Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,61 Mb.
səhifə24/42
tarix03.06.2018
ölçüsü5,61 Mb.
#52596
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

XÜLASƏ

Burada dastanlar haqqında apardığımız araşdırmaların qısa bir xülasəsini vermək hər halda faydasız olmazdı.

Dastanlar X və XI əsrlərdə Sır-Dərya boyunda yaşayan oğuz elinə aiddir.

Dastanların qəhrəmanları da bu oğuz elinin bəyləridir. Bu bəy­lərin qon­şu qıpçaq bəyləri ilə savaşlarına və öz aralarındakı çə­kişmələrə dair xatirələr onların nəvələri tərəfindən Yaxın Şər­qə gətirildi (ən dəqiq ehtimala görə, XIII əsrin birinci yarı­sında). Xatirələr böyük ehtimala görə, əsaslı surətdə burada das­tanlaşdırıldı, XIV əsrin əvvəllərində yazıya alındı və «Oğuz­­na­mə» adı altında bir kitabda toplandı. Bu «Oğuzna­mə»nin təfərrüat baxı­mın­dan əlimizdəkindən xeyli fərqli olma­sına baxmayaraq, xatirələri daha dol­ğun bir şəkildə əks etdir­di­yinə şübhə yoxdur. Lakin təəssüf ki, həmin «Oğuz­namə» bu günə qədər aşkar edilməmişdir.

Xoşbəxtlikdən, dastanlar yüzlərlə ozanın hafizəsində yaşa­yırdı. Onlar das­tanları hər tərəfə yaydılar və hər kəsə sevdir­di­lər. Hökmdar sarayları və şeyxlərin təkkələri belə bunların tə­sir dairəsindən kənarda qalmadılar. II Mu­radın sarayında bu das­tanları oxuyan ozanlar vardı, habelə Fatehin nəvə­lə­rinə də Oğuz xan və Qorqud adları verilmişdi. Daha əvvəl də söy­lən­diyi ki­mi, osmanlılardan başqa heç bir türk xanədanında türk dastanlarının məş­hur qəhrəmanlarının adlarına təsadüf edilmə­mişdir.

Ən qədim türk ənənələrini yaşadan bəktaşi təriqətinin yara­dıcısı Hacı Bək­taşi Vəlinin mənqibələrinə aid olan «Vəlayət­na­mə»də bizim dastan qəh­rə­manlarının da adları çəkilir. Bun­dan başqa, həmin təriqətin başçılarından olan Otman Babanın isə «Oğuznamə» dili ilə danışdığını və şeirlər söylə­di­yi­ni bilirik.

Həmin dövrlərdə Otman Babanın bir istisna olmadığı da mə­lumdur. Gül­şəni təriqətinin qurucusu İbrahim Gülşəni də (1510-cu ildə ölmüşdür) özü­nü bir çox şeyxlər kimi, peyğəm­bər ailəsinə və ya peyğəmbərin əshabə­lərinə deyil, Oğuz ataya bağlayır, «Mənaqibnamə»sində də Oğuz xandan baş­layan süla­lə­lərdən bəhs edilir.

XVI əsrdə ozanların türk cəmiyyətinin mənəvi həyatında oy­nalıqları rol yenə şiddətlə davam edirdi. 1526-cı ildəki Mo­haç savaşından bir gecə əvvəl keçirilən şənlikdə ozanların da qopuzları ilə dastan söylədiklərini bilirik.

Həmin əsrin ikinci yarısında, əvvəlcə söylədiyimiz kimi, əlimizdəki das­tanlar yazıya alınmışdır. Beləliklə, bu dastanlar oğuz elinin yaşadığı tarix­dən təxminən beş əsr sonra yazıya alın­­mışdır. Dastanların yenə XVI əsrin ikinci yarısında qə­dim­dən bəri türk mədəniyyətini mənimsəmiş və sevmiş kürd­lər ara­sında da geniş yayıldığı nəzərə çarpır. Oğuz xanın das­tan­lar­da adı çəkilən «bıyığı qanlı» Büğdüz Əməni peyğəmbərə elçi göndərdiyi və Büğ­düz Əmənin kürd olduğu haqqında kürd­lər arasında dolaşan bir rəvayət1 bu das­tanları kürdlərin necə mə­nimsəmiş olduğunu açıq bir şəkildə göstərir. XV əsrin ikinci ya­rısında və ya XVI əsrin başlanğıcında İrana gedən və mən­­bə­lərdə kürd mənşəli olduğu söylənən xınıslı oymağının bəylə­rindən bi­rinin dastan qəhrəmanlarından Salur Qazanın qardaşı Qara Günənin adını da­şıdığı, bu bəyin oğlunun da Qara Gü­nə­nin oğlu Budağın adı ilə yad edil­diyi yuxarıda yazılmışdır. Bu­nun kimi, XVI əsrin ikinci yarısında Ərdəlan kürd bəylərindən birinin də adının Basat olduğunu bilirik2.

Söyləndiyi kimi, dastanların ana xəttini oğuzların öz qon­şuları qıpçaqlar ilə döyüşləri və öz aralarında apardıqları qardaş qırğınları təşkil edir. Bunlar II və XII dastanlarda nəql olunur. II dastandan aydınlaşdığına görə, başla­rın­da Şöklü Məlikin dur­duğu qıpçaqlar Salur Qazanın oğuzlarına qarşı döyüşdə qə­lə­bə əldə etsələr də, Salur Qazan parlaq bir zəfərlə bu məğ­lu­biyyətin qi­sa­sını almışdır. Salur Qazanın böyük şöhrətinin və Oğuz bəylərinin başçısı dərəcəsinə yüksəlməsinin bu müvəf­fə­qiyyətlə möhkəm əlaqəsi olduğu şüb­hə­sizdir. Dastanlarda ad­ları çəkilən Şöklü Məlik, Buğacıq Məlik, Qara Tü­kən Məlik və Dəmir Yaylı Qıpçaq Məlik isə oğuz bəylərinin düşmənləri olan qıpçaq bəyləridir.

Qardaş qırğınını göstərən XII dastana gəlincə, burada daha əvvəl deyil­diyi kimi, üç-oxlar (iç oğuz) ilə boz-oxlar (dış oğuz) arasında gedən döyüş­də boz-oxlar məğlub olmuş, onların baş­çı­sı Aruz Qoca isə öldürülmüşdür. Gözəlliyi, kübarlığı və in­cə­qəlbliliyi ilə «Oğuzun imrənçəsi» ləqəbini almış Bamsı Bey­rəyin də bu qardaş qırğınının qurbanı olduğunu bilirik.

Basatın Təpəgözü öldürdüyü boyda (dastanda), zənnimizcə, olmuş bir ha­disə təsvir edilir. Yəni Təpəgöz ehtimal ki, bir qıp­çaq bəyini təmsil edir. Bu qıpçaq bəyi ilə vuruşmada oğuzlar, ən çox da boz-oxlar (dış oğuz), məğ­lu­biyyətlərə uğramış, on­la­rın bir çox görkəmli bəyləri öldürülmüşlər. Bunlar boz-oxların başçısı Aruz Qocanın oğlu Qıyan Səlcuq, Düzən oğlu Rüstəm, Də­mir Donlu (yəni zirehli) Mamaq və iki qardaşı ilə birlikdə Aruq Candan idilər. Aruz Qocanın kiçik oğlu Basat sonra Tə­pə­gözü məğlub edə­rək onun boz-oxlara çəkdirdiyi iztirabların qisasını almışdır.

Digər dastanlardan bir çoxu qəhrəmanların dustaq edil­mə­sini göstərir. Bu da baş verən axınlar və basqınlar nəticə­sin­də ucsuz-bucaqsız bozqırlarda hər zaman mümkün olan bir hadi­sə­dir.

Əlimizdəki dastanlar çox gec yazılmış olmaqla bərabər, on­larda daha qə­­dim türk ənənələri görünür.

XVI ƏSRDƏ ANADOLUDA OĞUZ

BOYLARINA AİD YER ADLARI

1. KAYI


Boyun adı

Vəsfi

Sancağı

Qəzası

Vergi ve­rən əhali

Kayı Mahmud

Əkinlik

Aksaray

Bəkir

-

Kayıcık

Kənd

Aksaray

Aksaray

27

Qızıl Kayı

Kənd

Aksaray

Əyyubeli

-

Kayıcık

Kənd

Akşəhir

İsaqlu

66

Kayı

Kənd

Amasya

Gədikgələn

24

Kayı

Kənd

Amasya

Yavaş

52

Kayı

Kənd

Amasya

Yavaş

20

Kayı

Əkinlik

Amasya

Simrən-lədik

12

Kayı, digər adı

Yusif Şeyx



Kənd

Ankara

Ayaş

-

Kayı

Əkinlik

Ankara

Qəsəbə

18

Kayıcıq

Kənd

Ankara

Qəsəbə

39

Kayıcıq

Kənd

Ankara

Murtazaabad

5

Kayı, digər adı

Qaraca Qaya



Kənd

Aydın

Yenişəhr

-

Kaya, digər

adı Kayılu



Kənd

Aydın

Birgi

28

Kayı

Kənd

Bəyşəhri

Göçü

33

Kayılu

Kənd

Bəyşəhri

Göçü

39

Kayı

Kənd

Biqa

Çan

6

Kayı

Kənd

Bolu

Gərədə

34

Kayı

Kənd

Bolu

Gərədə

12

Kayı

Kənd

Bolu

Gərədə

3

Karandı və Kayı

Kənd

Bolu

Taraqlı-borlu

36

Kayı

Kənd

Bolu

Taraqlı-borlu

17

Kayı

Kənd

Bolu

Kıbrıs

188

Kayı

Kənd

Boz-ox

Sarğun

45

Kayı

Kənd

Canik

Kavaq

34

Kayı

Kənd

Canik

Satılmış və

Bayramlu


16

Kayı

Kənd

Çorum

Divani-əmlak

24

Kayı

Kənd

Çorum

Divani-xəlfi

6

Kayı

Kənd

Çorum

İskilib

4

Kayıcuq

Kənd

Çorum

İskilib

29

Kayı

Kənd

Ərzurum

Kəmah

54

Kayıcıq

Kənd

Ərzurum

Kəmah

5

Kayı-Yayla

Kənd

Hamid

Gölhisar-Qaraağacı

132

Kayı

Kənd

Hamid

Döyran

9

Kayı

Kənd

Hamid

Siroz

72

Kayılu

Kənd

Hamid

Ulu-borlu

40

Kayı

Kənd

Hamid

İsparta

123

Kayıcuq

Kənd

Hamid

Göl-hisar

44

Kayı

Kənd

Xudavəndigar

İnəgöl

12

Kayı

Kənd

Xudavəndigar

Qarahisarı-nallu

38

Kayı

Kənd

Qarahisari-Sahib

Barçınlu

58

Kayı-Xan

Kənd

Qarahisari-Şərqi

Şəmsəddin

56

Kayı

Kənd

Qarahisari-Şərqi

Bökmən

10

Kayı

Kənd

Qarahisari-Şərqi

Suşəhri

-

Kayı

Kənd

Qarahisari-Şərqi

Akşəhirabad

11

Kayı

Kənd

Kastamonu

Kastamonu

27

Kayı

Kənd

Kastamonu

Boy ovası

19

Kayı

Kənd

Kastamonu

Daş körpü

9

Kayı

Kənd

Kastamonu

Daday

203

Kayı

Kənd

Kastamonu

Sinob

4

Kayı

Kənd

Kastamonu

Sinob

15

Kayı

Kənd

Karasi

Boğaz-hisar

10

Kayı

Kənd

Karasi

Ayazmənd

13

Kayı

Kənd

Kanqırı (Çankırı)

Tosya

95

Axa Kayı

Kənd

Kanqırı

Qoç-hisar

15

Axa Kayı

Kənd

Kanqırı

Qoş-hisar

10

Bozar Kayı

Kənd

Kanqırı

-

-

Xatun Kayısı

Kənd

Kanqırı

Qurşunlu

28

Aşğa Kayı

Kənd

Kangırı

Qarı bazarı

45

Yuxarı Kayı

Kənd

Kanqırı

Qarı bazarı

60

Kayı

Kənd

Kırşəhri

-

6

Kayı

Kənd

Konya

Qaş

58

Kayı Üyüyü

Kənd

Konya

Səhra

1

Kayı

Kənd

Konya

Xatun-saray

-

Kayı Üyüyü

Kənd

Konya

Larəndə

17

Kayı

Kənd

Konya

İn suyu

18

Yenicə Kayı

Kənd

Konya

Səndəli

51

Kayı

Kənd

Konya

Bayad

71

Ulu kayı

Kənd

Kütahya

Uşaq (Banaz)

73

Kiçik Kayı

Kənd

Kütahya

Uşaq (Banaz)

3

Kayı

Kənd

Kütahya

Əyri göz

56

Yavı Kayı

Kənd

Kütahya

Geyiklər

19

Kayı

Kənd

Kütahya

Şeyxlu

29

Kayı

Kənd

Kütahya

Sazanos

24

Kayı və Qoz dərəsi

Kənd

Kütahya

Dovşanlu

18

Kayıcuq

Kənd

Kütahya

Şeyxlu

10

Kayı

Kənd

Məntəşə

Balat

10

Kayı

Kənd

Məntəşə

Balat

-

Kayı və Daş Kayı

Kənd

Məntəşə

Göycüyəz

468

Kayı

Kənd

Məntəşə

Məkri

-

Kayılu

Kənd

Məntəşə

Cinə

5

Kayılu

Kənd

Məntəşə

Burnaz

9

Kayı

Kənd

Niyde

-

386

Kayı

Kənd

Saru-xan

Ak-hisar

12

Kayılu

Kənd

Saru-xan

-

8

Kayıcıq

Kənd

Sivas

Sivas

39

Kayı

Əkinlik

Sivas

Qoç-hisar

-

Kayı

Əkinlik

Sivas

Sivas

-

Kayıcıq

Əkinlik

Sivas

Sivas

-

Bəy Kayı

Kənd

Sivas

Zilə

108

Kayı-Kolan?

Kənd

Sivas

Daşabad

94

Kayı

Kənd

Sivas

Tokat (Gəlmufad)

9

Kayıcıq

Kənd

Sivas

Tokat (Tozanlu)

9

Kayı

Kənd

Sultan-önü

Qaracaşəhir

30

Kayı

Kənd

Sultan-önü

Qaracaşəhir

36

Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin