Oğul sözlərimə yaxşı qulaq as



Yüklə 281,08 Kb.
səhifə35/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   56
15.03.76

Gəncə

Əlibala üçün
Pərdə qalxır yavaş-yavaş

Azarkeşlər əl çalırlar bu səhnəyə

Aktyorun gözlərindən axan bu yaş

Həvəskarı sövq eləyir söz deməyə.


Mən bilirəm dostumdu o

Mən bilirəm - şeir, sənət dostudur o!

Tamaşaya əl çalanlar çoxalır hey

Gördüyümün təsirilə mənim könlüm

yuxalanır hey!

O, bir ömrün tarixini varaqlayır

O, bir ömrün taleyini soraqlayır.

Bico və bicolular sözünün yozumu haqqında görkəmli şairimiz Abbas Abdullanın "Ədəbiyyat" qəzetində "Dədəm Qorqud işığında" məqaləsi ilə Anara cavabda açıqladığı şərh.

Söz-sözü çəkdi. Oğuzların oturaq məskənlərindən – Qafqazdan Avropaya gedişləri (dönüşləri yox. A.) haqda. Bu yaxınlarda bir oxucumdan, Bakı məktəblisi Etibar Sofiyevdən bir məktub aldım. Həmin məktubda o məndən soruşur ki, Aysu rayonu ərazisində olan Bico (Bicoy) kəndinin gürcü dilindən "bico" (oğlan) sözü ilə bağlılığı varmı? Bu sorğunun cavabını araya-araya qəribə bir ipucu tapdım. Etibarlı bir qaynaqda bizim bugünkü torpaqlardan ulu əcdadlarımızın avropayadək keçdiyi bir yolu izləmək nəsibim olub. Bu qaynaq dünyaca məşhur səyyah Evliya Çələbinin "Səyahətnaməsinin" M.Nihat Ozon çapa hazırladığı Türkiyə nəşridir. Həmin nəşrin ikinci cildində Peçoy adlanan bir xalq haqqında oxuyuruq: "Cümlə xalqı sərhəd əsbatı kimi köksü və yanları gümüş düyməli qısacıq dolamalar və sıxca qoncalı çalışırlar və tülbənd xarır kuşaklar və ögzəsi yüksək papuclar geyib başlarına bəyaz çuxadan samur qalpaqlar qoyub kür-silah gəzərlər. Silahları qılınc, şeştü-şiş ilə gürzdür.

Ləvəndlərinin əllərində qopuz bulunur. Qopuz sazını çalmaq bu Peçoy qazilərinə məxsusdur. Amma xudaya əyandır, o mərtəbə zümzümə ilə qardaş edib çalarlar ki, ictima edənlər çuşuxuruşa gəlir.

Bu diyarda saz, eyşü-işrət etmək, tutmaq, almaq, basmaq, kəsmək ayıb deyildir. Zəmmam, nəmmam, Dəhhal və fəssal tiryəkləri sevməzlər və salam verib qonuşmazlar.

Əksəriyyə çətə və məmur qovan yigitlər Macar əsbabı geyib ta Macar diyarına gedərlər və fəsih və bəlig macarca söylərlər. Oralardan istədikləri kaftan və sairəyi qapıb beş-on gün içində şəhərlərinə (E.Çələbi bu şəhəri Peç adlandırır, güman ki, indi Peşodur­ – A.A.) gəlirlər. Mütəəssib və daqqal olanları sevməzlər. cümləsi əhli-tövhid və əksərisi farisixan olub, əllərində divani Hafiz, gülüstan və Bustan, Xəyyam və Nizami divanları düşməz. Əksəriyyə düşmən üzərinə çətəyə geçmək arzu eylədiklərində divani Hafizdən təfəül edib, hasbihal olaraq bir beyti rəis gəlirsə mütəvəkkilən əlallah gedərlər, biəmri xuda mənsur və müzəffər gəlirlər. Həmsi əzəmzəyi fəsih bilirlər".
Göründüyü kimi, Evliya Çələbi Peçoy adlı bir xalqın tam xarakterini təsvir etmişdir. Qaziləri ulu dədəmiz Qorqudun qopuzunu böyük ustalıqla çaldıqda dinləyənləri cuşə gətirən hamısı əzəmcəyi (heç şübhəsiz, azərbaycancayı – A.A.) fəsih, kamil bilən, əksəriyyəti farisaxan (farsca oxuyan) olan bu Peçoy xalqının Azərbaycanla Qafqazla bağlılığına heç bir şübhə olmasın gərək. Araşdırıcılar əzəm, əcəm eli deyildikdə Azərbaycanın göz önündə tutulduğunu çoxdan sübut etmişlər. Xatırlayaq ki, ulu memarımız Əbubəkr Əzəmini, yaxud:
Göydə uçan bölük-bölük durnalar

Bizdən salam olsun Əcəm elinə – deyilmiş.


Beləliklə, bu Peçoy xalqının Qafqazdan yürüş edib Kiyev Rusu torpaqlarından keçərək Avropaya məskən salan hunların bir tirəsi-tayfası olduğuna inanmaq istəyirik. Bunu da xatırladaq ki, ötən yüzillikdə Ukrayna ədəbiyyatının klassiki Karnenko-Karp «İvan Dovbuş» pyesinə yazdığı ön sözdə hunların Qafqazdan Ukrayna torpaqlarına yürüş edən «uz»lardan olduğunu yazmışdır. Karpenko-Karpda oxuyuruq: «Hörmətli oxucular, XIX əsrdə bir neçə yüz il öncəyə köçün və Qafqazdan bizim torpaqlara yürüş edən türkləri yada salın. Uzlar (orijinalda utsi/usi) adlanan bu adamlara indi biz sadəcə hutsul deyirik. Bu da maraqlıdır ki, hutsullar Ukraynanın məhz Macarıstanla sərhəd torpaqlarında yaşayır. Evliya Çələbi də Peçoy xalqına Macarıstanın Peşt (Çələbi Peç) şəhərində 1662-ci ildə rast gəlmişdir.

Son olaraq şamla deyə bilərik ki, Azərbaycanın Ağsu rayonundakı Bico (Bicoy) kənd adının gürcü dilindəki bico (oğlan) sözü ilə heç bir bağlılığı yoxdur. Bu ad qədim Hunlardan olan noqoyların (b/n əvəzləməsi dilimizdə mümkündür) adından qalıb və bu qədim xalqı yaşatmaqdıdar. Ağsu rayonunda başqa bir kəndin Hunqar (Hunlar) adlanması da sözümüzə söykək ola bilər.





Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin