Олигофренийанын тяснифаты


Görmə sistesində qüsurun yaranma səbəbləri və başqa elmlərlə əlaqəsi



Yüklə 135 Kb.
səhifə8/8
tarix24.03.2022
ölçüsü135 Kb.
#114950
1   2   3   4   5   6   7   8
movzu 9 Gorme sisteminde qusur olan usaqlar

6. Görmə sistesində qüsurun yaranma səbəbləri və başqa elmlərlə əlaqəsi

Görmə sistemində qüsuru olan uşaqların müalicəsi və yaranma səbəbləri tibb elminin qarşısında duran çox böyük problemdir.

Görmə sistemində qüsuru əmələ gətirən səbəblər müxtəlif olduğundan onlardan ən mühümlərinin adlarını çəkəcəyik. Uşaqların görmə sistemində qüsurlar iki cür olur:

1.Zəif görənlər

2.Tam ( total) görməyənlər

Uşaqlarda yaxından görmə funksiyasının pozulmasının etnologiyası heç də həmişə aydın olmur.

Buna vaxtından qabaq doğulma, doğum travması, həmçinin infeksiyalar və travmalar aid edilə bilər. Əksər hallarda isə zəif görmə anadangəlmə xarakter daşıyır. Aparıcı rol isə genetik amillərə və bəzən xromosom anomaliyalarına məxsusdur.

Genetik formalar arasında görmə zədələnməsinin əqli geriliklə birləşməsində də rast gəlinir. Belə hallarda intellektin inkişafdan qalması ilə yanaşı defraksiya anomaliyası, gözün inkişafının anadangəlmə zədələnməsi və kataraktlar, görmə sinirlərinin və torlu qişanın xəstəliyi qeyd olunur. Xəstəliyin diferensial formalarına bir sıra irsi xəstəliklər aiddir.

Görmə patologiyasının əsas formalarına refraksiya anomaliyalarının yüksək dərəcəsi, neyrogörmə aparatının zədələnməsi, göz almasının anadangəlmə inkişafdan qalması və qüsurları, göz büllurunun patologiyası aiddir ki, bunlar zəif görməyə gətirib çıxarır.

Aşağı görmə qabiliyyəti olan uşaqlar didaktik və əyani materialın anlaşılmaz qavranılması ilə əlaqədar olaraq təlim zamanı çətinlik çəkirlər.

Görmənin zədələnməsi ilk növbədə görmə qavrayışı prosesinə mənfı təsir göstərir. Onlarda formalaşan görmə qavrayışları normal görməyə malik uşaqlardakına nisbətən az dəqiq və parlaq olur. Buna görə zəif görənlər məkanda oriyentasiya prosesində çətinlik çəkirlər.

Zəif görən uşaqlar obyektlərdə əsas mühüm əlaməti seçməkdə və ayrı-ayrı elementləri vahid tamda sintez etmək zərurəti zamanı çətinlik çəkirlər. Təqdim edilən predmetlərin prosesində və riyazi məsələlərin həlli zamanı da həmin çətinlik özünü göstərir. Bunun nəticəsində zəif görən uşaqlar düzgün nəticəyə gəlməyə və müvafiq hökt çıxarmağı bacarırlar.

Görmənin zəifləməsi və görmə sahəsinin daralması çox hallarda oxu və yazı texnikasına yiyələnməyi, xüsusə də təlimin ilkin mərhələlərində çətinləşdirir.

Zəif görənlərin idrak fəaliyyətinin tədqiqi zamanı intellektual imkanların ilkin mühafizəsi aşkar olunur müvafıq kömək zamanı mürəkkəb tapşırığı yerinə yetirməsi, mənimsənilmiş həll etmə üsullarını anoloji tapşırığı tətbiq etmək bacarığı özünü göstərir.



Zəif görənlər üçün internat məktəblərə (0,05-0,4 görmə itiliyi olan uşaqları) göndərirlər. Zəif görənlər məktəbinə, həmçinin daha yüksək görmə itiliyi olan, lakin proqressivləşən, yaxud repdivləşən xəstəlikləri olan uşaqlar göndərilirlər.



Yüklə 135 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin