Xəstəlikləri” fənni Giriş. Dişlərin və ağız boşluğu selikli qişasının anatomo- fizioloji xüsusiyyətləri haqqında qısa məlumat


Stomatologiyada anesteziya üsulları



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə28/162
tarix08.01.2022
ölçüsü1,45 Mb.
#113735
1   ...   24   25   26   27   28   29   30   31   ...   162
Elektron diw

 
3.Stomatologiyada anesteziya üsulları. 
 
ÜZ - ÇƏNƏ NAHİYƏSİNİN İNNERVASİYASI  
 
Baş beyindən on ikicüt sinir çıxır.  
1.Qoxu siniri (n.olfactorius); 2. Görmə siniri (n.opticus); 3. Gözün hərəki siniri 
(n.oculomatorius); 4. Blok siniri (n. trochlearis); 5. Üçlü sinir (n. trigeminus); 6. 
Uzaqlaşdırıcı sinir (n. abducens); 7. Üz siniri (n. facialis); 8. Dəhliz ilbiz siniri (n. 
vestibulocochlearis); 9. Dil-udlaq siniri (n.qlossopharyngeus); 10. Azan sinir (n. 
vagus); 11. Əlavə sinir (n. accessorius); 12) Dilaltı sinir (n. hypoglossus).  
Üz sinirinin zədələnməsi kliniki olaraq parezlə müşahidə olunur.  
Üz-çənə nahiyəsinin vaskulyarizasiyası – xarici yuxu arteriyasının uc şaxəsi – Əng 
arteriyası ilə başlayır (a. maxillaris) qulaqaltı vəzidən çıxaraq gicgahaltı çuxurdan 
keçir. Üç hissəyə bölünür: 1. Çənə a. (aşağı alveol arteriya, dərin qulaq seyvanı 


arteriyası, ön təbil arteriyası), 2. Gicgahaltı a. (orta beyin qişası a, qanadabənzər a, 
ön və dal dərin gicgah a, çeynəmə a, yanaq a,arxa yuxarı alveol arteriya). 3. Əsas- 
damaq a. (gözyuvasıaltı a., damağın enən a., əsas-damaq arteriya).  
Ağız boşluğu orqanları, əng və çənə əsasən kəllə sinirlərindən beşinci cütü olan, 
tərkibcə qarışıq üçlü sinirin (n.triqeminus) ikinci (n. maxillaris) və üçüncü (n. 
mandibularis) şaxələri ilə innervasiya olunur. Yumşaq damağın arxa hissəsinin, dilin, 
udlağın innervasiyasında dil – udlaq siniri iştirak edir. Çənəaltı nahiyənin, boyunun 
yuxarı hissəsinin innervasiyasında çənə sinirindən başqa boyun kələfinin şaxələri 
iştirak edir.  
Üçlü sinirin şaxələri – sağ və sol tərəf orta xətt üzrə anastomozlaşır. Beləliklə, çənə 
və əngin ön hissəsi, onları örtən yumşaq toxuma, eləcə də ağız boşluğu dibinin orta 
şöbəsi innervasiyanı hər iki tərəfdən alır, bunu da ağrısızlaşdırmanı aparan zaman 
nəzərə almaq lazımdır.  
Əng siniri (n. maxillaris) kəllə daxilində girdə dəliklə qanad-damar çuxuruna çıxır. 
Burada almacıq (n.zygomaticus) qanad-damaq (n. pterygopalatium) sinir şaxələrini 
verdikdən sonra aşağı göz yuvasıaltı yarıqla göz yuvasına daxil olur, göz yuvasıaltı 
şırıma yatır və göz yuvasıaltı kanala keçir. Sinirin bu hissəsi göz yuvasıaltı sinir (n. 
infraorbitalis) adlanır. Sonra sinir göz yuvasıaltı dəlikdən əngin ön səthinə çıxaraq alt 
göz qapağına, göz yuvasıaltı nahiyənin, burunun bayır hissəsinin dərisinə, üst 
dodağın dərisinə və slikli qişasına, burun qanadına şaxələr verir.  
Qanad – damaq çuxurunda əng sinirinin göz yuvasıaltı şırıma girənə qədər, ondan 
yuxarı alveol şaxələri (rami alveolaris superiores posteriories) ayrılır. Bu şaxələrin çox 
hissəsi əng qabarı üzərindəki eyni adlı dəliklərdən və kanallardan sümüyə daxil olub 
haymor boşluğunun selikli qişasını, alveol çıxıntısını, böyük azı dişlərini innervasiya 
edir. Az hissəsi isə sümük qalınlığına daxil olmur, qabarın xarici səthi ilə alveol 
çıxıntısı istiqamətə yayılır və sümüküstlüyündə, ağız dəhlizi tərəfdən diş ətində və 
yanağın selikli qişasında qurtarır.  
Göz yuvasıaltı şırımın arxa hissəsində göz yuvasıaltı sinirdən orta yuxarı alveol siniri 
ayrılır və əngin bayır divarına daxil olarkən iki şaxəyə bölünür. Bu şaxələr arxa və ön 
alveol sinirləri ilə anastomozlaşaraq kiçik azı dişlərin, ağız dəhlizi tərəfdən bu 
nahiyənin alveol çıxıntısının selikli qişasını innervasiya edir.  
Ön yuxarı alveol şaxələri (ramii alveolares superiores anteriiores) 1-3 kökdən ibarət 
olub, göz yuvasıaltı kanalda aşağı gedir və köpək, kəsici dişləri, bu nahiyədə dəhliz 
tərəfindən selikli qişanı, sümüküstlüyünü innervasiya edir. Ön yuxarı alveol 
şaxələrindən burun dibinin ön hissəsinin selikli qişasına burun şaxəsi ayrılır və burun 
– damaq siniri ilə anastomoz yaradır.  
Arxa, orta və ön yuxarı alveol sinirləri alveol kanallarında anastomozlaşaraq yuxarı 
diş kələfini (plexus dentalis superior) əmələ gətirir. Bu kələfdən dişlərə, dişətinə, 
pulpa və periodont toxumalarına, Haymor boşluğunun selikli qişasına, aveol 
çıxıntısına şaxələr ayrılır.  
Qanad – damaq çuxurunda əng sinirindən almacıq siniri ayrılır, göz yuvasının aşağı 
yarığından göz yuvasına daxil olur. Oradan almacıq göz yuvası dəliyi vasitəsi ilə 
almacıq kanalına keçərək iki şaxəyə bölünür: almacıq – üz və almacıq – gicgah 


şaxələri. Bu şaxələr eyni adlı dəliklərə almacıq sümüyündən çıxaraq alın nahiyəsinin 
arxa və gicgah nahiyəsinin ön hissəsini, yanağın yuxarı hissəsinin və gözün xarici 
bucağının dərisini innervasiya edir.  
Qanad – damaq çuxurunda əng sinirinin aşağı səthindən qanad – damaq sinirləri 
(nn.pteriqopalatini) ayrılır. Bunlar qanad – damaq qanqlionuna daxil olur. Bu 
qanqlionun təkibində üz sinirlərindən gələn hərəki (böyük daşlıq siniri), əng 
sinirindən gələn hissi (damaq sinirləri) və daxili yuxu kələfindən gələn simpatik (dərin 
daşlıq siniri) liflər vardır.  
Qanad – damaqqanqlionundan göz yuvası, arxa yuxarı və aşağı burun şaxələri
damaq sinirləri (nn. palatini), eləcə də sekretor şaxələr ayrılır.  
Göz yuvası şaxələri göz yuvasına daxil olur, dal xəlbir dəliyindən keçərək xəlbir 
sümüyü hüceyrələrində və əsas cibdə şaxələnir.  
Arxa yuxarı burun şaxələri qanad – damaq çuxurundan əsas damaq dəliyi vasitəsilə 
burun boşluğuna daxil olaraq yuxarı və orta burun balıqqulaqlarına, burun çəpərinə 
şaxələr verir. bu şaxələrdən ən böyüyü burun – damaq siniri (n.nasopalatinus) burun 
çəpəri ilə aşağı və önə doğru gedərək kəsici kanaldan keçir və sərt damağın ön 
hissəsinin selikli qişasını köpək dişləri bərabərliyində innervasiya edir.  
Damaq sinirləri (nn. palatini) qanad – damaq qanqlionundan qanad – damaq kanalı 
ilə gedərək böyük, kiçik damaq və aşağı burun şaxələrinə ayrılır. 
 Böyük damaq siniri (n.palatinum mayer) eyni adlı dəlikdən sərt damağa çıxır və sərt 
damağın arxa kənarından köpək dişlərinə qədər olan nahiyədəki selikli qişanı, 
dişətini və xırda ağız suyu vəzilərini innervasiya edir.  
Kiçik damaq sinirləri eyni adlı dəlikdən xaricə çıxaraq yumşaq damağın və 
badamcıqların selikli qişasında şaxələnir.  
Aşağı arxa burun şaxələri aşağı burun balıq qulqğının, orta və aşağı burun 
boşluğunun və haymor boşluğunun selikli qişasını innervasiya edir  
Çənə siniri (n. mandibularis) qarışıq sinirdir. Bu sinirin tərkibində hissi və hərəki liflər 
vardır. Çənə siniri kəllə boşluğundan oval dliklə çıxaraq gicgahaltı çuxurda bir sıra 
şaxələrə ayrılır. Ön şaxələrdə əsasən hər iki liflər yerləşir və onlardan aşağıdakı 
sinirlər ayrılır.  
1) Çeynəmə siniri – çeynəmə əzələsinə və gicgah – çənə oynağına şaxələr verir.  
2) Dərin gicgah siniri - əsasən ön, orta və arxa sinirlərdən ibarət olur,gicgah əzələsini 
innervasiya edir.  
3) Bayır qanadabənzər sinir – eyni adlı əzələyə gedir.  
4) İçəri qanabənzər sinir – eyni adlı əzələni innervasiya edir, yumşaq damaq və qulaq 
pərdəsini gərginləşdirən əzələlərə məxsus şaxələr verir.  
5) Çənə - dilaltı sinir – aşağı alveol sinirindən onun çənə kanalı girəcəyindən ayrılır və 
eyni adlı əzələyə, iki qarıncıqlı əzələnin ön qarıncığına geddir.  
 
Çənə sinirin arxa şaxələrində hissi liflər yerləşir və aşağıdakı hissi sinirlər: qulaq 
seyvanı – gicgah siniri, dil siniri və aşağı alveol sinirinə ayrılır.  
Hissi sinirlərdən yanaq siniri çənə sinirinin ön şaxələrindən ayrılır.  



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin