- 32 -
Modul (Module) - Xüsusi məqsədli, son qiymətləndirmə formalı
müəyyən müddət üzrə təyin
olunmuş iş bölməsi. Moduldan ibarət kurslar xüsusilə peşə-ixtisas təhsilində tətbiq edilir.
Monitorinq (Monitoring) - Nəticələrə əsaslanan göstəricilərdən geniş şəkildə istifadə etməklə
sistemin fəaliyyətinin nəzarətdə saxlanması.
Mübadilə proqramları (Exchange schemes) – Şagirdlərin (tələbələrin)
müəyyən edilmiş
konkret müddət üzrə ölkələr arasında qarşılıqlı şəkildə mübadiləsini nəzərdə tutan proqramlar. Belə
proqramlar çərçivəsində xaricə təhsil almaq üçün göndərilənlər adətən ailələrdə qalır, müxtəlif növ
təhsil, mədəni, idman və ictimai fəaliyyət növləri ilə məşğul olurlar.
Müəllim (Teacher) - ümumtəhsil məktəblərində
yeni yetişən nəslin tərbiyə, təhsil və tədrisini
həyata
keçirən pedaqoji işçi, metodoloji problemlərinin işlənib hazırlanması, valeoloji baxışları
nəzərə almaqla pedaqoji kadrların hazırlanması.
Müəllimlik fəaliyyəti müddətində təlim (In-service teacher training) – Pedaqoji fakültələrin
məzunlarının əmək fəaliyyətinə başlamazdan əvvəl professional inkişafını nəzərdə tutan proqram.
Dostları ilə paylaş: