Mülki müdafiə 159
§ 25. SOSİAL-SİYASİ XARAKTERLİ FÖVQƏLADƏ HALLAR SOSİAL XARAKTERLİ FH – müəyyən ərazidə sosial
sferada təhlükəli ziddiyətlərin və konfliktlərin nəticəsində
yaranan, insan itkisinə, əhəmiyyətli dərəcədə maddi itkilərə
səbəb olan, insanların sağlamlığına və ya ətraf mühitə və
insanların həyat fəaliyyətinə zərər verən şəraitdir. İnsanların hər
hansı praktiki fəaliyyəti ətraf mühitlə əlaqəlidir və potensial
təhlükəlidir. Potensial təhlükə gizli xarakter daşıyır və çətin
proqnozlaşdırılan müəyyən şəraitdə özünü göstərir. Onlar
həmin şəraiti dərinləşdirərək ekstremal təhlükəyə çevirir. Əgər
bu təhlükə lokallaşdırılmasa və ya stabillişdirilməsə o
fövqəladə hala çevrilir. İnsanlar özlərinin yaşamı və inkişafı
üçün şərait yaradarkən və öz tələbatlarını ödəyərkən ətraf
mühitə təsir edir və onun cavab reaksiyasına-əks təsirə səbəb
olur. Bu təsir özü də gedişi boyunca müxtəlif faktorların, o
cümlədən sosial faktorların təsirinə məruz qalır. Əgər təhlükə
artaraq nəzarətdən çıxarsa, ekstremal vəziyyət yaranır və insan
həyatı və ya cəmiyyət real təhlükə ilə üz-üzə qalır.
SOSİAL TƏHLÜKƏ – cəmiyyətin kəskin dəyişiklikləri
olub, xarici şəraitin dəyişməsinə və faciəvi nəticələrə səbəb
olan sosial sistemin ani cavab reaksiyası kimi meydana gəlir.
Məsələn, inqilablar, hərbi konfliktlər (yerli, regional) və s. Bu
sosial xarakterli FH ifrat formasıdır. Sosial quruluşu dağılmaya
qarşı apaprır. Sosial təhlükələrdən müdafiə üçün həmin
təhlükələrin ləğvinə yönəlmiş profilaktik tədbirlər görülməlidir.
Bundan başqa, insanların belə şəraitdə düzgün davranış
qaydalarına əməl etməsi üçün müvafiq hazırlığı vacib
tədbirlərdən biridir. Sosial təhlükələrin səbəbi cəmiyyətdə baş
verən sosial-iqtisadi proseslərdir.