Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


İlk tibbi yardımın göstərilmə qaydaları



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə141/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   137   138   139   140   141   142   143   144   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

İlk tibbi yardımın göstərilmə qaydaları 
221 
başlanır.
Şəkil 67. Qida zəhərlənməsi. 
Xəstə qusduqdan sonra ona qarın işlətmə duzları (400 - 500 
ml suda 20 - 30 q maqnezium-sulfat və ya natrium sulfat) 
içirdirlər. Xəstəni yataqda uzadıb qarnına isitqac qoymaq 
lazımdır. Ağrılar olduqda 5-7 damcı 0,1 %-li atropin-sulfat və 
ya 0,015 q xanımotu (belladonna), bəzən atropin (0,5 - 1 ml 0,1 
%-li) məhlulunu dəri altına yeritmək olar. Kollaps baş verdikdə 
ürək damar dərmanları: 2 ml 25 %-li kordiamin məhlulu, 2 ml 
20 %-li kamfora məhlulu, 1 ml 10 %-li kofein məhlulu, 1 ml 1 
%-li mezaton məhlulu dəri altına yeridilir. Orqanizm 
susuzlaşdıqda və elektrolitləri itirdikdə 500 - 1000 ml, natrium-
xloridin izotonik məhlulunun damcı üsulu ilə dəri altına və ya 
venaya yeridilməsi təşkil edilməlidir.
Eyni zamanda venaya 10 - 12 ml 10 %-li natrium xlorid 
məhlulu 
yeridilməlidir. 
İntoksikasiya 
və 
susuzlaşma 


İlk tibbi yardımın göstərilmə qaydaları 
222 
simptomlarının kollaps əlamətləri ilə birləşməsi, hökmən damcı 
üsulu ilə venaya mayelərin (5 %-li qlükoza ilə birlikdə natrium-
xlorid izotonik məhlulunun) yeridilməsini və ürək-damar 
dərmanlarının (kofein, mezaton; 0,5 - 1 ml 0,2 %-li 
noradrenalin məhlulunu damcısalan pipetkaya əlavə edirlər) 
yeridilməsini tələb edir. 
Qida maddələri ilə zəhərlənmə hallarında əvvəlinci 1 - 2 gün 
ərzində xəstə yeməkdən çəkinməlidir, bu zaman ona ilıq çay 
vermək olar. Sonralar isə həkimin göstərişi üzrə qidalanma 
rejimi tədricən genişləndirilir. 
Məişət 
zəhərlənmələri

Alkoqol
. Ondan 
sui-istifadə 
edilməsi-məişət zədələnmələrinin ən çox təsadüf olunan 
səbəbidir. Alkoqolla (narkoz zəhəri ilə) zəhərlənmə zamanı 
şüurun koma dərəcəsinə qədər pozulması müşahidə edilir. Bu 
zaman ağızdan və qusuntu kütləsindən səciyyəvi alkoqol iyi 
gəlir. Bəbəklər əvvəl daralır, onların işığa və ya buynuz qişa 
refleksinə 
reaksiyası 
mühafizə 
olunur, 
daha 
dərin 
intoksikasiyada bəbəklər genişlənir, onların işığa və buynuz 
qişa refleksinə reaksiyası olmur. Bu zaman tənəffüsün dərin 
olması, nəbzin tez-tez vurması qeyd edilir, ağır intoksikasiya 
zamanı arterial təzyiq aşağı düşür. 
Təxirəsalınmaz terapiyaya yoğun zond vasitəsilə mədənin 
yuyulması, parçalanan alkoqol maddələrinin neytrallaşdırılması 
üçün dərialtına kofein (1 - 2 ml 20 %-li məhlulu) yeridilməsi, 
habelə venaya təzəcə hazırlanmış 400 - 600 ml 4 %-li natrium-
bikarbonat məhlulunun yeridilməsi aiddir.
Arterial təzyiqin aşağı düşməsi və susuzlaşma zamanı 
venaya 1-2lnatrium-xlorid izotonik məhlulu və ya 5 %-li 
qlükoza məhlulu yeridilməlidir. 
Alkoqol koması halında olan xəstənin dilinin dala əyilib 
içəriyə düşməsinin qarşısını almaq üçün alkoqol koması 
vəziyyətində olan xəstənin dilinə dil tutqacı qoyulmalıdır (şəkil 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin