Dövlət və bələdiyyə idarəetməsinin müasir problemləri



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə115/152
tarix01.01.2022
ölçüsü1,61 Mb.
#106685
1   ...   111   112   113   114   115   116   117   118   ...   152
YourFileName

1-ci  variant:  Bilavasitə  əhali  tərəfindən  seçilmiş  nümayəndələrin 
səlahiyyətləri nümayəndəli orqanın və seçkili ali vəzifəli şəxsin səlahiyyətləri 
daxilində müxtəlif proporsiyalarda həyata keçirilir
 
2-ci variant:  Bilavasitə əhali tərəfindən seçilmiş nümayəndələrin bütün 
səlahiyyətləri nümayəndəli orqanın səlahiyyətləri daxilində həyata keçirilir; 
 
3-cü variant:  Bilavasitə əhali tərəfindən seçilmiş nümayəndələrin bütün 
səlahiyyətləri seçkili ali vəzivəli şəxsin səlahiyyətləri daxilində  həyata keçirilir. 
 
Səlahiyyətlərin verilməsinin bu və ya digər variantının tətbiqi , bələdiyyə 
qurumunun  əhalisinin  sayından  və  ərazisinin  ölçüsündən,  həlli  tələb  olunan 
məsələlərin mürəkkəbliyindən və həcmindən, sosial-siyasi vəziyyətdən və digər 
çoxlu amillərdən asılıdır. 
 
 
Yerli  özünüidarəni  həyatə  keçirən  orqan  kimi  bələdiyyələr  yerli 
əhəmiyyətli  məsələləri  öz  üzərinə  götürərək  müstəqil  şəkildə  həll  etməli  və 
nəticədə yerli əhaliyə xidmət göstərən və onların etimadını qazanan  real  yerli 
hakimiyyətə  çevrilməlidirlər.  Bələdiyyələr  tərəfindən  bu  vəzifələrin  yerinə 
yetirilməsi üçün onların normal fəaliyyətini təmin edən idarəetmə proseslərinin 
səmərəli təşkili mühüm əhəmiyyət kəsb edir.   İdarəetmə proseslərinin düzgün 
təşkil  edilməsi  isə  ilk  növbədə  idarəetmə  üslubunun  və  strukturunun  düzgün 


131 
 
secilməsindən  asılıdır. Bələdiyyə rəhbərliyi idaretmə strukturunu elə qurmalıdır 
ki, idarəetmə qərarlarının hazırlanması və qəbulu proseslərini vaxtında həyata 
kecirtmək mümkün olsun , qəbul edilmiş qərarların  icrası qarşiya qoyulmuş əsas 
məqsədlərə xidmət etsin  və eyni zamanda həmin qərarların icrasına mükəmməl 
nəzarət sistemi yaradılsın. 
 
 
Yuxarıda  qeyd  olunan  məsələlərin  düzgün  və  səmərəli  təşkili  ücün 
idarətmə  sahəsində  kifayət  qədər  təcrübəsi  olan,  yüksək  ixtisaslı  peşəkar 
mütəxəssislərin olması tələb olunur. Aparılan tədqiqat işlərin nəticəsi göstərir ki, 
hal-hazırda  ölkəmizdə bələdiyyə üzvləri və qulluqcuların tam əksəriyyəti nəinki 
bələdiyyə  idarəciliyi  sahəsində  təhsili  və  təcrübəsi  olmayan  şəxslərdir, 
ümumiyyətlə  idarəetmə  sahəsində  təhsilə  və  təcrübəyə  malik  olmayanlardır. 
Əslində,  qüvvədə  olan  milli  qamumvericilik    bələdiyyə  üzvlərinə  seckilər 
zamanı belə bir məhdudiyyət də müəyyənləşdirməmişdir. Belə ki, təhsilindən və 
iş  təcrübəsindən  asılı  olmayaraq  bələdiyyə  ərazisində  yaşayan  və  Secki 
Məcəlləsi  ilə  müəyyənləşdirilən  tələblərə  cavab  verən  ,  Azərbaycan 
Respublikasının  istənilən  vətəndaşı  həmin  inzibati  ərazinin  bələdiyyəsinə  üzv 
secilə  bilər.  Bü  hüquq-    ölkənin  hər  bir  vətəndaşının    Konstitusiya  ilə  onlara 
verilmiş seckili orqanlara secilmək hüququdur.  
 
 
Qeyd  olunanları  nəzərə  alaraq  secilmiş  bələdiyyə  üzvləri  idarətməni 
düzgün və səmərəli təşkil etmək məqsədilə  bələdiyyə idarəciliyini bilən və bu 
sahədə    kifayət  qədər  təcrübəsi  olan  mütəxəssisləri  işə  cəlb  etməlidirlər.  Bu 
zaman idarəetmə strukturu ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq  elə 
müəyyən  etməlidir  ki,  yerli  tələbatlara  cavab  verə  bilən  səmərəli  idarəetməni 
təmin edə bilsin. 
 
 
Respublikada fəaliyyət göstərən bələdiyyələrin idarəetmə sisteminin əsas 
üç elementini artıq müəyyənləşdirmiş olduq: 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin