Олигофренийанын тяснифаты


Uşaqların psixi inkişafında görmənin rolu



Yüklə 135 Kb.
səhifə6/8
tarix24.03.2022
ölçüsü135 Kb.
#114950
1   2   3   4   5   6   7   8
movzu 9 Gorme sisteminde qusur olan usaqlar

4. Uşaqların psixi inkişafında görmənin rolu

Məlumdur ki, normal inkişaf edən uşaqların həyatında və fəaliyyətində görmənin rolu çox böyükdür. Dünyaya yeni göz açan uşaq ilk gündən görmə qabiliyyətinə malik olur.

Görmə, eşitmə, taktil (əl hərəkəti) genetik əlaqə yaradır ki, bu da öz növbəsində bütün psixi proseslərin əsasını təşkil edir: göz, baş, beyin qabığı ilə sıx əlaqədə olub, onun təsiri altında fəaliyyət göstərir. Görmə zamanı göz torundan keçən şualar baş beyinə daxil olur.

Görmə üzvü digər analizatorlardan daha zərif və təkmilləşdirilmiş anatomik orqandır. O, çox mürəkkəb qəbuledici və təhliledici periferik aparatdır və 126 milyon çubuqlardan (gündüz və gecə görmək üçün), 6 milyon kolbacıqlardan (rəngləri müəyyənləşdirmək üçün), 6 milyon əsəb tellərindən ibarətdir. Kiçik görmə insanın inkişafı üçün əhəmiyyətli bir prosesdir. Görmənin itməsi və ya zədələnməsi inkişafı ləngidir. Bunun nəticəsində şifahi nitq inkişafdan qalır, əqli fəaliyyət zəifləyir. Kor insanların psixi inkişafına dair çoxlu tədqiqat işləri vardır. 1924 -cü ildə V. Şteynberq qeyd edirdi ki, görmə sistemində ciddi qüsuru olan uşaq yaxşı yaddaşa malik olur. Yaddaşın belə möhkəm olması onun passiv olan və yaxud fəaliyyətdən qalan görmə orqanın hesabına olur.

Məlumdur ki, kor uşaqlarda diqqət çox davamlı olur. Görmə analizatoru uşaqlarda kiçik yaşlardan başlayır. Onların həyatının ilk aylarında yalnız qeyri-ixtiyari diqqət özünü büruzə verir. Bü dövrdə uşaqlar əvvəlcə kəskin xarici qıcıqlara, qaranlıqdan işığa keçməyə, tempuraturun dəyişməsinə, qəflətən eşidələn yüksək səslərə və s. reaksiya verirlər. Məsələn: qırx günü hələ tamam olmamış çağa yanında qəflətən səslənən səsdən bərk diksinir, sonra ağlamağa başlayır. Bir cəhəti də unutmaq olmaz ki, yaş artdıqca psixi fəaliyyətin ixtiyari olaraq tənzim edilməsində kor uşaqda diqqət daha mühüm rol oynayır.

Təlim prosesində görmə sistemi qüsurlu uşaqların diqqətini səmərəli təşkil edilməsi zəruridir.




Yüklə 135 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin