ÖYRƏDİLMƏSİ metodikasi məsələnin qoyuluşu və mahiyyəti


§3. Kütlə və onun ölçü vahidləri ilə şagirdlərin tanış edilməsi



Yüklə 183,34 Kb.
səhifə3/10
tarix09.11.2022
ölçüsü183,34 Kb.
#119213
1   2   3   4   5   6   7   8   9   10
YR D LM S metodikasi m s l nin qoyulu u v mahiyy ti

§3. Kütlə və onun ölçü vahidləri ilə şagirdlərin tanış edilməsi

Şagirdlər hələ bağça yaşlarından cismin kütləsi haqqında intuitiv təsəvvürlərə malik olurlar, «ağırdır», «yüngüldür» və ya «eynidir» kimi ifadələri işlədirlər. Bütün bunlar hissi təcrübə nəticəsində yaranır, lakin cisimlərin kütlələrinə görə əllə müqayisə edilməsi çox vaxt dəqiq nəticə verə bilməz. Eyni cinsli və eyni formalı cisimlərin kütlələrini yoxlamadan da, ölçüsünə görə təxmini müəyyən etmək olar ki, hansı ağırdır və ya hansı yüngüldür. Hələ I sinifdə hazırlıq mərhələsində cisimlərin kütlələrinə görə də müqayisə edilməsinə aid çalışmalar vermək lazımdır.


Kütlə təsəvvürünü yaratmaq və onu cismin digər xassələrindən asılı olub-olmadığını müəyyənləşdirmək üçün müxtəlif çalışmalar vermək olar.

  1. eyni formalı, müxtəlif ölçülü, eyni materialdan hazırlanmış iki cismin kütləsinə görə əllə müqayisə edilməsi,




  1. eyni formalı və ölçülü, lakin müxtəlif materialdan hazırlanmış iki cismin kütləsinin müqayisəsi,

  2. eyni materialdan hazırlanmış müxtəlif iki cismin kütləsinin müqayisə edilməsi. Şagirdlərdə kütlə və tutum haqqında təsəvvür yaratmaq üçün, onlar müvafiq olaraq,

kiloqram (kq) və litrlə (l) tanış edilir. Müəllim qeyd edir ki, uzunluğu ölçmək üçün ölçü vahidləri lazım olduğu kimi, kütləni də ölçmək üçün ölçü vahidi kiloqramdan istifadə olunur. Bu məqsədlə sinfə kütlələri 1kq olan əşyalar gətirilir. Uşaqlarda kiloqram haqqında əyani təsəvvür yaratmaq üçün həmin əşyaları başqa əşyaların kütlələri ilə müqayisə edirlər. Sonra kiloqramlıq əşyaların kütləsi kiloqramlıq daşla müqayisə edilir.
Məsafəni ölçmək üçün xətkeş, metrlik xətkeş, ölçü lentindən istifadə olunduğu kimi, kütləni də ölçmək üçün tərəzidən istifadə olunur. Şagirdlər tərəzinin sol gözünə çəki daşını (1 kq, 2 kq, 5 kq), sağ gözünə isə kütləsi ölçülən əşyanı qoyurlar. Beləliklə, onlar tərəzidə çəkmə vərdişlərinə yiyələnirlər. Şagirdləri avtomat və elektron tərəzilərin quruluşu ilə də tanış etmək lazımdır. Onlar öyrənirlər ki, əşyaları çəkmək üçün çəki daşları 1 kq, 2 kq və 5 kq olur. Bu daşların köməyi ilə istənilən miqdarda kütləni ölçmək olar.
Gözəyarı və əllə kütləni təxmini müəyyən etməyə aid çalışmalar da vermək lazımdır. Tərəzidə çəkmə qaydasını öyrədərkən belə məzmunda məsələ vermək olar, «Tərəzinin sağ gözündəki qabda alma, sol gözündəki qabda isə 1 kq və ya 2 kq daş var. Qabın kütləsi 1kq-dır. Alma nə qədərdir?»
Şagirdlərdə tutum haqqında təsəvvürlər yaratmaq üçün litr haqqında əyani məlumat verilir. Mayelərin litrlə ölçülməsi, 1 litr suyun 1 kq olması, 1 litr benzinin (neftin) 1 kq- dan az olması, mayelərin litrlə ölçülməsi haqqında əyani-konkret məlumat verilir. Mayelərin ölçülməsi ilə bağlı məsələ vermək olar. Bunun üçün üstündə bölgüləri olan (litrlə bölgü) şüşə qablardan istifadə olunur. Ənənəvi olan belə bir məsələ vermək olar.
«İki qabda bərabər miqdarda su vardır. Bir qabdan 2 l su götürüb o biri qaba tökdülər. Qablar arasındakı fərqi tapın»
Bu məsələni konkret hallar üçün, əyaniliyin tətbiqilə həll etmək lazımdır.
Kütlənin yeni vahidi qram haqqında tanışlıq minlik konsentrində verilir. Qram haqqında təsəvvür yaratmaq üçün 1 q, 5 q, 10 q olan əşyalardan istifadə etmək olar.
Qeyd etmək lazımdır ki, 1 kub sm suyun kütləsi 1q-dır. 1l suyun kütləsi 1000 q-dır.
Tərəzidə çəkməklə şagirdlər müşahidə edirlər ki, 1 kq = 1000 q.
1000 dairəsində nömrələmə kütlə ölçü vahidləri ilə əlaqələndirilir.
Təlimin sonrakı mərhələsində şagirdlər kütlənin yeni vahidləri sentnerton ilə tanış olurlar. Bu kütlə vahidlərinə uyğun əşyalar misal göstərilir. Məsələn, «Jiquli» maşını sərnişinsiz 1 tondur, 1 kisə şəkər tozu 50 kq, 2 bu cür kisə şəkər tozunun kütləsi 100 kq və ya 1 sentnerdir. Bundan sonra kütlə ölçü vahidləri arasındakı münasibət cədvəli tamamlanır və şagirdlərə onu əzbərləməyi tapşırmaq lazımdır:
1 t = 10 s 1 t = 1000 kq
1 s = 100 kq 1 kq = 1000 q
Kütlə ölçü vahidlərinin xırdalanması və çevrilməsinə aid, adlı ədədlər üzərində əməllərə aid məsələlər həll edilir.



Yüklə 183,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin