Олигофренийанын тяснифаты


Xüsusi məktəblərdə təlim alan görmə sistemində qüsur olan uşaqlar



Yüklə 135 Kb.
səhifə7/8
tarix24.03.2022
ölçüsü135 Kb.
#114950
1   2   3   4   5   6   7   8
movzu 9 Gorme sisteminde qusur olan usaqlar

5. Xüsusi məktəblərdə təlim alan görmə sistemində qüsur olan uşaqlar

Görmə sistemində qüsur olan uşaqların xüsusiyyətləri psixi fəaliyyətin ən yüksək formalarının inkişafına təsir göstərir. Təlim və tərbiyə prosesində belə uşaqlar biliklər sisteminə yiyələnir, bir sıra bacarıq və vərdişlər əldə edirlər ki, bununla əlaqədar olaraq qüsurun törətdiyi mənfi hallar tədricən dəf edilir və qarşı tərəfi göstərən əvəzedici, tarazlaşdırıcı proseslər inkişaf etməyə başlayır. Əvəzedici yollar və üsullar təlim prosesinin məzmunu, metodları, şəraiti və təşkilindən asılıdır. Müasir dövrdə görmə sistemində qüsur olan uşaqların təlim-tərbiyəsi dövlət qayğısı çərçivəsində həyata keçirilir və bu məqsədə xidmət edən Bakı şəhərindəki 162 saylı zəifgörən uşaq bağçası və xüsusi internat məktəbi fəaliyyət göstərməklə onların təlim-tərbiyəsilə məşğul olub, cəmiyyətimizə lazım olan gənclər hazırlayırlar. Anadangəlmə görmə sistemi qüsurlu insanlarda « 6-cı hissin» olması məlumdur. Onlar yaxınlaşan əşyanın olduğunu hiss edirlər. Həmçinin onlarda forma, ölçü və faktları lamisə vasitəsilə ayırmaq kimi incə dabiliyyət vardır. Nitqin inkişafı vasitəsilə əşyanın hərəkətlərini, təfəkkürün və təsəvvürlərin inkişafını yaxşılaşdırmaq mümkündür. Müəllim və tərbiyəçilərin rəhbərliyi altında fəal, məqsədyönlü fəaliyyət prosesində qüsurlu uşaqlar biliklər sisteminə yiyələnir, onlarda eşitmə, hərəkətetmə formalaşır ki, bu da görmə imkanı olmadığı şəraitdə elə bir sensor əsas təşkil edir ki, qavrayış, sərbəst diqqət, məntiqi yaddaş, mücərrəd təfəkkür, nitq kimi mürəkkəb proseslər inkişaf etməyə başlayır. Görmə sistemi qüsurlu olan uşaqlar üçün məktəblər şagirdlərin dünyagörüşünü artırır, onları ümumtəhsil məktəblərinin tədris proqramları həcmində biliklərlə silahlandırır. Oxumaq və yazmaq öyrədilərkən Brayl əlifbasından istifadə edirlər. Görmə sistemi qüsurlu uşaqların məktəbdə təhsil dövründə fiziki və əqli qabiliyyəti hərtərəfli inkişaf edir. Təlim-tərbiyə işinin başlıca vəzifəsi uşaqların əmək tərbiyəsidir, onlarda əməyə şüurlu münasibət aşılamaq, ictimai-faydalı əməyə təlabat və hazırlıq formalaşdırmaqdır.




Yüklə 135 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin