Qiymətləndirmə şkalası (Scoring Scale) - Ən pis səviyyədən ən yaxşı səviyyəyə qədər
keyfiyyət səviyyələri formasında ifadə edilmiş qiymətləndirmə meyarları. Bu meyarlar şagirdin işi
barədə tək bir parametr, məs., “əsas ideyanın aydınlığı” parametri üzrə fikir yürütmək üçün istifadə
olunur. Şkalalar tək bir keyfiyyət çərçivəsində bir neçə cizgini birləşdirə bilər. Şkaladakı
qiymətləndirmə səviyyələri nöqtələrlə göstərilir və hər səviyyə həmin nöqtələrə çatmaq üçün
məzmun və ya bacarıqların keyfiyyət xüsusiyyətlərini əks etdirir.
Qiymətləndirmə uyğunlaşması (Assessment accommodation)- Məzmunda düzəliş etmədən
qiymətləndirmənin aparılması qaydasında dəyişiklik etməklə şagirdlərin (tələbələrin) qiymətləndirmə
strategiyasında iştirakına kömək etmək. Ən ümumi qiymətləndirmə uyğunlaşmasına vaxtın və
cədvəlin tərtibi, təqdimat və cavab, ətraf mühit/şərait və s. daxildir.
Qiymətləndirmədə görünüş xətası (Halo Rating Error) -Fərdin konkret xüsusiyyətlərinin
qiymətləndirilməsi haqda ümumi təəssüratın müsbət effekti.
Qiymətləndirmə məqsədi (Assessment objective) – Qiymətləndiriləcək tədris nəticəsinin
imtahan planında və ya test spesifikasiyası cədvəlində formulla qısa ifadəsi. Məsələn, namizədin
vuranlara ayrıla bilən kvadrat tənliklərin kökünü tapmaq bacarığının nümayişi (x+a)(x+b)=0
formasında yerinə yetirilməlidir. Burada, a və b – bütöv rəqəmlərdir.
Qiymətləndirmə modelləri (Assessment models) – Qiymətləndirməni həyata keçirmək üçün
tətbiq edilən modellər. Təhsil sistemində üç məlum qiymətləndirmə modelindən istifadə olunur: a)
norma ilə əlaqələndirmə modeli - bir şagirdin nəticəsi seçilmiş qrup etalonunun nəticəsi ilə müqayisə
edilir; b) meyarla əlaqələndirmə modeli - hər bir şagirdin nəticəsi standart və ya meyarla müqayisə
edilir; c) artım və ya inkişaf modeli - hər bir şagirdin nəticəsi həmin şagirdin zaman çərçivəsində iki
nöqtə arasındakı müddətdə inkişaf səviyyəsinin analiz olunması ilə qiymətləndirilir. Qiymətləndirmə
həmin şagirdin əsas ideyanı başa düşməsi, bilik bazasının genişliyi və hər hansı bir bacarığa
yiyələnmə dərəcəsi baxımından aparılır.