1993
Minarə xanım!
Mən Sizdən yaxşı dərs gözləyirdim, amma beləsini yox. Mənə elə gəlirdi ki, kifayət qədər təcrübəsizliyiniz imkan verməz ki, yaxşı dərs deyəsiniz. Görünür, həmişə olduğu kimi, bu dəfə də yanılmışam. Necə deyərlər: "Müəllimin cavanı, həkimin qocası".
Dərsdə məni tutan nə idi?
Birincisi, dərs köhnə, sterotin ənənələrindən uzaq idi. Bu dərsdə təlimə verilən tələblərin, demək olar ki, hamısı öz əksini tapdı. Sualların qoyuluşundakı problemli situasiya yaratmaq məharəti, şagirdlərin verdiyi cavablarda elmilik, konkretlik, ədəbi faktın bugünkü tarixi hadisələrlə bağlamasına yönələn cəhd əla idi.
İkincisi, dərs mənə mahir bir rejissor tərəfindən quruluş verilmiş teatrlaşdırılmış bədii lövhə təsiri bağışladı. Bəlkə də bu gələcək təlim prosesinin modelidir, bilmirəm, amma mənə belə gəlir ki, dərslərdəki quru, sxematik əhvali-ruhiyyənin aradan qaldırılması üçün siz çox uğurlu bir gediş etdiniz. Və siz elə özünüzü səhnədə o teatr truppasının rejissoru kimi hiss etdiyimiz üçün diliniz dolaşdı və düzünü dediniz. Şagirdə müraciətlə: "Sən gəl səhnəyə" dediniz.
Bəlkə də mənim özümün də dərslərimdə həmin əlamətlərin olmasındanmıdır, ya nədəndir, belə traktovkanı bəyənirəm. Xüsusilə, yekun dərsin izahı üçün seçdiyiniz səhnələr və şagirdlərinizin o səhnələri ifa tərzi müvəffəqiyyətli idi.
Aydının monoloqunu söyləyən şagirdin çıxışı Sizi qane etdisə də, siz onu təqdir etdiniz – mənə belə gəldi ki, ifa texnikası baxımından yanlış idi. Çünki şagird həddindən çox emosiyaya yer verdiyi üçün sifətinin cizgiləri belə başqalaşdı, küll halında təbii orqanizmə, yəni dərsə uyarsızlıq gətirdi. Təbii danışıq, sərbəst nitq daha məqsədyönlü idi.
Yeni dərsin izazı zamanı şagirdlərinizə çatdırdığınız fikirlər elmi söhbətdən əsaslandırılmış, uzunmüddətli tədqiqat aparan müəllimin, yəni Sizin gəldiyiniz qənaət təsiri bağışlayardım, bu əladır. Amma şagirdlərinizin həmin bədii ifadə və təsvir vasitələri – metafora, bədii təyin, ritroika və s. haqqında məlumatlarının olub-olmaması qənaətinə gələ bilmədim. Yəqin ki, bunlar haqqında mütəmadi məlumatlar vermişsiniz.
Mən bilirəm ki, hər gün belə dərs demək çox müşkül məsələdir. Çünki belə dərs müəllimdən çox güclü fiziki, mənəvi, psixoloji, elmi və metodki hazırlıq tələb edir. Sadəcə olaraq müasir insanın gücü buna çatmaz. Əlbəttə, zərrəcə Sizin hazırlığınıza şübhə etmədən bu fikrə gəlirəm. Amma hər-halda hər bir dərsdə ayrı-ayrı komponentlərdən istifadə etmisiniz ki, birdən-birə şagirdlərinizlə belə uğurla çıxış etdiniz? Eyni şagirdlərin çox işlədilməsi, sinifdə digər şagirdlərin passivliyi, təlim prosesinə az da olsa müdaxilə etməni dərsin ön girişi azaltmır.
O ki, qaldı dərin təşkilati cəhətdən qüsurları burada məsuliyyət direktor müavinlərinin və dərsə gecikməklə onun gedişini pozan müəllim yoldaşların boynuna düşür.
Dostları ilə paylaş: |