Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə106/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Sosial təhlükələr
. Sosial təhlükələr çox saylıdır. Buraya 
zorakılığın 
müxtəlif 
formaları 
(müharibələr, 
silahlı 
münaqişələr, terror aktları, kütləvi iğtişaşlar, repressiyalar və 


Mülki müdafiə 
165 
s.), kriminal (banditizm, oğurluq, fırıldaqçılıq, saxtakarlıq və 
s.), insanların fiziki və psixi müvazinətini pozan maddələrin 
qəbulu (alkoqol, nikotin, narkotiklər, dərman preparatları), 
suisidlər (özünüöldürmə) və insan həyatına və sağlamlığına 
zərər verən digər hadisələr aiddir.
Alkoqolizm
. ALKAQOL – universal zəhərdir, bütün 
orqanizmə təsir edir, xüsusilə də baş beynə daha çox zərər 
vurur. Alkoqol bədənin bütün toxumalarında qeyri-bərabər 
paylanır. Onu ən çox baş beyin udur, çünki, baş beyinin sinir 
hüceyrələrində böyük miqdarda lipidlər var və alkoqol digər 
mühitlərlə müqayisədə onlarda daha yaxşı həll olur. Gənc 
insanlarda beyin damarları daha böyük ölçülüdür (böyüyən 
hüceyrələri qidalandırmaq üçün), buna görə də beyinə gələn 
qan çoxdur. Alkoqol beyin hüceyrələrində 90 günə qədər qalır. 
Ağır alkoqol zəhərlənmələrində bir neçə min hüceyrə məhv 
olur (şəkil 44).
Şəkil 44. Alkoqoldan istifadə etmə 


Mülki müdafiə 
166 
Alkoqoldan çox istifadə psixi poxğunluqlara səbəb olur. Belə 
pozğunluqlara alkoqol qarabasmaları, alkoqol sayıqlaması, 
alkoqol qızdırması, epilepsiya aiddir. Sərxoşluq və alkoqolizm 
cəmiyyətə böyük miqyasda iqtisadi, sosial və mənəvi zərər 
vurur. İnsanlar alkoqoldan sui-istifadə edirlər, nəticədə 
xəstələnir, iş gününü buraxır, işdə qəzalara və zədələnmələrə 
səbəb olurlar.
Tütündən istifadə
. Tütün-25-dən artıq xəstəlik üçün risk 
faktorudur. Nikotin tütün tüstüsünün əsasını təşkil edir, ən 
güclü bitki tərkibli zəhərlərdən biridir. Lakin, tütünün zərərli 
təsiri təkcə nikotinlə məhdudlaşmır (şəkil 45).

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin