Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə115/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Kimyəvi zəhərlənmə ocağı
o əraziyə deyilir ki, orada 
zəhərli maddələrin təsiri nəticəsində əhalinin, heyvanların və 
bitkilərin zədələnməsi baş verir. Kimyəvi zəhərlənmə ocağının 
ölçüləri zəhərləyici maddələrin işlədilməsi miqyasından, 
onların növündən, tətbiq edilmə üsulundan, meteoroloji 
şəraitdən və yerin relyefindən asılı olur. Kimyəvi zəhərlənmə 
ocağı iki zonaya ayrılır: 
• Zəhərli maddələr ilə bilavasitə zəhərlənən əsas zona 
• Zəhərli maddələrinin buxar və aerozolları yayılan köməkçi 
zona.
Güclü təsirli zəhərli maddələrdən mühafizə olunmaq üçün 
sənaye əleyhqazlarından və xüsusi respiratorlardan istifadə 
olunur.
Sual və tapşırıqlar 
1.Güclü təsirli zəhərli maddələr hansılardır? 
2.Kimyəvi zəhərlənmə ocağı hansı zonalara ayrılır? 
3.Güclü təsirli zəhərli maddələr hansı qrupa 
bölünürlər? 4. Xlorid və Sulfat turşusuları 
arasında fərqi izah edin. 5.Karbon monooksid 
haqqında nə bilirsiniz? 6.Kükürd oksidi ilə Etilen 
oksidi haqqında bildiklərinizi müqayisə edin. 
 
§ 28. MÜHAFİZƏ QURĞULARI VƏ NÖVLƏRİ 
Mülkü müdafiənin əsas üsullarından biri mühafizə 
qurğularından istifadə edilməsidir. Sülh və müharibə 
dövrlərində baş vermiş fövqəladə hadisələr zamanı əhalinin 


Mülki müdafiə 
180 
sığınacaqlarda yerləşdirilməsi xüsusən böyük şəhərlərdə 
əhalinin evakuasiya edilməsi mümkün olmadıqda çox böyük 
əhəmiyyətə malikdir. Təkcə müharibə dövründə deyil, sülh 
şəraitində də baş verən fövqəladə hadisələrdə əhalinin 
sağlamlığı və həyatının qorunmasında mülki müdafiənin 
sığınacaq və qurğularından istifadə olunur. 
Sığınacaqlar
.Sığınacaqlar insanların qəzalardan, sülh 
şəraitində baş verən təbii fəlakətlərdən, həmçinin müharibə 
dövrü üçün xarakter fövqəladə hadisələrin—kütləvi qırğın 
silahlarının və müasir adi qırğın vasitələrinin zədələyici 
amillərinin təsirindən qorunmaq üçün nəzərdə tutulub. 
Sığınacaqlar zəhərləyici maddələrdən və bakterial vasitələrdən, 
yanğın zamanı alovun, yüksək hərarətin və zərərli qazların 
təsirindən, partlayışlar zamanı dağıntılardan mühafizə edir. Bir 
sözlə mühafizə qurğuları insanları FH bütün zədələyici 
amillərindən qoruyur. 
Sığınacaqlarda həyai fəaliyyətini təmin edən qəza-xilasetmə 
dəstələri və əhalini mühafizə edən məntəqələr yaradılır: ərzaq, 
ilkin tibbi yardım, zədələnmiş insanları toplayan, isidici və s. 
Sığınacaqlar sülh dövründə yaradılır və lazım olan vasitələrlə 
təchiz olunur. 
Şəraitə uyğun olaraq sığınacaqlar binaların daxilində və 
kənarda quraşdırıla bilər. Daxili sığınacaqlara binaların 
tərkibində olan zirzəmilər, xaricdə quraşdırılanlara isə binadan 
kənarda quraşdırılmış sığınacaqlar aiddir. 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin