- 27 -
Qiymətləndirmə sxemi (Marking Scheme) - Şagirdlərin cavablarına əsasən qiymətlərin
verilməsinə dair göstərişlər. Bu göstərişlər obyektiv və yarıobyektiv tapşırıqlar üçün təfərrüatı ilə,
açıq və subyektiv tapşırıqlar üçün isə ümumi təsvir kimi təqdim edilə bilər (bax:
Diapazon Deskrip-
torları).
Qiymətləndirmə tapşırığı (Assessment task) - Şagirdlərə öz bilik və bacarıqlarını nümayiş
etdirmək imkanı vermək məqsədilə xüsusi olaraq işlənib hazırlanmış tapşırıq. Belə bir tapşırıq bir,
yaxud bir neçə öyrətmə/qiymətləndirmə məqsədinin reallaşmasına yönəldilməlidir.
Qiymət verən (Rater) - Konkret meyarlara istinadən şagirdin (tələbənin) nəticəsinə qiymət verən
şəxs.
Qiymət verənin etibarlılığı (Rater Reliability) - İki və daha çox qiymət verənin rəyinin üst-üstə
düşmə dərəcəsi.
Qiymət verənlərin hazırlanması (Rater Training) - Qiymətləndirmə prosesində şəffaflıq,
etibarlılıq və səmərəliliyin təmin olunması üçün qiymət verənlərin hazırlanması prosesi.
Qiymət verənlər konkret qiymətləndirmə meyarları ilə tanış edilir. Təlimçi ilə namizədlər
arasında aparılan açıq diskussiyalar qiymətləndirmə meyarları və işin yerinə yetirilmə standartlarının
aydınlaşmasına kömək edir. Həmçinin, bu diskusiyalar sayəsində qiymət verənlər şagird işinin
qiymətləndirilməsində meyarları tətbiq etmə təcrübəsinə yiyələnirlər. Qiymət verənlərin hazırlanması
çox vaxt onların etibarlılığının qiymətləndirilməsini də özündə birləşdirir. Belə ki, qiymət verənlər
şagirdlərin işini qiymətləndirmək üçün bu mərhələdən də keçməlidirlər.
Böyük Britaniyada bu prosesi
qiymət verənlərin standartlaşdırılması adlandırırlar.
Dostları ilə paylaş: