1.Görmə aqnoziyası. Qabığın ənsə payının zədələnməsi zamanı yaranan aqnoziya vaxtı, doğrudur insan görmə qabiliyyətini itirmir, lakin cismi gördükdə onu bütövlükdə qavraya bilmir, onların ancaq müəyyən hissəsini görür. Bəzən xəstə bu və ya digər cismin kiçik nəzərə çarpmayan hissələrini görür. Lakin həmin cismin səciyyəvi cəhətlərini sadalamaqda çətinlik çəkir. Beləliklə, görmə aqnoziyası zamanı (təfəkkür, hafizə, diqqət görmənin sağlam qalmasına baxmayaraq) xəstədə qavrama prosesi pozulur. Görmə prosesinin təşkilində görmə sahəsindən kənarda olan sahələr də iştirak edir. Ancaq qavrayış yalnız toxunma, hərəki və müvazinət qıcıqlarının təsiri sahəsində yaranır.