Kurikuluma əsaslanan meyar (Curriculum-based measurement (CBM) – Şagird
nailiyyətlərini qiymətləndirmək üçün onun sinif kurikulumunu anlama səviyyəsinin meyar olaraq
müəyyənləşdirilməsi.
Kurikulum idarəetməsi (Curriculum management) – Kurikulumun təşkili və inkişafı
prosesinin həyata keçirilməsi.
Kurikulum inkişafı (Curriculum development) - Təhsil məqsədlərinin qısa və dürüst ifadəsi,
tədris
ehtiyaclarının
təmin
edilməsi,
təlimatlandırma
imkanlarının inkişaf etdirilərək
qiymətləndirilməsi.
Kurikulum qiymətləndirilməsi (Curriculum evaluation) - Təlim kurslarının keyfiyyəti ilə
bağlı rəyin formalaşması məqsədilə faktların toplanması və təhlili.
Kurikulum nəzarəti (Curriculum control) - Kurikulumla bağlı qərarların məktəb daxilində
qəbulu, yaxud xarici maraqların təsiri ilə təlimin valideyn, yerli icma və ya bütövlükdə cəmiyyət
tərəfindən məhdudlaşdırılması.
Kurikulum nəzəriyyəsi (Curriculum theory) - Məktəb proqramı elementləri arasındakı
qarşılıqlı əlaqələrin göstərilməsi, bu proqramın istifadə, inkişaf və qiymətləndirilməsini istiqa-
mətləndirən müddəaların vəhdəti.
Tayler (1949) kurikulum nəzəriyyəsi aşağıdakı məntiqi əsaslar üzərində qurulmuşdur:
- Məktəb təhsilinin məqsədləri; - Bu məqsədlərə nail olmaq üçün öyrənmə təcrübələrinin seçilməsi; - Effektiv təlimatlar üçün öyrənmə təcrübələrinin təşkil olunması; - Öyrənmə təcrübələrinin effektivliyinin qiymətləndirilməsi. Kurikulum planlaşdırma modeli (Curriculum planning model) - Qərar qəbul etmənin bir
neçə növünü və səviyyəsini tələb edən mürəkkəb ictimai proses. Bu prosesi müzakirə etmək və
uyğunlaşdırmaq ehtiyacı onun əsas aspektlərini təqdim etmək üçün müvafiq modellərin istifadəsini
tələb edir.