Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə103/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mülki müdafiə 
160 
Sosial-siyasi xarakterli fövqəladə hadisələrin təsnifatı

Sosial-siyasi 
xarakterli fövqəladə hadisələr aşağıdakı 
əlamətlərinə görə təsnif olunur: 
• Sosial-mədəni xarakterli fövqəladə hadisələr, hansı ki, öz 
növbəsində peşə, dini əlamət, mülkiyyət, ərazi, qohumluq və 
yaş həddi və digər əlamətlərlə xarakterizə olunur
• Siyasi xarakterli fövqəladə hadisələr: millətlərarası 
münaqişələr, narkotik maddə ticarəti, mütəşəkkil cinayətkarlıq, 
«Kölgə» iqtisadiyyatı, dövlət böhranı, informasiya və digər 
əlamətlərlə xarakterizə olunur; 
• 
Siyasi xarakterli fövqəladə halların əmələgəlmə 
səbəblərinə görə (təsadüfi və düşünülmüş konkret şəxslərin və 
ya sosial qüvvələrin davranışından asılı olmayan şəraitlərlə 
əlaqədar, ən çox təbii fəlakətlərlə, epidemiyalarla, millətlərarası 
və siyasi münaqişələr və s.) xarakterizə olunur; 
• Siyasi xarakterli fövqəladə halların davametmə müddətinə 
görə (qısa və uzun müddətli davam edən hadisələrdən asılı 
olmayan şəraitlərdə, terror aktları, sui-qəsd, bandit basqınları, 
inflyasiya, işsizlik, millətlərarası münaqişə, müharibə və s.) 
xarakterizə olunur; 
• İnsan fəaliyyəti ilə əlaqədar olaraq (iqtisadi böhranlar, 
mütəşəkkil cinayətkarlıq, böyük miqyaslı korrupsiya, sosial 
parlayışlar, ekstremist siyasi mübarizə, terrorizm, kəşfiyyatların 
qarşıdurması, hərbi toqquşmalar və s.) xarakterizə olunur.
Sosial xarakterli fövqəladə hallara: lokal və regional 
münaqişələr (millətlərarası, dinlərarası və s.), aclıq, böyük 
tətillər, kütləvi iğtişaşlar, talanlar, yanğınlar, işsizlik, 
demoqrafik problemlər, cəmiyyətin kriminilizasiyası, 
urbanizasiya və reketlik də aid edilə bilər.
Sosial xarakterli FH digər mənşəli FH-dən fərqli olaraq 
proqnozlaşdırmaq çətindir, çünki bu hadisələr cəmiyyətin 
hərəkətləri ilə bağlıdır və bu proqnozlar çox zaman subyektiv 


Mülki müdafiə 
161 
olur. Sosial xarakterli FH baş vermə səbəbləri risk faktorları ilə 
əlaqədardır. Onların əsasında müxtəlif səbəblərdən ictimai 
əlaqələr (iqtisadi, siyasi, millətlər arası, dinlər arası) arasındakı 
tarazlığın pozulması durur. Bu isə ciddi qarşıdurmalara, 
münaqişələrə və müharibələrə gətirib çıxarır. Onların 
katalizatorları isə sosial gərginliyə səbəb olan-işsizlik
korrupsiya, kriminal, kütləvi iğtişaşlar, terrorizm aktları, 
hökumət böhranları, inflyasiya, ərzaqla bağlı problemlər, 
sosial-məişət şəraitinin pis olması, millətçilik, yerliçilik və 
s.dir. Hadisələrin əlverişsiş inkişafı zamanı ayrı-ayrı 
narazılıqlar dalğası birləşərək dağıdıcı gücə malik olur, 
getdikcə yeni-yeni ərazilərə yayılır, dağıntılar uçqun xarakteri 
alır. 
Sosial xarakterli təhlükələr və FH öz dağıdıcı gücünə görə 
bəzən təbii, texnogen, ekoloji FH və kataklizmlərdən daha 
üstün olur. Bəzən bir növ FH öz növbəsində digər növlərin 
meydana çıxmasına səbəb olur.

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin