ÖYRƏDİLMƏSİ metodikasi məsələnin qoyuluşu və mahiyyəti


§ 2. Parçanın uzunluğu və onun ölçülməsinin öyrədilməsi metodikası



Yüklə 183,34 Kb.
səhifə2/10
tarix09.11.2022
ölçüsü183,34 Kb.
#119213
1   2   3   4   5   6   7   8   9   10
YR D LM S metodikasi m s l nin qoyulu u v mahiyy ti

§ 2. Parçanın uzunluğu və onun ölçülməsinin öyrədilməsi metodikası

Uzunluq – kəmiyyətin mühüm xassəsidir. Məsələn, yolun uzunluğu, iki obyekt arasında məsafə, sinif otağının uzunluğu və s.


Uzunluq (məsafə) haqqında uşaqlarda ilk intuitiv təsəvvürlər məktəbəqədərki dövrdə yaranmağa başlayır. Cismin ölçüləri - uzunluğu, eni, hündürlüyü haqqında, enli, ensiz, qalın, nazik olması, uzundur, qısadır, kimi münasibətlər haqqında I sinifdən başlayaraq formalaşdırılır və inkişaf etdirilir. Qeyd etmək lazımdır ki, müşahidə və müqayisədə əşyaların rəngi, forması, hazırlandığı material tədricən arxa plana keçirilir və təcrid edilir. Əşyalar uzunluqlarına görə müqayisə edilir. I sinifdə hazırlıq mərhələsinə həsr olunmuş dərslərin məzmunu proqramda göstərilən mövzuları əhatə edir.
Uzunluq anlayışı və onun ölçülməsi ilə şagirdləri tanış etmək üçün başlanğıc mərhələ – düz xətt və parça anlayışları haqqında şagirdlərdə əyani – praktik təsəvvürlərin yaradılmasıdır. Müəyyən uzunluqların, məsafələrin, əşyaların və nəhayət düz xətt parçalarının müqayisə edilməsi bu sahədə ən mühüm addımlardır. Müqayisələrə konkretlik vermək məqsədilə şagirdlərdə uzunluğu ölçmək tələbatı yaratmaq lazımdır.
İşin ikinci mərhələsində parçaların ölçülməsi üçün ilk ölçü vahidi santimetr (sm) daxil edilir. Bu ölçü vahidi daxil edilənə qədər şagirdlər şərti ölçü vahidi ilə ölçərək, parçaları müqayisə edirlər. Sinif – dərs şəraitində santimetr vasitəsilə ölçmə işləri aparmaq çətinlik yaratmır, santimetr haqqında təsəvvür yaratmaq üçün şagirdlər xətkeş üzərində həmin ölçü vahidi ilə tanış olur və onun modelini hazırlayırlar.
Uzunluğun xətkeşlə, ölçü lenti vasitəsilə ölçülməsi şagirdlərdə praktik ölçmə vərdişləri yaradır. Hər dəfə xətkeş üzərindəki santimetrləri saymaqla və ya parçanın sonundakı ədədi oxumaqla, parçanın uzunluğunun neçə santimetr olduğunu müəyyən edirlər. Parçaların xətkeşlə ölçülməsi prinsipinə riayət etmək lazımdır, xətkeşin «0» bölgü

nöqtəsini parçanın başlanğıc nöqtəsinə qoymaq və parçanın sonuna uyğun gələn ədədi xətkeşdə oxumaq lazımdır.


100 dairəsində nömrələmə ilə əlaqədar metrlik xətkeşdən istifadə edilir və burada desimetr və daha sonra metrlə şagirdlər tanış edilirlər. Hər üç ölçü vahidi arasında münasibət göstərilir: 1 m = 10 dm, 1 dm = 10 sm, 1 m = 100 sm
Onluq say sistemində nömrələmə ilə bu ölçü vahidləri arasında əlaqə müqayisəli şəkildə öyrədilir: 1 onl. = 10 təkl. və 10 onl. = 100 təkl.
Bu ölçü vahidləri öyrədildikdən sonra, parçaların ölçülməsi nəticəsində mürəkkəb adlı ədədlərin alınmasına, adlı ədədlərin xırdalanması və çevrilməsinə aid çalışmalar verilir. Bu bilikləri möhkəmləndirmək üçün müxtəlif ölçü vahidləri ilə ifadə olunmuş iki uzunluğu müqayisə etmək üçün şagirdlər adlı ədədlərin xırdalanması və ya çevrilməsindən istifadə edirlər.
Daha kiçik və daha böyük məsafələri ölçmək üçün «millimetr» və «kilometr» anlayışları daxil edilir. Millimetr haqqında əyani təsəvvürü millimetrlik bölgəsi olan metrlik və ya 30 sm-lik xətkeşlərdən istifadə etməklə vermək olar. Deməli, uzunluq ölçü vahidləri arasında münasibət cədvəli tamamlanır:


Minlik

Yüzlük

Onluq

Təklik

m

dm

sm

mm

1 m

10 dm

100 sm

1000 mm

1 km = 1000 m 1 m = 10 dm


1 dm = 10 sm 1 sm = 10 mm
Uzunluq ölçü vahidləri arasındakı münasibətlər onluq say sistemindədir və ona görə də buna metrik ölçü sistemi deyilir.
Kilometrlə tanışlıq sinifdənxaric şəraitdə aralarındakı məsafə təxminən 1 km olan iki obyektin müşahidəsi ilə aparıla bilər. Bəzən həmin məsafə haqqında təsəvvür yaratmaq üçün 500 metrlik məsafə müşahidə edilir (yəni, kilometrlik məsafənin yarısı).
Məsafənin uzunluğunu (qiymətini) tapmaq üçün bilavasitə ölçmədən istifadə olunur. Lakin IV sinifdə şagirdlər yeni bir kəmiyyət – sürətlə tanış olduqdan sonra, öyrənirlər ki, məsafəni bilavasitə ölçmədən də onun qiymətini tapmaq olar, bunun üçün cismin sürətini və hərəkət müddətini bilmək kifayətdir (S =   t)



Yüklə 183,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin