Qeyd etməliyik ki, bu ölkə adlarının hamısına şifahi xalq yaradıcılığı
kitabının müəllifi bu vahidlər haqqında yazır: «Bəzi toponimlər dastanlarda
uzaq yad elləri, yüksəklikləri böyük şəhər və ölkələri bildirmək məqsədilə
8
işlədilir» [12. S. 45–46]. O, Misir, Rum, Hələb, İsfəhan, Hind, Hindistan, Çin,
Maçin, Həbəş ölkələrinin dastanlarda işlənmə məqamlarını təhlil edir və qeyd
edir ki, «dastanlardakı toponimlərin bir qismi hadisələrin cərəyan etdiyi
məkanı ifadə etsə də, bir qismi dastanla heç bir əlaqəsi olmadan yalnız
müqayisə, bənzətmə məqsədilə işlədilir» [12. S. 45–46]. «Nəsiminin dilində
onomastik vahidləri» tədqiq edən müəllif də təxminən eyni nəticəyə
gəlmişdir: «Nəsimi Çin xoronimindən həm ağlın rəmzi kimi bəhrələnmiş,
həm də bu ölkə adını dünyanı təmsil edən bir ərazi mənasında diqqətə
çəkmişdir» [13. S. 12].
Dostları ilə paylaş: