Oktay salayev, RÖVŞƏn quliyev, Şahmurad məMMƏdov, İsmayil səFİyev həyat fəALİYYƏTİNİN



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə93/158
tarix02.12.2023
ölçüsü5,85 Mb.
#137877
növüDərs
1   ...   89   90   91   92   93   94   95   96   ...   158
Heyat fealiyyetinin tehlukesizliyi

Hidrodinamik qəzalar
. Hazırda respublikamızda 140 su 
anbarı istismar halındadır. Su anbarları fəsillərlə nizamlanır və 
suvarma üçün istifadə olunur. Respublikamızda 10 iri su 
elektrik stansiyaları (Mingəçevir, Sərsəng, Şəmkir, Araz, 
İsmayıllı-1, Fizuli, Xudafərin, Taxtakörpü, Biləv, Yenikənd) 
mövcuddur. Su elektrik stansiyalarından energetika, suvarma, 
su təchizatı və s. istifadə olunur.
Bu stansiyalarda baş verə biləcək qəzalara səbəblər: 
bəndlərin 
təbii 
fəlakətlər 
zamanı uçması, bəndlərin 
deformasiyaya uğraması, teror və ya düşmən təxribatı zamanı 
baş verə biləcək fəlakətlər, su anbarlarında suyun çoxalması, 
normadan artıq su axını, suötürücülərin nasazlığı, bəndlərin 
üzərindən suyun aşması və s. ola bilər. Bu zaman, iri yaşayış 
məntəqələri, kənd və qəsəbələr, zəmilər, geniş ərazilər suyun 


Mülki müdafiə 
146 
altında qala bilər. İqtisadiyyat obyektlərinə və balıqçılıq 
təsərrüfatlarına ziyan dəyə bilər. Flora və fauna məhv ola bilər.

Sual və tapşırıqlar
1.Texnoloji fəlakət nədir? 2.Texnogen xarakterli 
fövqəladə halları sadalayın. 3.Nəqliyyat qəzaları 
haqqında nə bilirsiniz? 4. Hidrodinamik qəzaların baş 
vermə səbəblərini açıqlayın. 5.İstehsalat və sənaye 
müəssisələrində qəzalar necə baş verir? 
§ 25. EKOLOJİ XARAKTERLİ FÖVQƏLADƏ HALLAR
 
EKOLOGİYA
– canlı olnanizmlərin bir-biri ilə və ətraf 
mühit ilə qarşılıqlı əlaqələri haqqında elmdir. Canlı və cansız 
təbiəitin bütün elementləri bir-birinin həyat fəaliyyətinə və 
vəziyyətinə qarşılıqlı olaraq təsir edir. Yer üzərində həyatın 
davam etməsi üçün canlı və cansız təbiətin bütün elementləri 
arasında ekoloji tarazlığın sabit qalması çox vacibdir. 
EKOLOJİ FƏLAKƏT – təbii fəlakət, iri sənaye və nəqliyyat 
qəzası nəticəsində kütləvi surətdə canlı orqanizmlərin məhvinə 
və böyük maddi itkilərə səbəb olan haldır (şəkil 40). 
Ekoloji xarakterli fövqəladə halların səbəb olduğu təbii 
mühit sabitliyinin pozulmasının əsas nəticələrinə aiddir: 
• Dünya əhalisinin artımı və eyni zamanda həyat üçün yaralı 
ərazilərin azalması; 
• Biosferin əsas komponentlərinin tənəzzülü və bununla 
əlaqədar insan sivilizasiyasının öz-özünü saxlaması və təmin 
etməsi üçün təbiətin potensialının aşağı düşməsi; 
• Mümkün iqlim dəyişikliyi və Yerin ozon qatının tükənməsi; 
• Bioloji növ müxtəlifliyinin azalması; 


Mülki müdafiə 
147 
• Təbii fəlakət və texnoloji qəzara nəticəsində dəyən ekoloji 
ziyanın artması. 
Antropogen qəzaların ekosistemlərə təsirləri arasında 
xüsusi təhlükəli olanlarından aşağıdakıları göstərmək olar: 
• Atom elektrik stansiyalarında və kimyəvi müəssisələrdə baş 
verən qəzalar; 
• Yanacaq, radioaktiv və zəhərli maddələrin nəqli zamanı baş 
verən qəzalar; 
• Sutəmizləyici qurğularda və neft borularında baş verən 
qəzalar; 
• Geniş ərazilərdə meşə yanğınları; 
• Tankerlərin və neftçıxarma platformaların qəzaları. 
Ekoloji nəticələr baxımından kimya obyektlərində baş 
verən böyük qəzalar çox təhlükəli və ağırdır. Bu halda 
atmosferin yerüstü təbəqəsi, su mənbələri, torpaq və s. zəhərli 
maddələrə yoluxur.

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin