Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə77/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   73   74   75   76   77   78   79   80   ...   128
2. Dulqədirli.

a) Maraşdakı dulqədirli ulusu arasında yaşayan eymür oy­mağı böyük bir təşəkküldür. 1525-ci ildə bu eymürlərin 48 oba­dan ibarət olduğu bilinir. Bu obaların çoxu Maraş və ona bağlı Pazarcıq, Quru pınar və Haruniyyə nahi­yə­lərində qışlayır, Axır və Sandıq dağlarına yaylağa çıxırdılar. Onların ək­səriyyətinin qışlaqlarda əkinçilik etdiyi, hətta bəzilərinin çəltik yetişdir­dik­ləri də məlumdur. Maraş bölgəsindəki eymürlər XVI əsrin ikin­ci yarısın­dan etibarən Maraş və Antəb kəndlərində yerləşməyə başlamışlar.

Dulqədirli ulusunun başlıca oymaqlarından biri olan küşnə isə Eymür oğlu adını daşıyır. Görünür, oba öz adını Eymür adlı bir şəxsdən almışdır.

b) Kars (Qədirli) bölgəsində yaşayan eymürlər 971-ci ildə (1563/1564) on üç qola ayrılmışdılar. Onlar da Maraş bölgəsin­dəki qardaşları kimi qışlaq və yaylaqlarda iki cəbhəli həyat ya­şayır, qışlaqda əkinçiliklə, yaylaqda hey­vandarlıqla məşğul olurdular. Bu eymirlər öz adlarını Eymir adlı bir bəydən alırlar. Həmin il (971) hamısı da sipahi və sipahizadəganlar olan Ey­mirin oğul­larını da müşahidə edirik.

c) Boz-ox bölgəsindəki eymir təşəkkülü gündəşlüdən bir qol ilə birlikdə qara yuvaçılı oymağını meydana gətirir. Bu ey­mir təşəkkülü Maraş eymir­lərinin bir qolunu təşkil edirdi2.

3. Yeni-el.

Yeni-eldəki eymirlər Hələb türkmənləri arasındakı eymir­lə­rin bir qo­lundan meydana gəlmişdir. III Murad dövründə Yeni-el eymirləri Əhməd Kətxuda (110 nəfər vergi verən əhali), əf­şarlı eymiri (27), Səncərli eymiri (44), Polad Kətxuda eymiri (34), Məhmət Kətxuda eymiri (11) adlı yeni qollara ayrılmış­lar3. Onlar haqqında bildiyimiz ən son şey Yeni-el eymir­lə­rin­dən 50 evlik bir camaatın 1102-ci ildə (1690-1691) Qır-şəhir­dəki Tokat icarə torpağına bağlı Nüsrətli kəndinə yerləşmələri­dir4. Bunlardan başqa, dul­qədirli eymirinə mənsub 45 nəfərlik bir eymir obasının da Yeni-eldə ya­şadığını və əkinçilik etdiyini bilirik.



4. Boz-ulus.

III Səlim dövrundə Boz-ulus arasında Hacı Süleyman Kət­xudanın rəh­bər­lik etdiyi 148 nəfər vergi mükəlləfiyyətli bir ey­mir oymağı müşahidə olu­nur5. Bu oymaq Hələb türkmənləri, yaxud dulqədirli ulusu arasında yaşa­yan eymirlərin bir qolu idi.




Yüklə 6,75 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin