100
Demokratik inkişaf yolunu seçmiş ölkələrdə demokratiyanın səviyyəsi yalnız
azad və şəffaf seçkilərini keçirilməsi ilə müəyyənləşdirilmir, eyni zamanda
seçicilərin yerli hakimiyyətin işində nə dərəcədə iştirakı ilə xarakterizə edilir.
Bələdiyyə əhalisinin hamısının və ya əksəriyyətinin idarəetmədə, idarəetmə
qərarlarının qəbulu prosesində iştirakı zəruri şərtdir,lakin hələ kafi meyar deyildir.
Yerli özünüidarəetmə üçün yerli əhalinin iştirakının həlledici olması vacibdir, yəni
idarəetmə qərarlarının qəbulunda yerli əhalinin iradəsi öz əksini tapmalı və onların
icrası zamanı ictimai nəzarət tam təmin edilməlidir. Nəticədə yerli əhalinin idarə
etmədə iştirakına imkan yaradan Konstitusiya hüquqlarının həyata keçirilməsi üçün
şərait yaradılır.
Azərbaycan Respublikasında yerli özünüidarə orqanlarin işində əhalinin
iştirakı əsasən Məhəllə Komitələri vasitəsi ilə həyata keçirilir. Bu sahədə artıq
müəyyən uğurlar əldə edən Yasamal, Sumqayıt,Gəncə şəhərinin Nizami
,Mingəçevir, Şəki və Bərdə bələdiyyələrinin təcrübəsindən Respublikanın digər
bələdiyyələri bəhrələnməkdədirlər.
Keçən dövr ərzində Yasamal Bələdiyyəsinin inzibati ərazisində 74 Məhəllə
Komitəsi yaradılmış və onların fəaliyyətinin koordinasiya şurası təşkil edilmişdir.
Bu məqsədlə onlar üçün metodik vəsait kitabçası nəşr edilmiş və onlara
paylanmışdır.
Yasamal Bələdiyyəsində qəbul olunan idarəetmə qərarlarının qəbulu zamanı
bələdiyyə əhalisinin bütün sosial təbəqələrinin maraqlarını ifadə olunmasını
reallaşdırmaq məqsədi ilə onları təmsil edən Məhəllə Komitələri üzvlərinin qeyd
olunan proseslərdə iştirakı və eyni zamanda müvafiq nəzarətin həyata keçirilməsi
üçün lazımi şərait yaradılmışdır.
Sonda belə bir qənaətə gəlinir ki, bələdiyyələrlə əhalinin birgə fəaliyyəti
qəbul olunmuş qərarların icrasının asanlaşdırmagla bərabər eyni zamanda
idarəetmənin səmərəliyini artırır və nəticədə Bələdiyyənin demokratik və şəffaf
faliyəti üçü
n ictimayi nəzarətin həyata keçirilməsinə real zəmin yaradır.
Dostları ilə paylaş: