Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 6,75 Mb.
səhifə79/128
tarix01.01.2022
ölçüsü6,75 Mb.
#103309
1   ...   75   76   77   78   79   80   81   82   ...   128
9. Xəzərarxası türkmənləri.

Eymürlərin mühüm bir qolu qərbə köçməyərək Manqışlaqda qalmışdı. Onlar da hər halda manqıtların istilası üzündən köh­nə yurdlarını buraxıb cə­nuba endilər. XVI əsrin sonlarına doğru biz eymürləri Gürgan və Ətrək bo­yunda yaşayan yaxa türkmənləri arasında görürük. Osmanlı sənədlərində də onlar yaxa türkmənləri adlanırlar. Onların əsasən göklən, ohlu (oxlu) və sa­lur­lardan ibarət olduqları məlumdur. Eymürlər əhali baxı­mından köklən və ohlulardan daha az idilər. Onların bir qismi Gurgan boyunda əkinçilik edirdi. Şah Təhmasibin ölməsi nəti­cə­sində baş verən daxili ixtilaf və çəkişmələr üzündən Asta­ra­bad bölgəsi səfəvilərin nəzarətindən çıxmışdı. Həmin dövrdə ey­mürlərin başçısı Əliyar bəyin bacarığı sayəsində yaxa türk­mən­lərinin di­gər qolları onunla hesablaşırdılar. Abbas hökmdar olanda çağatayların Asta­r­abad bölgəsini də əllərinə keçirmə­mələri üçün eymür Əliyar bəyi xan ün­vanı ilə Astarabad valisi təyin etdi.

Əliyar xan 1005-ci ildə (1596) öldü və Astarabad valiliyi onun oğlu Mə­həmmədyara verildi. Ancaq oxlu türkmənləri onu tanımadılar və çarpışma za­manı hələ 20 yaşı olmayan bu gənci öldürdülər (1007/1598). Bu səbəbdən Şah Abbas Məhəmməd­yarın qardaşı Qılınc bəyi Astarabada vali qoydu, an­caq o da ox­luları ram edə bilmədi. Məcbur qalan Şah Abbas Qacar Ziyad xan oğlu Hüseyn xanı Astarabada vali göndərdi, özü də həmin il Gurgana gəl­di. Bu bölgədə asayiş yaradan səfəvi hökmdarı geri qayıdanda eymür Qı­lınc xanı ailəsi və nökərləri ilə birlikdə paytaxta apardı. Eymürlər və salur­ların əyan-əşrəfi də Astara­bad hakimi Hüseyn xanın məiyyətinə daxil oldu­lar1. Hazırda Gürgan çayı sahilində eymürlərdən 200 evlik bir qrup yaşayır. Bunlar həmin eymürlərin qalıqlarıdır2.

19. ALA-YUNTLU

Bu boya aid XVI əsrdə 44 yer adına rast gəlinir3. Bunlardan başqa, hə­min əsrdə xüsusilə Orta və Qərbi Anadoluda bəzi ala-yuntlu oymaqları nə­zərə çarpır.



  1. Yüklə 6,75 Mb.

    Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin