Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə154/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   158
Heyat fealiyyetinin tehlukesizliyi

 
İZAHLI LÜGƏT 
DÜİST 12.0.002-95-ə müvafiq əmək təhlükəsizliyi standartlar 
sisteminə görə həyat faliyyətinin təhlüksizliyi fənninə uyğun aşağıdakı 
terminlər qəbul edilmişdir. 
1

Əmək mühafizəsi:
– Bu qanunvericilik aktlarından, təşkilatı,
texniki, gigiyenik, müalicə-profilaktiki, sosial-iqtisadi tədbirlər 
sistemindən ibarət olub, insanların əmək prosesində sağlamlığını və 
işləmə qabiliyyətini qorumaqla təhlükəsizliyi təmin edilir. 
2. Təhlükəsizlik texnikası:
– İstehsalat prosesində yaranan 
təhlükəli istehsalat amillərinin işçilərə təsirini azaltmaq və ləğv etmək 
üçün texniki vasitələr və təşkilatı tədbirlər sistemidir. 
3. Əməyin təhlükəsizliyi:
– İşçi yerlərində zərərli və təhlükəli 
istehsalat amilləri, işçilərin sağlamlığına təsir olmayan əmək şəraitinin 
vəziyyəti nəzərdə tutulur. 
4.İstehsalat sanitariyası:
- İşçi yerlərində zərərli istehsalat 
amillərinin işçilərə təsirinin qarşısını almaqdan ötrü texniki, sanitar-
gigiyenik və təşkilati tədbirlər sistemindən ibarətdir. 
5. Əməyin gigiyenası:
- Əmək şəraitinin sağlamlaşdırılmasına 
görə 
sanitariya-gigiyena 
və 
müalicə-profilaktiki 
tədbirlər 
kompleksindən ibarətdir. 
6. Təhlükəli istehsalat amilləri:
- Müəyyən iş şəraitində 
istehsalat amillərinin təsiri nəticəsində işçilərin gözlənilmədən 
zədələnməsi, travma alması başa düşülür. 
7. Zərərli istehsalat amilləri:
- İş zamanı istehsalat amillərinin 
işçilərə təsiri (zərərli tozlar, qazlar, səs-küy, titrəyiş və s.) peşə 
xəstələnmələrinə, yaxud iş qabiliyyətinin azalmasına səbəb olur. 
8. Bədbəxt hadisələr:
- İşçilərin əmək fəaliyyətində yaxud 
rəhbərliyin tapşırıq-larını yerinə yetirərkən əmələ gələn zərərçəkmələr. 
9. Peşə xəstəlikləri:
- İstehsalat prosesində əmələ gələn istehsalat 
zərərlərinin təsiri nəticəsində yaranan xəstəliklər. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin