Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN


Şəkil 47. Dağlıq Qarabağ müharibəsi



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə109/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Şəkil 47. Dağlıq Qarabağ müharibəsi 
HƏRBİ 
MÜNAQİŞƏLƏR—mürəkkəb 
siyasi-iqtisadi 
fenomendir; ziddiyətlərin üsi-üstə yığılaraq vaxtında həllini 
tapmaması ilə əlaqədardır. Hərbi münaqişələr zonasında 


Mülki müdafiə 
170 
davranış qaydalarını bilmək və həmin qaydaları təcrübədə 
tətbiq edə bilmək belə hallarda sağ qalmağa imkan verir. 
Ölkələr arasındakı hərbi münaqişələrlə yanaşı ölkə daxilində də 
hərbi-siyasi münaqişələr iğtişaşlara səbəb olur, getdikcə daha 
geniş miqyas alaraq sosial fəlakətlərə gətirib çıxarır. 
Terrorizm. 
TERRORİZM («lat. terror-qorxu, vahimə») - 
haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin 
əksəriyyətinin gəldiyi qənaət budur ki, o, siyasi, dini, ideoloji, 
iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün, 
hədənin tətbiq olunması formasıdır. Terrorizm bu siyasi 
ekstremizmin bir formasıdır, müəyyən məqsədlərə çatmaq üçün 
ən amansız zorakılıq metodlarından istifadə edir, hətta 
insanların fiziki məhv edilməsindən belə çəkinmir (şəkil 48).
Şəkil 48. ABŞ-da 11 sentyabr terroru
 
Terrorizm ekstremizmin təzahürlərindən biri olmasına 
baxmayaraq, ekstremizmin digər formalarından onunla 


Mülki müdafiə 
171 
fərqlənir ki, bir qayda olaraq terrorizmin bütün təzahürləri 
hüquqa ziddir. Göründüyü kimi, terrorçuluq cinayətkarlığın ən 
təhlükəli formalarından biridir. Həmin təhlükəlilik transsərhəd 
formalardan törədilən terrorçuluğa da aiddir. Terrorizm ayrı-
ayrı şəxslər, qruplar tərəfindən həyata keçirilir. Onlar 
terrorizmin dövlət siyasəti rütbəsinə yüksəlmiş ölkələrdə 
müəyyən siyasi hərəkatın və ya ölkənin maraqlarını ifadə 
edirlər.
TERRORİZM – siyasi problemlərin antihumanizm üsulu ilə 
həll edilməsidir. O, ayrı-ayrı siyasi xadimlərin ambisiyalarını 
təmin etmək üçün bir vasitə kimi, yaxud da mafioz 
strukturların, kriminal günyrnın öz məqsədlərinə çatması üçün 
bir alət kimi istifadə edilə bilər. Terrorizmin 3 əsas növü var: 
siyasi, dini və kriminal. Dünyada ən yayılmış terror aktları 
aşağıdakılardır: 
• Dövlət və ya sənaye obyektlərinə basqın—bu maddi 
itkilərə səbəb olur, eləcə də, hədə-qorxunun və güc nümayışinin 
səmərəli vasitəsidir; 
• Dövlət müəssisələrinə və ya səfirliklərə basqın (girov 
götürülməsi ilə müşayət olunur və ciddi ictimai rezonansa 
səbəb olur); 
• Təyyarələrin və ya digər nəqliyyat vasitələrinin 
qaçırılması (siyasi mitivasiya-həbsxanadan yoldaşlarının azad 
edilməsi; kriminal motivasiya-girovun müqabilində pul tələb 
edilməsi); 
• Zərərçəkmişə qarşı zorakılıq (hədə-qorxu və ya təbliğat 
məqsədilə); 
• Adam oğurluğu (siyasi güzəştlər və ya məhbusların azad 
edilməsi üçün siyasi şantaj; özünü maliyyələşdirmə forması); 
• Siyasi qətl (bu terror mübarizə aparılmasının ən radikal 
vasitəsidir; terroristlərin fikrinə görə qətl-xalqı tiranların 
zülmündən azad edir); 


Mülki müdafiə 
172 
• Partlayışlar və kütləvi qırğınlar (psixoloji təsir, qorxu və 
insanlarda qeri-müəyyənlik hissi yaratmaq üçün nəzərdə 
tutulmuşdur). 
Qaçaqmalçılıq.
QAÇAQMALÇILIQ-dövlət sərhədlərindən 
qanunsuz olaraq malların, qiymətli sərvətlərin və digər 
predmetlərin gömrük qanunvericiliyinin pozulması ilə 
keçirilməsidir (şəkil 49).

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin