N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə7/94
tarix31.12.2021
ölçüsü0,92 Mb.
#112473
1   2   3   4   5   6   7   8   9   10   ...   94
Turkologiya-2011-2

 

Çin,  Çinü  Maçin.  Bu  onomastik  vahid  tək  və  birləşmə  şəklində, 

Rumi  xoronimi  ilə  yanaşı  müxtəlif  üslubi  rənglərdə  işlənmişdir. 

Ümumiyyətlə  klassiklərimizin  dilində  saç,  zülflə  bağlı  Çin,  gözün,  qaşın, 

saçın  qaralığı,  xal  təsvir  olunarkən  hindu  sözündən  çox  istifadə  olunur. 

Çünki  çinlilər  saçları,  hindular  isə  xalları  ilə  məşhurdurlar.  Füzulinin 

sənətkarlığından bəhs edən Mir Cəlal Paşayev yazır: «Klassik ədəbiyyatda 

çinlilər saçları ilə, hindlilər isə xalları ilə məşhur  olduğundan şair həmişə 

zülf  ilə  çin,  xal  ilə  hindu  sözünü  birgə  işlədir:  Bir  pəri  zülfün  tutub 

xalından  alsan  kami-dil;  //  Tut  ki,  Çin  mülkünü  tutdun,  hinddən  aldın 

xərac» [7. S. 107]; Şəha, ol zülfi-müşkinin nə ziba çini-pürçindir; // Ki, hər 

bir tari ol zülfin bəhayi-Çinü-Maçindir           [8. S. 54]; Bir pəri peykərin 

gördüm,  can  fəda  qıldım  ona;  //  Eylə  nazikdir  ki,  qılmış  Çinü  Maçin 

üstünə [9. S. 341]; Çin elindən çin səhər çün şol büti-ziba gəlür; // K  ayü 

gündən ruxlarının pərtövi-ziba gəlür [5. S. 45]; Neçələr talib olubdur bu 

hüma kölgəsinə; // Çin elindən seyr edərkən bulduq ol humayi biz [9. S. 

195];  Çin  cərisi  sanasan  kim,  dutdu  Rum  iqlimini;  //  Ta  yüzün  girdinə 



düşdü  zülfi-müşki-ənbəri  [8.  S.  176];  Ey  Xətai,  zülfi  tək  arındı  yüzdən 

Zəngbar; // Dilbəri-Çinü Xötən, xubi-Xəta qaldı mana [9. S. 32]; Ənbəri-

sara saçından oldu xak; // Nafeyi-Çin neçəsi bula rəvac [5. S. 49]; Xuşə-

xuşə sünbüli-səhrayi-Çindür saçları; // Dəstə-dəstə laleyi-cənnət üzaridür 


 



anun   [6. S. 44]; Sünbüli-səhrayi-naz aşuftə saçınğa fəda; // Nafeyi-ahuyi-



Çin çeşmi-ğəzalın sədqəsi [6. S. 114]. 

Nümunələrdən göründüyü kimi, Çin toponimi olan misralarda saçzülf



kakılnafəyi-Çinmüşk sözləri müxtəlif üslubi rənglərdə, təşbihlər kimi geniş 

işlənmişdir.  Saçı  sünbül  salxımına  bənzədən  Kişvəri  onu  da  səhrayi-Çinlə 

bağlayır.  Böyük,  qədim  Çin  ölkəsi  ətri,  ipəyi,  təsviri  sənəti  ilə  məşhurdur. 

Odur ki, klassiklərimiz Çin toponiminə poetik məqsədlər üçün çox müraciət 

etmişlər və gözəl təşbihlər yaratmışlar. Cahanşah Həqiqi gözəlin surətinə ilahi 

tərəfindən  çəkilmiş  gözəlliyi  Çin  naqqaşlarının  belə  çəkə  bilmədiyini 

mübaliğə  ilə  çox  gözəl  ifadə  edə  bilmişdir:  Əvvəl  qələm  ki,  qudrəti  çəkmiş 

cəmalına; // Nəqqaşi-Çində böylə müsəvvər nə yerdə var? [10. S. 20]. 


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin