sürətlə şablona çevrilirdi (inqilabi özünüdərketmənin impulsları, proletariatın avanqardı, kütlələrin inqilabi hisslərini oyatmaq, mütləqiyyət despotizminin hidrası və s.). 20-ci illərin natiqlik nitqləri ikiüzvlü tutuşdurmalar, antitez blokları üstündə qurulurdu: xalq – qara camaat – oxlos; demokratiya – xalq hakimiyyəti – oxlokratiya – gədakratiya – qırmızı hakimiyyət; şərəf – şərəfsizlik; inam- inamsızlıq, inqilab – qiyam – hərc-mərclik – çevriliş və başqaları. Bunlar mətnlərdə verilir və uyğun şərhlərlə əhatə olunurdular, bu işdə epitetlərin müəyyən rolu var idi (qəhrəmancasına, qoçaqcasına, quldurcasına, cinayətkarcasına, inqilabi, qəddar, işıqlı, hünərli və başqaları). Bu gücləndirici söz təbəqəsi zahiri enerji, təzyiq hissi yarada bilirdi və hərbi bəlağətdə, əmrlərdə, müraciətlərdə geniş istifadə olunurdu. Tərifin verilməsini ümumiyyətlə motivasiyasız edirdilər: o, emosional boyanmış şablon funksiyasını yerinə yetirirdi (əksinqilabın cinayətkar başı, imperializmin vəhşi yumruğu, Qızıl ordunun xilasedici atəşləri. İnqilabi sözlərin dəmir inventarı), ya da sinfi mövqeyi müəyyən edirdi (əksinqilabi, ağbandit, denikinçi, vrangelçi və b.).1
Perifraz natiqlik nitqində seçim fiqurudur. Mübaliğəli, yüksək ifadə manerasına interpretasiya daxildir. Məsələn, ağ natiqlərin qiymətləndirmə cərgəsinə daxil idi: nursaçan, könüllü ordu. Müqəddəs xaç cəngavərləri və (düşmənlər haqqında) üsyan etmiş qullar, qırmızı fanatiklər, hakimiyyət uzurpatorları, inqilabi heyvərələr.
Natiq nitqində olan sözlərin əksəriyyəti bilavasitə leksik yeniyaranmalarla (bonapartçılar, ağqvardiyaçılar, qoyunabənzər azlıq, gədakratiya, pilsudçik, getmanşina, fövqəladəçilər, kerenşina, oxlokratiya, matrosnya) və yeni məna verilmişlərlə-çəhrayılar (kommistlər), bataqlıq (səbatsız, müvazinətsiz) ifadə edilmiş qiymətləndirmə sisteminə cəlb olunur.
Təkcə natiqlik etmək deyil, həm də izah etmək lazımdır - oktyabrdan sonrakı dövrdə irəli sürülən tezislərdən biri belə idi. Bəlağətin bu növünə V.İ.Leninin 1922-ci ilin 27 martında partiyanın XI qurultayındakı nitqini nümunə kimi göstərmək olar, onun strukturunda müsahibə üçün məqsəd görünür.
Natiq nitqinin bədii ədəbiyyatda təkcə vacib süjet xətti kimi deyil, geniş əks olunması xarakterikdir. O, onun xüsusiyyətlərinə, dil strukturuna, obraz sisteminə, təsirinə görə qiymətləndirilir.
20-ci illərin sonu, 30-cu illərin əvvəlində şifahi monoloq tipli nitqlər ancaq ifasında şifahi oldu. İmprovizasiyanı istina edən yazılı mətn onun qabağında olurdu. “Şifahi danışmiaq rituallaşdırılmağa başladı. Nitqlər dövlət bayramlarına ciddi şəkildə uyğunlaşdırılmağa başlandı, bu zaman Siyasi Büronun üzvlərindən biri məruzə ilə çıxış etməli idi. Bu tipdə mətnlərə münasibət xeyirxah-ehtiramlı idi”.1 Q.O.Vinokur yazırdı: “Bizim təbliğatçı nitqimiz əksər hallarda məhz frazeologiyaya, şərti ənənəyə, terminoloji nomenklaturaya çevrildi, onun ekspressivliyi və təəssürat qüvvəsi oldu. Bunlar artıq onları yaratmış stilin qüvvəsi ilə onlarda yaradılmış funksiyalardan məhrum sözlər idi”.2
“Həqiqət son mərhələdə” izah olunduğu üçün polemik üsullar, haşiyələr istina olunurdu. Klassiklərə, uyğun olaraq seçilmiş sitat materialına istinad etmək məcburi hesab olunmağa başlandı. “Ondan istifadə etmək bir növ bütpərəstlik xarakteri daşıyırdı, bu allahların himayəsi naminə qurban verməyə bərabər idi”.1
Sitatlı nitq mətn kompozisiya ierarxiyasında ali pillə hesab olunmağa başlandı.
30-50-ci illər ərzində siyasi bəlağət tamamilə ştamp və şablonlaşdırılmış, hədsiz tərif və ifşa üsullarını özündə cəmləmiş mətnlərin tipinə çevrildi.2 “Eyni zamanda sosializm və demokratiya, sülh və tərəqqi düşərgəsində bütün Yer kürəsinin, Varşava müqaviləsi iştirakçı ölkələrinin zəhmətkeşləri yaşayırdı”.5
Dövlət, xalq, inqilabi, partiyaçı, fəhlə-kəndli sözləri daimi epitetlər oldular.3 Bəzi epitetlər əslində hər hansı bir məzmundan məhrum idi - “çiçəklənən Ukrayna”, “günəşli Gürcüstan”. Böyük, “dəqiq” rəqəmlərin çoxluğu səciyyəvidir. Başqasının nitqlərinə ironik münasibətin əlaməti “dırnaq arası” sözü idi. Hərbi metaforanın geniş istifadəsi səciyyəvidir (ölkə-hərbi düşərgədir). Kütlə qarşısında söylənən nitqlərdə öz təəssüratını təhlil etməyə, təqribiliyə, şərtiliyin anlanmasına və sairəyə yol verilmirdi. Mətn dəqiq, birmənalı, aydın olaraq hərəkət və fəaliyyətə çağırmalı idi.
Bu kontekstdən İ.V.Stalinin ritorikası xarakterikdir; dünya qütbləşib, detallar, mülahizələr, haşiyələr yoxdur. Yeganə düzgün mövqe seçilib - plyuralizm yoxdur. Antiteza “nəhəng bloklarda” təmsil olunub: indiki an və (mütləq) işıqlı gələcək. Ən vacibi isə şey və hadisələri kontrast rənglərə boyamaqdır. Əvvəl burjuaziyaya və kapitalistlərə qarşı, daha sonra isə siyasi rəqiblərə (kornilovçu düşük, nevrastenik və s.) alçaqlıq və kobudluq. Tədqiqatçılar hesab edirlər ki, Stalinin nitqlərində Qafqaz tostlarından da nə isə bir şey olmuşdur: “Lenin… sadəcə rəhbərlərdən biri deyil, ali tipli rəhbərdir, mübarizədə qorxu bilməyən dağ qartalıdır” (“Lenin haqqında”). Stalinin diadası (sual və hər şeyi izah edən cavab, məsələn: “Marksın təlimi güclüdür, ona görə ki, o düzgündür) katexizisdən götürülüb.1
XX əsrin 60-70-ci illərində yenilənmiş ştamplar fəaliyyətə başlayır (beynəlmiləlçi döyüşçü, doğma partiya, şüurluluq ordusu, mənəvi-siyasi birlik, sovet qoşunlarının Əfqanıstanda məhdud kontingenti və b.).
Məcburi ritual adlandırılmalar “əslində onun olduğu şey olmağa və özünü öyrənməyə olan imkanın boğulmasıdır”.2 “Öz mənfəətini güdməyin elmi çox qəribədir – reallığı gizlətmək üçün sözlərdən istifadə etmək, onu bilməmək və ən əsası - bilmək arzusunda olmamaq”.3
XX əsrin son onilliklərində formalaşmış müasir natiqlik praktikasını ştampların transformasiyası xarakterizə edir. Bu material demək olar ki, tədqiq olunmayıb, müşahidələr təsadüfi, nəticələr isə sxematik xarakter daşıyır.
Müasir siyasi nitqdə belə bir müddəa irəli sürülür ki, sözügedən partiya həmişə doğru yolda olub, səhv edənlər isə başqaları olub. Eyniləşdirmə formulları isə həqiqətə bənzərliyi daha da möhkəmləndirməyə yönəldilib: “Biz, milyonlarla insan, zəhmətkeş kəndlilər, bu vətəni bütün zəhmətkeşlərin maraqlarını qoruduğumuz kimi qoruyuruq” və başqaları.
Rəqiblərin hörmətdən salınması mexanizmi söz blokları vasitəsiylə təşkil edilir: gizli iqtisadiyyat, imperiya təfəkkürü, çəhrayı tumanlı oğlanlar, Kembricin yetirmələri, amoral azlıq (çoxluğun amoral olmadığı düşünülür), iqtisadi proqramı realizə etmədən yoruldular, müvəffəqiyyət qazanmadılar. “Şablon və stereotiplər gerçəkliyin əsaslandırılmasını və düşünülməsini ya özləri ilə əvəz edir, ya da gerçəkliyi asan dərk edilən anlayışlar çərçivəsinə soxurlar”.1
Seçkilər ərəfəsində siyasi tribuna çağırış-şuarlar, vərəqələr kimi birgünlük mətn növlərinin yaranmasına səbəb olur: “Mer-qubernator seçilməlidir”; “Yablokonu” seçirəm; “Ulduzlar deyirlər…”, “Anatoli Sobçak – Şir”. Bu ritorik təsir növlərindən biridir, kütləni hətta yaxşı formalaşdırılmış dəlillərlə deyil, ideyanı qısa şəkildə müəyyən edən emosional gurultu ilə inandırırlar.
Ritorik mətnlərin başqa növündə olduğu kimi norma problemi son onilliklərdə stilin ümumi zəifləməsi ilə əlaqədar olaraq geniş müzakirə olunmağa başlayıb. Məqalə müəllifləri göstərirlər ki, siyasi dilə cinayətkar leksikası geniş daxil olmağa başlamışdır (hədsizlik, təzəsiylə, anlaşılmazlığa düşmək, bütün yolu (yəni bütün vaxtı, daim), “razborka”, “krışa”, “krutoy”, “şestyorka” və s.). M.Çulaki belə hesab edir ki, bir sıra işlənən metaforalar pederastların jarqonundandır (o, məni istifadə etdi, müdiriyyətin altına yıxılmaq və s.). Televiziya aparıcılarının nitqini fikir və stilistik səhvlər müşayiət edir; məsələn, təbiətin vəziyyətini ekologiya adlandırırlar: “Bizim reportajımız ekologiyası ölümcül təhlükəli olan kənddəndir; genosid sözü ilə isə səhvən müxtəlif çətinlikləri bildirirlər, məsələn, Baltikyanı ölkələrdəki rusdilli əhalinin vəziyyətini.1
Məhkəmə bəlağəti
Məhkəmə nitqinin predmeti ya bir tərəfin təsdiqlədiyi, digər tərəfin isə inkar etdiyi hər hansı bir faktın olub-olmaması, ya da qanunun hər hansı bir bəndinə aid mübahisədir. Belə olan şəkildə hüquqi suallar bunlardan ibarət olur:
1) müzakirə olunan fakt olubmu? 2) qanunda bu bənd mövcuddurmu? 3) sözügedən qanunun hüdudları necədir? 4) əsaslandırma; 5) təkzibetmə; 6) nəticə.
Mübahisənin mahiyyətini müəyyən edəndən sonra bu və ya digər hərəkəti qanunun göstərişlərinə uyğun olaraq qiymətləndirmək lazımdır. N.Koşanski bu müddəaları “Fərdi ritorika” əsərində xülasə edərək yazır: “Vəkil bilir ki: 1) məhkəmə bəlağətinin mənbələri; a) qanunlar; b) mənəvi səbəblər, arzular, üsullardır; 2) o, nəzərdə tutur ki, ya: a) qanunazidd hərəkətləri şəxsdən qəti kənar etmək; ya da b) mənəvi səbəblər üzündən qanunazidd olan şeyləri aradan götürmək və qüvvəsini azaltmaq; və c) rəhmdillilik, mərhəmət və şəfqət və s. oyatmaq lazımdır; və buna görə də nəzərdən keçirir.
Dostları ilə paylaş: |