Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


İlk tibbi yardımın göstərilmə qaydaları



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə142/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   138   139   140   141   142   143   144   145   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

İlk tibbi yardımın göstərilmə qaydaları 
223 
68). 
Şəkil 68. Alkoqol koması 
 
Karbon 2 - oksid dəm, işıq və generator qazlarını tərkibində 
olur. Zəhərlənmə mərkəzi sinir sisteminin zədələnmə 
simptomları ilə xarakterizə olunur. Bu simptomlar - qulaqlarda 
küy, başağrısı, başgicəllənməsi, ürək bulanması, qusma, bərk 
zəifləmə, şüur pozğunluğu, sonra dərin koma baş verməsindən 
ibarətdir. 
İlk yardım
: zərərdidəni xarab olmuş havadan dərhal 
uzaqlaşdırmalı, oksigen, karbogen inhalyasiyası, göstəriş 
olduqda süni tənəffüs, o cümlədən aparat vasitəsilə süni 
tənəffüs keçirilməlidir. 
Bu zəhərlənmənin antidotu metilen abısıdır. Onu 
xromosmon preparatı 
ilə (metilen abısının qlükozada 
hazırlanmış və ampullara tökülmüş məhlulu) 50 - 100 ml 
miqdarında venaya yeridirlər. 
Sirkə essensiyası
. Sirkə essensiyası içilməsi nəticəsində ağız 


İlk tibbi yardımın göstərilmə qaydaları 
224 
boşluğu, udlaq, qırtlaq, qida borusu, mədənin selikli qişasının 
yanığı və ümumi intoksikasiya baş verir. Yanıq udma aktının 
pozulması, ağızda və qida borusu yolunda bərk ağrı ilə 
müşayiət olunur. Turşu sorulması hemolizə, qaraciyərin 
zədələnməsinə və aydın görünən asidoza səbəb olur. 
Zəhərlənmənin ilk dəqiqələrindən eritrositlərin dağılma 
məhlulları sidiyə qarışdığına görə, o albalı rəngi alır. Anuriya 
inkişaf edə bilər. 
Təxirəsalınmaz yardım mədənin yuyulması ilə başlanır. Bu 
tədbir ancaq assensiya qəbul edilməsindən sonrakı ilk 1 - 2 saat 
ərzində (adətən, zond işlədilmədən) keçirilməlidir. Mədənin 
yuyulması üçün ən yaxşı vasitə 2 %-li natrium-bikarbonatdan 
(içməli sodadan) istifadə edilməsidir. Asidozla mübarizə üçün 
:500 - 600 ml.4 %-li natrium-bikarbonat (soda məhlulunu) 
damcı üsulu ilə venaya yeridirlər, diurezi artırmaq üçün təkrar 
10 ml 24 %-li eufillin məhlulu və başqa sidikartıran dərmanlar, 
ağrılar olduqda da promedol yeridilir. Parenteral qidalanma 
tətbiq edilir. 
Fosfor
- üzvi birləşmələr (xlorofos, tiofos, karbosof və s.). 
Bu maddələrin istehsalatda və məişətdə geniş tətbiqi onlarla 
zəhərlənmə hadisələrinin artmasına səbəb olur. Zəhərlənmə 
simptomları, bir qayda olaraq, zəhərlə təmasdan sonrakı birinci 
saat ərzində təzahür edərək ağız suyu axması, qusma, qarın 
işləməsi, bəbəklərin daralması, bronxların spazmı və bronxial 
vəzilərin güclü sekresiyası nəticəsində təngnəfəslik baş 
verməsindən ibarət olur. Zəhərlənmənin gec büruzə edən 
mərhələlərində əzələlərin, o cümlədən tənəffüs əzələsinin iflici 
və burun nəticəsində təngişmədən gələn ölüm baş verir. 
Təxirəsalınmaz yardım tədbirləri: - atropin yeridilir, mədə 
yuyulur (fəallaşdırılmış kömür və ya karbolen əlavə edilməklə), 
lazım gəldikdə süni tənəffüs keçirilir. Diaqnozdan şübhə 
edilmədikdə eyni zamanda 3 - 5 ml 0,1 %-li atropin məhlulu 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin