Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə101/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Təbii
növ
müxtəlifliyinin
itirilməsi.
Heyvanların 
və 
bitkilərin çox hissəsi meşə 
biosenozlarındadır
. Əgər 1500 il 
əvvəl onlar planetin 7 milyard hektar sahəsini əhəatə edirdisə, 
bu gün bu 4 milyard hektardır. Əsasən, planetin 80 % bitki 
növünü özündə yaşadan tropik meşələr vəhşicəsinə məhv edilir. 


Mülki müdafiə 
158 
Tropik meşələrin əsas hissəsizəif inkişaf etmiş ölkələrin payına 
düşür. Həmin ölkələr üçün qazanc mənbəyi qiymətli vasitə olan 
ağac növlərinin satılmasıdır. Tropiki meşələr planetin quru 
hissəsinin 7 %-inə qədər azalmışdır, əgər bu temp davam 
edərsə o zaman 2030-cu ilə qədər onların yalnız 1/4 hissəsi 
qalacaq. 
Rusiyanın mərkəzi hissəsində iynəyarpaqlı meşələr demək 
olar ki, məhv edilmişdir. Meşələrin məhvi ilə iqlim dəyişir, 
torpaq deqradasiyaya
5
uğrayır, çaylar məhv olur, bitki örtüyü 
və heyvanlar itirilir. Meşələrin məhvi ilə hər il minlərlə bitki 
növü həmişəlik olaraq itirilir, 20 minə qədər çiçək növü, 300-ə 
qədər məməli növü, 350 quş növü itirilmək həddinə çatıb. Hər 
bir bitki növünün itirilməsi ilə onunla ekoloji əlaqədar olan 5-
dən 35-ə qədər heyvan növü məhv olur. 
Hər il Avropada 300 milyona qədər miqrasiya edən və 
qışlayan quş məhv olur. Tundranın ekosistemləri vəhşicəsinə 
məhv edilir. Okeanların çox hissəsində mərcan rifləri itirilmək 
həddindəir. 
Növ müxtəlifliyi təkcə gözəllik deyil, həm də biosferanın 
dayanıqlılığının lazımlı fakiorudur. Ekosistemlər xarici 
mühitin biotik, iqlim, toksiki təsirlərinə qarşı tab gətirə bilmək 
qabiliyyətinə malikdir. Növlərin itirilməsi-biosfera üçün 
əvəzsiz itkidir, bəşəriyyət üçün isə real təhlükədir. 
Sual və tapşırıqlar 
1.Ekoloji fəlakət nədir? 2.Atmosferdə baş verən 
fövqəladə hadisələr hansılardır? 3.Hidrosferda baş 
verən anomaliyalar hansılardır? 4.Biosferdə baş 
verən hadisələr hansılardır? 5. Təbii və insan amili 
nəticəsində landşaft dəyişikliklərin səbəblərini izah 
edin. 



Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin