Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə85/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Mülki müdafiə 
132 
Vulkan
. Qədim Roma əsatirlərində “VULKAN” od 
allahıdır. Yunanıstanda isə onu “HEFEST” adlandırırdılar. 
Əslində isə vulkan Yer qabığı səthində baş verən geoloji 
hadisədir. Vulkanın krateri onun zirvəsindəki üzdə olan, 
görünən 
hissəsidir. 
Vulkan 
püskürəndə 
yerin 
təkindən lava, kül, yanar qazlar və buxar çıxıb ətrafa yayılır. 
Vulkanlar bəşəriyyətin başına az bəlalar gətirməyib. 
Məşhur Etna və Vezuvi vulkanları haqqında eşitmişik. Etna 
vulkanı təxminən 200 dəfə püskürüb. Eramızın 122-ci ilində 
Kataniya şəhərini yer üzündən silib. Vezuvi vulkanı isə 
Pompey və Herkulanum şəhərlərini əhalisi ilə birlikdə məhv 
edib.
Fəal vulkanlardan başqa sönmüş vulkanlar da var. Lakin 
bəzən sönmüş vulkan da oyanır. Ona görə də belə vulkanları 
yatmış vulkan adlandırırlar. Qafqaz sıra dağlarının Kazbek və 
Elbrus kimi zirvələri sönmüş vulkanlardır (şəkil 29). 
Şəkil 29. Vulkan püskürməsi 


Mülki müdafiə 
133 
Bir də palçıq vulkanları var. Belə vulkanların mənşəyi neft-
qaz yataqları ilə bağlıdır. Azərbaycan palçıq vulkanlarının 
sayına görə dünyada birinci yeri tutur. Dünyada mövcud 
olan 800 palçıq vulkanından təxminən 350-si Azərbaycandadır. 
Deyilənə görə, Azərbaycanda palçıq vulkanları ilk dəfə 25 
milyon il əvvəl püskürüb. 1810-cu ildən indiyə qədər 50 
vulkanda 200-ə yaxın püskürmə qeydə alınıb. Bizim palçıq 
vulkanlarımız “
Təbiətin yeddi möcüzəsi
” müsabiqəsinin 
nominantı seçilib. 
Qasırğa, fırtına və burağanlar. 
QASIRĞA -atmosferdə 
baş verən siklon (isti və soyuq hava kütlələri) hadisələri 
nəticəsində yaranır. Qısa müddət ərzində yağış yağır, küləyin 
sürəti kəskin surətdə artır, bu isə binaların dağılıb-tökülməsinə, 
çayların daşmasına, təhlükəli sellərin əmələ gəlməsinə, 
insanların zərər görməsinə və məhv olmasına səbəb olur. 
Zərərin miqyası qasırğanın müddətindən, gücündən, əhalinin 
sıxlığından və iqtisadiyyatın xarakterindən asılı olur.
FIRTINA – dənizdə güclü dalğa yaradan, quruda dağıntılara 
səbəb ola bilən sürəti 20 m/s-dən çox olan güclü küləkdir.
BURAĞAN – havanın şaquli və ya maili ox ətrafında 
fırlanma hərəkətindən əmələ gələn, tufan buludunda yaranan və 
aşağıya doğru, çox vaxt 
yerin səthinə qədər qara 
buludlu diametri 1000 m-ə 
qədər olan, güclü dağıdıcı 
gücə malik, havanın sürəti 
100 
m/s-ə 
qədər olan, 
xortum formasında hərəkət 
edən atmosfer törəməsidir 
(şəkil 30).

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin