7. Hamid sancağı.
Bu sancaqdakı yörüklər arasında da XVI əsrdə 130 nəfər vergi ödəyən əhalisi olan salur adlı bir oymağın yaşadığını bilirik7. Bu sancaqda salurlara aid xeyli yer adına da təsadüf edilir.
8. Boz-ox.
Bu yörədəki mühüm təşəkküllərdən biri olan söklən boyu arasında salur adlı kiçik bir oba da vardı.
9. Ulu yörük.
Ən axırda bəhs etdiyimiz salur oymağı olduqca mühüm bir təşəkküldür. Ulu yörükün orta parə qoluna mənsub olan bu təşəkkül Amasyanın güney yörəsində yaşayırdı. Bu salurlar ağ salur adını daşıyır. Yavuz Səlim dövründə Məhmət Kətxuda (95 nəfər vergi verən), Hacı Qaya (27), axınçılı (32), Əmət Kətxuda (25), ala bozlu, yaxud İldəyən Kətxuda (33) olmaqla 5 qola ayrılmışdı.
982-ci ildə ağ salurların sayı (vergi verən) 803 nəfər olmuşdur1. Beləliklə, XVI əsrdə Anadoludakı salur adlı təşəkküllər bunlardan ibarətdir. İndi də bu boyun Xəzərarxası türkmənləri arasındakı varlığından bəhs edək.
Dostları ilə paylaş: |