Orijinal adı: «Education Glossary»


Addım-addım (Step by Step - SBS)



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə4/92
tarix03.05.2023
ölçüsü0,95 Mb.
#126293
1   2   3   4   5   6   7   8   9   ...   92
KİTAB Təhsil lüğəti

 
Addım-addım (Step by Step - SBS) – Açıq Cəmiyyət İnstitutu Yardım Fondu tərəfindən əsası 
qoyulan və maliyyələşdirilən şəbəkə layihəsi.
“Addım-Addım” Proqramı uşaqlar üçün anadan olduqları gündən on yaşınacan nəzərdə tutulmuş 
hərtərəfli təhsil islahatı proqramıdır. Uşaqyönümlü fərdiləşdirilmiş təlim metodologiyalarını nəzərdə 
tutan bu proqram cəmiyyət
və ailənin məktəbəqədər tərbiyə müəssisələrinə və ibtidai məktəblərə cəlb 
edilməsinə, ailənin təhsil prosesində fəal iştirakına, məktəb və valideynlərin alternativ proqramlar 
arasından seçim edə bilmələrinə imkan yaradır.
“Addım-addım” layihəsi, əsasən, demokratiyaya keçid dövrünü yaşayan ölkələrdə reallaşdırılır və 
bu məqsədlə müəllimlər, köməkçi müəllimlər, ailə əlaqələndiriciləri, metodistlər, psixoloqlar və 
məktəb direktorları üçün təlim seminarları keçirilir.
Adi namizəd (Regular Candidate) - Əsasən, Asiya qitəsində silsilə imtahanlarda iştirak etmək 
üçün qeydiyyatdan ilk dəfə keçən namizədlərə verilmiş ad. Fərdi namizədlər və təkrar imtahan verən 
şəxslər isə “qeyri-formal” namizədlər hesab edilir.
Ağ sənəd/ (White paper) – Hər hansı məsələ üzrə rəsmi dövlət sənədi; adətən yeni qanunun 
qəbulu ərəfəsində hökumət planlarının, siyasət strategiyasını açıqlandığı istiqamətləndirici xarakterli 
sənəd. Adətən Yaşıl (Açıq) sənədin arxasınca gələn sənəddir. Yaşıl sənəd siyasi məsələləri əhatə 
edir və məsləhət etmək məqsədi ilə dövlət tərəfindən ictimaiyyətin müzakirəsinə təqdim olunur. 
Ailə savadlanması (Family literacy) – Şagirdlə birgə onun üzvü
olduğu ailənin də 
savadlanmasına yönəlmiş proqram. Proqram ümumilikdə 3 komponentdən ibarətdir:
1) övladların
 
(şagirdlərin) savadlanması; 2) valideynlərin savadlanması; 3) övladlarını 
savadlanmağa həvəsləndirmək üçün ailənin digər yaşlı üzvlərinin savadlandırılması. 
Akademik fənlər (Academic disciplines) – Təhsil müəssisəsində tədris edilən konkret fənn üzrə 
təlim, təhsil və tədqiqatın cəmləndiyi istiqamət. 

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin