Oğul sözlərimə yaxşı qulaq as


P.S. Mənim məktubumdan sonra Şəlalə ali məktəbin filologiya fakültəsinə daxil oldu. Əhlimanım, pəhləvanım, qəhrəmanım!



Yüklə 281,08 Kb.
səhifə40/56
tarix01.01.2022
ölçüsü281,08 Kb.
#103176
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   56
P.S. Mənim məktubumdan sonra Şəlalə ali məktəbin filologiya fakültəsinə daxil oldu.

Əhlimanım, pəhləvanım, qəhrəmanım!

Dəli-dolu balam. Uzaqlara qaçdıqca, atanın gözündən yayınmaqla vaxtı uzatdıqca həsrətdə məni qovuran, gündəlik narahatlığıma narahatlıq qatan oğlum.

İstambul yaxşı yerdir eləmi?!

Türkiyə cənnətməkandır, şübhəsiz. Amma səndən ayrı düşən atanın ağuşu gülzari-behiştdir, axı. Elə sənsizləşmişəm ki! Bilmirəm, bəlkə də, elə səni görən kimi təşnəm sönəcək, sakitləşəcəm, kefinin köklüyünü, pəhləvan boyunu, nadinc xarakterini görüb aram tutacam. Sonra da elə adiləşəcəksən, yox, yox, adiləşmək elə oğullaşmaq mənasındadır, axı, ata heç oğlunun qarşısında hisslərini birüzə verməməlidir.

Əli Kərimli atası haqqında şeiri yadındadırmı?
O sərt idi. Səhər dərsə tələsəndə mən,

Bildirməzdi yolda durub boylandığını.

Bircə dəfə söz açmazdı qəlbindəkindən,

Söyləməzdi övlad üçün çox yandığını.


Gizli-gizli məni süzüb gülərdi bəzən,

Durub-durub güc gələrdi əyri qəlyana.

Övladına bircə dəfə "can" söyləmədən

Övlad üçün can verməyi asandı ona.


Əməksevən, ağır enli, cod əli vardı,

Tale kimi endirərdi çiynimə hərdən.

Sərt üzünə bircə anlıq səhər doğardı

Bilməzdim ki, hansı nurlu düşüncələrdən.


Sevgisi də soyuq idi – təzə -------???

Hər bəladan hifz eləyən qalın qar kimi.

Moskvada oxuyurdum, tərk etdi məni

Gələn zaman bir əbədi ayrılıq dəmi.


Gah istəyib məni görə, gah deyib ki, mən

Qoy bilməyim. O utanıb öz ölümündən.

Ah, o niyə belə etdi, bu nə qübardı?

Nə zamansa bu nişanda bir atam vardı.


Ata hisslərini biruzə verməyəndə də ada münasibətlər yaraşacaq. Sənə də elə gələcək ki, ata məni istəmir. Ömür-gününü körpələrə və arvada həsr etməkdədir və s. və ilaxır.

Tağı gələndə qəribə əhvali-ruhiyyə keçirdim. Nə gizlədim, ağladım doyunca. səni görmədimsə də, səni görən gözlərim qarşısında bir-iki saat ürəyimi boşaltdım. Bilirsən, niyə?

Nə üçünsə birdən lap sənin uşaqlığın yadıma düşdü. O vaxtlar ki, kimsəsiz qalmışdıq. Sən çox körpə idin. Mənimlə qucaqlaşıb yatırdın sabaha kimi. Qulaqlarımın tanasını əlinə alırdın, sabaha kimi oynadırdın. Çox tez məhrum olduğun, iltifat və mərhəmətinə həsrət qaldığın ananın döşlərinə bənzədirdin deyəsən qulaqlarımın tanasını. Beləliklə bir qədər vaxt keçdi. Siz bir qədər böyüdünüz. Siz böyüdükcə mən də cana gəlirdim. Bir-iki dəfə ağır xəstələndimsə də ölmədim. Sizi böyütməmiş ölmək istəmirdim. Mən nə bilim ki, siz böyüdükcə məndən uzaqlaşırsınızmış.

Sevinclə Kamranın haqqı var. Onlar mənə nə etsələr incimirəm. Çünki onlarla bir qədər rəsmi olmuşam. Çünki səninlə əylənirdim, səninlə oynayırdım. Mehrimi sənə salmışdım. Sənə görə Sevinci, Kamranı o qədər insitmişəm ki, onlar səni incitdikcə mən də sənin intiqamını onlardan alırdım. Onların mənlə küsmələrinə heç bir reaksiya vermirəm. Amma sənin məndən küsməyin mənə ağır gəlir. sənin haqqın yoxdur, vallah. İndi məndən küsüb qürbətdə oturmaq, hələ vaxtı bir ay yarım da uzatmaq...

Məktubunu almışam. Əllərim əsə-əsə, gözlərimdə yaş gilələnə-gilələnə oxuyuram. Hərdən yaş mane olur oxumağa. Necə yəni, iyul ayına kimi qalıram. Düz 40 gün hələ gözləyəcəyəm, hə?!

Nolar ki! Təki canın sağ olsun!

Görünür, mən bütün həyatım boyu- nə qədər qalıbsa, 5 il, 10 il bilmirəm – ürəyimdə sənin həsrətinlə bağlı infarkt gəzdirəcəyəm. çünki, qəribə də olsa, heç istəmirəm bu yerlərə qayıdsan. Elə istəyirəm ki, Avropa ölkələrinin birində əməlli-başlı şərait qurub yaşayasan. Qardaşlarını və bacılarını da aparasan yanına. Mən də Bico qəbristanlığında uyuyam. İldə bir dəfə məni ziyarətə gələsiniz. Arzuya bax ha! Gəlib oturasınız qəbrimin üstündə zarafatlaşasınız, ağlamayasınız. Yəni ki, mən onda Sizi duyaram. Eşidərəm darülbəqadan sizi.

Nədir, yoxsa mən vəsiyyət edirəm? Olsun, vəsiyyət güngüllükdür. Əgər dilimə-ağzıma çatmasan, Kamrandan son nəfəsdə nə dediyimi soruşarsan. Nə demişəmsə sənə ünvanlanıb. Sən mənim təkcə oğlum deyilsən ki?! Atamsan, babamsan, soyum-soyadımsan.

Kamran oğlumdur. Qılınc kəsərli, xəncər dəyərli, ağıl-kamal mücəssiməsi oğlum. Gözlərimə torpağı o tökəcək. Onun çiynində o dünyaya gedəcəyəm. Amma nə üçünsə hamını sənə tapşırıram. Sevinc, Emel amanatı, Kamran Abdulla amanatı.

Hə indi nə qədər istəyirsən qal İstambulda. Mən ki sözümü dedim, bala. Tale sənə yar, işin avand olsun!


Ömürşah



Yüklə 281,08 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin