Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə105/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mülki müdafiə 
163 
təhlükəsiz olmalı və qidalı maddələrlə zəngin olmalıdır. 
Həyat səviyyəsinin aşağı düşməsi. 
Daha bir səbəb-həyat 
səviyyəsinin aşağı düşməsi və bundan irəli gələn nəticələrdir. 
HƏYAT SƏVİYYƏSİ - əhalinin normal həyat fəaliyyəti 
üçün maddi və mənəvi təmin edilməsidir.
YOXSULLUQ - əhalinin müəyyən hissəsinin və ev 
təsərrüfatlarının pul, əmlak və digər resurslarla təminatının 
nisbi olaraq aşağı səviyyədə olmasıdır. Yoxsulluq problemi 
dünyada bütün ölkələrdə mövcuddur və onun səviyyəsi ümumi 
istehsalın inkişaf stadiyasından, fərdin imkanlarından və 
əhalinin həyat fəaliyyəti şəraitindən asılıdır (şəkil 43). Əsasən, 
uşaqlı ailələr; tək valideynli ailələr; az təminatlı ailələr; işsizlər; 
üzvlərindən biri əlil olan ailələr; yaşlılar yoxsullardır. 
Həmçinin, əhalinin həyat səviyyəsini xarakterizə edən vacib 
göstərici, əvvələrdə olduğu kimi yenə də mənzillə təminatdır. 
Şəkil 43. Yoxsulluq içində yaşayan ailə 
İŞSİZLİK - əhalinin aktiv hissəsinin təsərrüfat fəaliyyəti ilə 
məşğul ola bilməməsidir. İşsizliyin aşağıdakı növləri vardır: 
məcburi və könüllü.


Mülki müdafiə 
164 
MƏCBURİ İŞSİZLİK zamanı işçi işləməyə qadirdir və 
işləmək istəyir, lakin iş tapa bilmir.
KÖNÜLLÜ İŞSİZLİK zamanı isə işçidə işləmək istəyinin 
olmamasıdır, məsələn, əmək haqqı aşağı olduğuna görə. 
Cəmiyyətin 
kriminallaşması

CİNAYƏTKARLIQ—
dövlət qanunlarına zidd olan ictimai hadisədir, eyni zamanda 
müstəqil olaraq cəmiyyətə ciddi təsir edir. Adətən, sosial-siyasi 
və iqtisadi qeyri-stabillik dövründə və ya subyektiv faktorların 
təsirindən meydana gəlir.
Cinayətkarlığın 
ən təhlükəli və yayılmış növləri 
aşağızakılardır:
• Qətl, quldurluq, qəsb (reket) və vətəndaşların hüquq və 
azadlıqlarını pozan digər cinayətlər; 
• Silah, partlayıcı maddələrin qanunsuz əldə edilməsi, 
istehsalı, satışı və ya oğurlanması;
• Narkotiklərin qanunsuz dövriyyəsi
• Xuliqanlıq, oğurluq, fırıldaqçılıq, rüşvətxorçuluq, qumar; 
• Xidməti vəzifəsindən sui-istifadə. 
Beləliklə, kriminal təhlükə, cəmiyyətin həyat fəaliyyətinin 
təhlükəsiliyi üçün ciddi problem yaradır. Onların qarşısını 
almaq üçün həmin hadisələrin lokallaşdırılması üçün 
proqramlar işlənib hazırlanmalı; hüquq-mühafizə orqanlarının 
fəaliyyəti təkmilləşdirilməli; cinayətkarlığın səbəbləri və 
vəziyyəti, cinayətkar elementlərin gövlət mühafizə orqanlarına 
müqavimətinə şərait yaradan faktorlar və şərait haqqında 
düzgün təsəvvür olmalıdır. Bu sahədə təkcə dövlət tədbirləri
hüqüq-mühafizə orqanlarının fəaliyyəti deyil, həmçinin, 
cinayətkarlığın profilaktikası və əhalinin kriminala qarşı 
mübarizə 
aparması 
böyük 
əhəmiyyət 
daşıyır. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin