Mülki müdafiə 177
Kükürd oksidi. Kükürd oksidi boğucu və ümumi
zəhərləyici təsirli maddədir. Tənəffüs yollarını qıcıqlandıraraq
bronxların spazmasını törədir. Ümumi təsiri nəticəsində karbon
və zülal mübadiləsi pozulur, baş beyində, qara ciyərdə, dalaqda,
əzələlərdə oksidləşmə prosesləri pozulur. Qan yaradıcı
orqanları qıcıqlandırır. Bir neçə dəqiqə təsir göstərdikdə
gözlərin və burun-boğazın qıcıqlanması, asqırma, öskürmə baş
verir. Daha uzun müddət təsir etdikdə qusma, nitqin və
udqunmanın pozulması müşahidə edilir.
Hidrogen sulfid . Hidrogen sulfid güclü zəhərdir. Tənəffüs
mərkəzinin iflicini törətdiyinə görə ölümə səbəb olur.
Zəhərlənmə hallarında qıcıqlanma əlamətləri ön plana çıxır,
gözlərdə yanma, göz yaşı axması, işıqdan qorxma, göz
qapaqlarının selikli qişasının qızarması, zökəm, boğazda
qaşınma, öskürək əmələ gətirir. Bundan başqa baş ağrısı, mədə
bulanması, qusma, baş hərlənməsi, zəiflik, hərəkətlərin
kordinasiyasinın itirilməsi, huşun itirilməsi. Ürək ritminin
tezləşməsi, dəri və selikli qişaların göyərməsi, ishal, tez-tez
sidik ifrazı simptomları da rast gəlir. Bədən hərarəti artır. Baş
ağrıları, damar pozğunluqları, əsəbilik, hissiyat pozğunluğu,
boğazda ağrı, dəridə qarışqa gəzməsi hissi, yüngül sərxoşluq,
qeyri-düzgün tənəffüs.
Xlor. Xlor
əsasən boğucu təsirli maddədir. Xlor sənayenin
müxtəlif sahələrində geniş tətbiq edilir: parçaların ağardılması,
müxtəlif növ kauçuk istehsalında, kağız məmulatı istehsalında,
suyun zərərsizləşdirilməsində dezinfeksiya məqsədilə tətbiq
edilir. İnsan orqanizmində əsasən tənəffüs yollarını
qıcıqlandırır, ağ ciyərlərin şişməsinə səbəb olur. Gözün selikli
qişasının, yumşaq damaq və əsnəyin qızarmasına, bronxitə,
yüngül təngənəfəsliyə, səsin xırıldamasına, sinədə təzyiq
hissinə səbəb olur, təngənəfəslik baş verir, nəbz tezləşir, sarı və
ya qırmızı rəngdə köpüklü bəlğəm ifrazı ilə öskürək artır.