İlk tibbi yardımın göstərilmə qaydaları
236
İstivurma təhlükəli hal hesab edilir. İstilik nəticəsində
orqanizmin bütün sistemləri fəaliyyətini zəiflədir. Bu zaman
orqanizm uzun müddət tərləmə nəticəsində çoxlu miqdarda
maye və duz itirir. Bədəndə mayenin səviyyəsi aşağı düşdükcə
tərləmə dayanır və bədən özünü effektiv soyuda bilmir.
Bədənin hərarəti tezliklə elə bir həddə çatır ki, beyin və
digər vacib orqanlar (ürək və böyrəklər) öz fəaliyyət
qabiliyyətlərini itirməyə başlayırlar. Nəticədə istivurma yaranır.
İstivurma üçün gün əsas şərt deyil, hava buraxmayan isti
paltarda səylə işləmək və yaxud bir neçə saat havasız, pis
ventilyasiya olan yerdə keçirmək kifayət edir.
İstivurmanın təsirinə daha çox artıq bədən çəkisi olanlar;
yaşlı insanlar, uşaqlar, körpələr; günün isti vaxtında açıq
havada qalanlar, o cümlədən həddən artıq fiziki işlə məşğul
olanlar; ürək problemi, şəkər xəstəliyi, digər xroniki xəstələyi
olanlar; spirtli içki, yuxu dərmanları qəbul edənlər; zəif
qidalananlar məruz qalırlar. Əlamətləri:
- zəiflik, qızarmış sifət;
- baş ağrısı;
- başgicəllənmə;
- sifətin əvvəlcə qızarması, sonra birdən-birə avazıması;
- təngnəfəslik, nəbzin tezləşməsi;
- ağır hallarda bədən hərarətinin 40OC-dən artıq olması;
Dostları ilə paylaş: