İlk tibbi yardımın göstərilmə qaydaları
218
çıxarılmalı, donmuş nahiyə normal rəng almırsa,
zədələnmiş
nahiyə ehmalca 20 dərəcə olan suya salınır. Təxminən 10
dəqiqə ərzində suyun temperaturu 38-40 dərəcəyə qədər
qaldırılır. Çalışmaq lazımdır ki, suyun hərarəti 41 dərəcədən
artıq olmasın və həmin temperaturda qalsın. Zədələnmiş nahiyə
dəri yumşaq, çəhrayı rəng alana
və əl vurduqda istilik hiss
edilənə qədər isti suda saxlanılmalıdır. Donmuş yeri isidəndə
orada şiddətli ağrılar ola bilər. Toxumaların sonrakı
zədələnməsinin qarşısını almaq üçün zədələnən nahiyəni suya
salarkən qabın dibinə və divarlarına dəyməməlidir.
Əgər isti su yoxdursa, donmuş ətraflar bədənin isti yerlərinə
və s. yaxın saxlanılır. Üz kimi açıq
nahiyələrə təzyiq
göstərmədən əl və ya əlcək qoyub isidilir. Əlləri qoltuq altında
və ya sinədə qızdırmaq olar.
Bundan başqa zədələnmiş nahiyəyə tarım çəkilmiş steril
quru sarğı qoyulur, əl və ayaq barmaqlar donmuşsa, onların
arasına pambıq və ya tənzif qoyulur. Ayaqların donu açılandan
sonra zərərçəkənin gəzməsinə icazə verilmir. Huşu aydın olan
zərərçəkənə
isti çay və yemək verilir, suluqlar deşilmir,
zədələnmiş nahiyəni əllə ovuşdurmaq,
sürtmək və ona təzyiq
göstərmək olmaz.
Zədələnmiş nahiyənin qarla sürtülməsi dərinin daha da
soyumasına, dəridə cızıqların əmələ gəlməsinə, onların
infeksiyalaşmasına
və
dəridə
yerləşən
toxumaların
zədələnməsinə səbəb olur. Bədənin donmuş hissələrini birdən-
birə və birbaşa açıq alov, isti butulka və isti kərpiclə qızdırmaq
olmaz. Dərin donma zamanı donmuş ətraf hərəkətsizləşdirilir.
Yüngül hallar istisna olmaqla donma zamanı
həkimə müraciət
edilməlidir.
Kəskin soyuq zamanı düzgün qidalanmaq, quru və isti
geyinmək lazımdır. Hava soyuq
olanda yun və xəz paltardan
istifadə etdikdə bədən və paltar arasında isti hava qatı yaranır.