Səkkizinci fəsil: Kərbəla hadisəsindən
sonrakı ictimai-siyasi şərait
Aşura xәbәrlәri yayılandan sonra xüsusәn Hicaz vә İraqda
şiәlәri vә imamların tәrәfdarlarını qorxu vә vahimә bürüdü.
Mәlum oldu ki, Yezid öz hakimiyyәtini möhkәmlәtmәk üçün
Peyğәmbәrin (s) övladı olan vә bütün İslam dünyasında çox
hörmәtli vә müqәddәs sayılan Hüseyn ibn Əlini (ә) öldürmәyә
dә razı olmuşdur. Tәsirlәri Kufә vә Mәdinәdә görünәn bu
qorxu bir müddәt sonra bir neçә başqa hadisә ilә tamamlandı.
O hadisәlәrin biri Hәrrә hadisәsi idi. Bundan sonra Əhli-
beytin nüfuzu olan bölgәdә - Hicazda xüsusәn Mәdinәdә,
İraqda da xüsusәn Kufәdә güclü repressiya dalğası başladı,
әlaqәlәr zәiflәdi, imamların tәrәfdarı vә Bәni-Ümәyyә
xilafәtinin potensial müxaliflәri qorxuya düşdülәr.
İmam Sadiq (ә) özündәn öncәki imamların vәziyyәti haqda
danışarkәn buyurur ki, İmam Hüseyndәn (ә) sonra üç
nәfәrdәn, bir rәvayәtә görә beş nәfәrdәn vә bәzi rәvayәtlәrә
görә yeddi nәfәrdәn başqa hamı dindәn döndü. Əbu Ömәr
Mehdinin nәql etdiyi bir hәdisdә isә İmam Sәccad (ә) buyurur
ki, Mәkkә vә Mәdinәdә bizi sevәn iyirmi nәfәr yoxdur.
1
Bu
iki hәdisi ona görә söylәdim ki, İslam dünyasının imamlara vә
onların tәrәfdarlarına qarşı ümumi vәziyyәti aydın olsun. Yәni
repressiya belә bir vәziyyәt yaratdı, imamların tәrәfdarları
dağılışdılar, mәyus oldular, qorxdular vә ümumi bir iş görmәk
imkanını itirdilәr. Əlbәttә, İmam Sadiqin (ә) hәdisindә bu da
deyilir ki, sonra tәdricәn birlәşdilәr vә çoxaldılar.
2
Əgәr bu
mәsәlәni bir qәdәr geniş şәkildә söylәmәk istәsәk, belә
demәliyik: İmam Hüseynin (ә) şәhadәtindәn sonra insanlar bir
qәdәr qorxdular, lakin bu qorxu Əhli-beyt tәrәfdarlarının
tәşkilati birliyini tamamilә mәhv edәcәk hәddә deyildi. Dәlili
dә budur ki, hәtta Kәrbәla әsirlәrini Kufәyә gәtirdiklәri zaman
1
Yenә orada, c. 46, sәh. 143; İbn Əbil-Hәdid. "Şәrh Nәhcül-bәlağә", c.
4, sәh. 104
2
"Bihar әl-әnvar", c. 46, sәh. 144
139
Şiә tәşkilatının varlığından xәbәr verәn bәzi hәrәkәtlәr
müşahidә olundu.
Sözsüz ki, mәxfi Şiә tәşkilatı dedikdә mәqsәdimiz bu gün
mövcud olan tam mütәşәkkil tәşkilatlar kimi bir şey deyil,
mәqsәd insanları bir-birinә bağlayan, fәdakarlığa vadar edәn,
gizli işlәrә hәvәslәndirәn vә nәticәdә insanın beynindә bir fikir
formalaşdıran eqitadi әlaqәlәrdir.
Peyğәmbәr (s) ailәsinin Kufәdә olduğu gecәlәrin birindә
onların saxlandığı yerә daş atılır. Daşı götürüb ona bir kağız
bağlandığını görürlәr. Hәmin kağızda belә yazılmışdı: "Kufә
hakimi sizin taleyiniz haqda әmr almaq üçün Yezidin yanına
adam göndәrmişdir. Əgәr sabah axşama qәdәr, misal üçün,
tәkbir sәsi eşitsәniz, bilin ki, burada öldürülәcәksiniz;
eşitmәsәniz, bilin ki, vәziyyәt yaxşı olacaq".
1
Biz bu
әhvalatdan bilirik ki, İbn Ziyadın adamları arasında imamların
dostlarından vә bu tәşkilatın üzvlәrindәn kimsә var imiş. O,
hadisәlәrdәn xәbәrdar imiş, zindana әli girirmiş, mәhbuslara
dair planlardan mәlumatlı imiş vә bu xәbәri tәkbir sәsi ilә
Əhli-beytә çatdıra bilәcәkmiş. Yaradılan qorxu vә şiddәtlә
yanaşı belә şeylәr dә görünür.
Başqa bir nümunә kor kişi olan Abdullah ibn Əfif Əzdidir.
Əsirlәr Kufәyә gәtirilәndә etirazını bildirir vә nәticәdә şәhid
edilir. İstәr Şamda, istәr Kufәdә әsirlәrә hörmәt vә sevgi
bildirәn, onları göz yaşları ilә qarşılayan, yaxud buna görә bir-
birini qınayan belә insanlar tapılırdı. Yezidin vә İbn Ziyadın
tәşkil etdiyi mәclislәrdә dә belә hadisәlәr baş vermişdir.
Buna әsasәn, bu hadisә sәbәbindәn güclü qorxu yaransa da,
Əhli-beyt dostlarının iş sistemini tamamilә çökdürüb onları
pәrakәndә salacaq vә zәif duruma düşürәcәk hәddә deyildi.
Lakin bir müddәtdәn sonra başqa hadisәlәr dә baş verdi vә bu
hadisәlәr repressiyanı artırdı. Buradan başa düşmәk olar ki,
"Hüseyndәn (ә) sonra insanlar dindәn döndülәr" hәdisi hәmin
hadisәlәrin baş verdiyi, yaxud onlardan sonrakı dövrә aiddir.
1
Bu әhvalatı İbn Əsir özünün "әl-Kamil fit-tarix" kitabında yazmışdır.
140
Bu bir neçә illik dövrdә, hәmin mühüm vә güclü hadisә baş
vermәzdәn öncә şiәlәr işlәrini sahmana salmağa vә qabaqkı
mütәşәkkilliklәrini bәrpa etmәyә çalışırdılar. Tәbәri bu barәdә
yazır ki, onlar - yәni şiәlәr silah toplayır, özlәrini döyüşә
hazırlayırdılar.
1
Onlar şiә vә qeyri-şiәlәri Hüseyn ibn Əlinin
(ә) intiqamını almağa çağırır, insanlar da dәstә-dәstә onlara
qoşulurdular. Bu vәziyyәt Yezid ibn Müaviyәnin ölümünә
qәdәr davam etdi.
Görürük ki, şiddәt vә repressiya güclü olsa da, Tәbәrinin
yazdığına әsasәn, eyni zamanda bu işlәr dә görülürdü. "Cihad
әş-Şiә" kitabının müәllifi şiә vә İmam Sәccada (ә) qarşı yaxşı
fikirdә olmasa da, bәlkә dә bu sәbәbdәn bir hәqiqәti dәrk
etmişdir. O yazır: "Şiәlәr Hüseynin (ә) şәhadәtindәn sonra
etiqad vә siyasi baxışların birlәşdirdiyi, qrup vә rәhbәrlәrә,
hәmçinin hәrbi qüvvәlәrә malik olan mütәşәkkil bir tәşkilata
çevrildilәr. Tәvvabin (tövbә edәnlәr) qrupu bu tәşkilatın ilk
nümunәsidir".
Demәli, Şiә tәşkilatı Aşura hadisәsinә görә zәiflәsә dә,
bunun kәnarında hәrәkәt vә fәaliyyәt dә vardı vә hәmin
tәşkilatı yenidәn bәrpa etmәyә çalışırdılar. Amma bu zaman
Hәrrә hadisәsi baş verdi. Mәnim fikrimcә, Hәrrә hadisәsi Şiә
tarixindә ona böyük zәrbә vuran çox ciddi bir dönәmdir.
Hәrrә hadisәsi hicrәtin 63-cü ilindә baş vermişdir.
Hadisәnin xülasәsi belәdir: 62-ci ildә Bәni-Ümәyyәdәn olan
tәcrübәsiz bir gәnc Mәdinәyә vali tәyin edildi. O, Mәdinә
şiәlәrinin könlünü almaq üçün onların bәzisini Yezidlә görüşә
dәvәt etdi vә onları bu sәfәrә yolladı. Əksәrәn hәzrәt Sәccadı
(ә) sevәnlәrdәn ibarәt olan bәzi tanınmış müsәlmanları,
sәhabәlәri vә Mәdinә şәhәrinin böyüklәrini Şam sәyahәtinә
dәvәt etdi. Fikirlәşdi ki, gedib Yezidlә görüşsünlәr vә kin-
küdurәt azalsın. Bunlar Şama gedib Yezidlә görüşdülәr, bir
neçә gün ona qonaq oldular. Sonra Yezid onların hәr birinә
50-100 min dirhәm arası bәxşişlәr verib Mәdinәyә yola saldı.
1
Tәbәri, c. 5, sәh. 558
141
Onlar Şam sarayında baş verәnlәri gördüklәrinә görә
Mәdinәyә çatan kimi Yezidi tәnqid etmәyә başladılar. Sәfәr
tamamilә әks nәticә verdi. Bunlar Yezidi tәriflәmәk әvәzinә
xalqı onun cinayәtlәrindәn xәbәrdar etdilәr vә dedilәr ki,
Yezid şәrab içdiyi, itlәrlә oynadığı vә müxtәlif günahları
etdiyi halda xәlifә ola bilmәz, biz onu xilafәtdәn
kәnarlaşdırırıq. Peyğәmbәr (s) sәhabәsi vә Ühüd şәhidi olan
Hәnzәlәnin oğlu, hәmçinin Mәdinәnin hörmәtli vә şәxsiyyәtli
insanlarından olan Abdullah xalqın önündә Yezid әleyhinә
qiyama qalxdı, Yezidin xilafәtini tanımadığını söylәdi vә xalqı
öz rәhbәrliyinә dәvәt etdi.
Bu hәrәkәt Yezidin reaksiyasına sәbәb oldu. O, xalqı
sakitlәşdirmәk üçün Bәni-Ümәyyәnin qoca vә tәcrübәli
sәrkәrdәlәrindәn biri olan Müslim ibn Üqbәni bir qoşunla
Mәdinәyә göndәrdi. Müslim ibn Üqbә Mәdinәyә gәlib xalqın
müqavimәtini qırmaq mәqsәdi ilә bir neçә gün şәhәri
mühasirәdә saxladı, sonra şәhәrә daxil olub o qәdәr zülm etdi,
qәtl vә faciә törәtdi ki, bu hadisә İslam tarixindә nadir
nümunәlәrdәn sayılır.
O, zülm vә qırğınlarda o qәdәr hәddi aşdı ki, bu hadisәdәn
sonra onu israfkar adlandıraraq Müsrif (israfçı) ibn Üqbә
çağırırdılar. Hәrrә hadisәsinin faciәlәri çoxdur vә mәn onların
hamısı haqda danışmaq istәmirәm. Bu qәdәr deyim ki, bu
hadisә Əhli-beyt dostlarını vә ardıcıllarını qorxudan әn böyük
hadisә oldu, bәzilәri Mәdinәdәn qaçdılar, bәzilәri
öldürüldülәr. Abdullah ibn Hәnzәlә kimi yaxşı Əhli-beyt
tәrәfdarları şәhid edildilәr vә yerlәri boş qaldı. Bu xәbәr bütün
alәmә yayıldı, bәlli oldu ki, hökumәt bu hәrәkәtlәri qәtiyyәtlә
cavablayır vә heç bir addıma icazә vermir.
Şiәlәrin yatırılmasına vә zәifliyinә sәbәb olan başqa bir
hadisә Muxtarın Kufәdә şәhid edilmәsi vә Əbdülmәlik ibn
Mәrvanın bütün İslam dünyasına hakim olması idi.
Yezidin ölümündәn sonra bәzi xәlifәlәr hakimiyyәtә
gәldilәr. Müaviyә ibn Yezid üç aydan artıq hakimiyyәtdә
qalmadı. Ondan sonra Mәrvan ibn Hәkәm iki il, yaxud bir
142
qәdәr az xәlifә oldu. Ondan sonra Əbdülmәlik xilafәt taxtına
oturdu. O, Bәni-Ümәyyәnin әn bacarıqlı xәlifәlәrindәn biridir.
Onun haqqında deyiblәr ki, xәlifәlәrin әn qәddarı vә әn
iradәlisi olmuşdur.
1
Əbdülmәlik bütün İslam dünyasını әlә keçirib güclü qorxu
vә şiddәtlә qüdrәtli bir hökumәt yarada bildi.
Əbdülmәlikin dövlәtә tam nәzarәt etmәsi üçün onun
rәqiblәri mәhv edilmәli idi. Şiәlәrin nümayәndәsi olan Muxtar
ondan öncә Müsәb ibn Zübeyr tәrәfindәn öldürüldü. Amma
Əbdülmәlik Muxtar qiyamının vә digәr Şiә hәrәkatlarının
qalıqlarının da mәhv edilmәsini istәyirdi vә bu işi gördü. O
zaman şiәliyin әsas mәrkәzlәrindәn biri olan İraqda vә
xüsusәn dә Kufәdә şiәlik passiv hala salındı. (İslamın
keşikçisi, say 8)
64-65-ci illәrdә Tәvvabin qiyamı İraqın tutqun mühitindә
yeni ab-hava yaratsa da, onların hamılıqla şәhid edilmәsi Kufә
vә İraqda yenidәn qorxunu artırdı. Əmәvi rejiminin
düşmәnlәri olan Muxtar vә Müsәb ibn Zübeyr bir-biri ilә
vuruşandan, Mәkkәni әlә keçirmiş Abdullah ibn Zübeyr Əhli-
beyt tәrәfdarı olan Muxtara dözmәyәndәn vә Muxtar Müsәb
tәrәfindәn öldürülәndәn sonra bu qorxu vә vahimә bir az da
artdı, ümidlәr azaldı. Nәhayәt, Əbdülmәlik hakimiyyәtә
gәlәndә qısa müddәtdәn sonra bütün İslam dünyası Bәni-
Ümәyyәnin güclü hakimiyyәti altına keçdi vә Əbdülmәlik
iyirmi bir il qüdrәtlә hökmranlıq etdi.
Hәr halda, bu hadisәlәr Aşura ilә başladı, Hәrrә hadisәsi,
İraqda Tәvvabin qiyamının mәhvi, Muxtarın, İbrahim ibn
Malik Əjdәr Nәxәinin vә digәr Şiә böyüklәrinin şәhadәti ilә
davam etdi. Bunların şәhidliyindәn sonra şiәliyin iki әsas
mәrkәzi olan Mәdinә vә Kufәdә azadlıq hәrәkatları yatırıldı vә
İslam dünyasında şiәliyә qarşı güclü repressiya dalğası
başladıldı. İmamların tәrәfdarları son dәrәcә qürbәt vә
yalqızlıq içindә qaldılar. (İslamın keşikçisi, say: 8)
1
"Ənsab әl-әşraf", c. 7, sәh. 209
143
Bu qorxunun kәnarında başqa bir amil dә meydana çıxdı.
Bu amil bütün İslam dünyasında insanların düşüncә
tәnәzzülündәn ibarәt idi. Bu tәnәzzül son iyirmi ildә din
tәlimlәrinә qarşı diqqәtsizlikdәn irәli gәlirdi. İmam Əlinin (ә)
vәfatından sonrakı iyirmi ildә din tәlimlәri, Quran tәfsiri vә
İslam hәqiqәtlәri diqqәtdәn kәnarda qaldı, xalqın etiqadı vә
imanı çox zәiflәdi. O dövrdә yaşayan insanların hәyatını
mikroskop altına qoyanda, müxtәlif tarix vә rәvayәtlәrә
baxanda bu aydın görünür. Düzdür, alimlәr, qiraәtçilәr vә
hәdisşünaslar vardı, onlar haqda da danışacağam, lakin ümumi
xalq imansızlıq, zәiflik vә güclü etiqadi pozuntular içәrisindә
idi. Vәziyyәt elә hәddә çatmışdı ki, bәzi xilafәt adamları
nübüvvәti (peyğәmbәrliyi) sual altına salırdılar. Kitablarda
yazılanlara әsasәn, Bәni-Ümәyyәnin olduqca sәviyyәsiz vә
mәnfur mәmurlarından olan Xalid ibn Abdullah Qәsri deyirdi
ki, xilafәt nübüvvәtdәn üstündür. Buna dәlil dә göstәrirdi ki,
sizin ailәdә öz yerinizә canişin tәyin etmәniz yaxşıdır, yoxsa
onlara elçi vә qasid göndәrmәniz? Tәbii ki, öz evinizdә
qoyduğunuz şәxs sizin canişininiz, sizә daha yaxındır. Demәli,
Allahın xәlifәsi onun elçisindәn üstündür.
1
Onlar hәtta
Peyğәmbәr (s) xәlifәsi demirdilәr, Allahın xәlifәsi deyirdilәr.
Digәrlәri dә belә sözlәr deyirdilәr. Mәn Bәni-Ümәyyә
dövrünün şeirlәrinә baxanda Əbdülmәlikin dövründәn
etibarәn "Allah xәlifәsi" sözünün şeirlәrdә çox tәkrar
olunduğunu gördüm; belә ki, insan xәlifәnin Peyğәmbәr (s)
canişini olduğunu unudur. Bu, Abbasilәrin hakimiyyәtinә
qәdәr davam etdi. Hәtta xәlifәni pislәmәk istәyәndә dә
Allahın xәlifәsi deyirdilәr. O dövrün mәşhur şairlәri olan
Cәrir, Fәrәzdәq, Kәsir vә digәr yüzlәrlә mәşhur vә böyük
şairin şeirlәrindә xәlifәni mәdh edәrkәn Peyğәmbәr (s)
canişini deyil, Allah canişini sözü işlәdilirdi. Bu bir
nümunәdir. Xalqın hәtta dini әsaslara qarşı etiqadı belә
zәiflәmişdi. İnsanların әxlaqı da çox pislәşmişdi.
1
"Əl-Əxbar әt-tival", sәh. 346
144
Mәn Əbülfәrәcin әl-Əğani kitabını mütaliә edәrkәn bir
mәqama diqqәt yetirdim. O budur ki, tәxminәn yetmişinci
illәrdәn başlayaraq 50-60 il sonraya qәdәr İslam dünyasının әn
böyük xanәndә, musiqiçi vә әyyaşları ya Mәdinәdәndirlәr, ya
da Mәkkәdәn. Şamda oturmuş xәlifәnin könlünә nә zaman
musiqi düşsәydi, musiqiçi vә xanәndә istәsәydi, onun üçün
Mәdinәdәn,
yaxud
Mәkkәdәn
mәşhur
müğәnnilәr
göndәrirdilәr. Ən pis vә әn pozğun şairlәr Mәkkә vә
Mәdinәdә idi. Peyğәmbәr (s) vәhyinin nazil olduğu vә İslamın
doğulduğu yer fәsad vә pozğunluq mәrkәzinә çevrilmişdi.
Bizim Mәkkә vә Mәdinә haqda bunları bilmәmiz yaxşıdır.
Tәәssüf ki, bunlar mövcud әsәrlәrdә yazılmayıb, amma bir
reallıqdır. Mәn fәsad vә pozğunluğa dair bir nümunә demәk
istәyirәm.
Mәkkәdә Ömәr ibn Əbu Rәbiә adlı bir şair vardı. O,
pozğun vә çılpaq şeirlәr söylәyәn şairlәrdәn idi. Ömәr ibn Əbi
Rәbiәnin özü vә onların Mәkkәdә nә iş görmәsi uyğun dövrün
kәdәrli tarixinin geniş bir hissәsini әhatә edir. Rәvayәtçi nәql
edir ki, bu şair ölәndә Mәdinәdә ümumi matәm elan
olunmuşdu vә insanlar şәhәrin küçәlәrindә ağlayırdılar. Deyir
haraya gedirdimsә, gәnclәr, qadın vә kişilәr Ömәr ibn Əbi
Rәbiәnin öldüyünә görә heyfsilәnirdilәr. Gördüm ki, kiçik bir
kәniz bir iş dalınca gedir; mәsәlәn, bir vedrә götürüb su
gәtirmәyә gedir, amma bu halda göz yaşı tökәrәk hәmin şairin
öldüyünә görә ağlayır vә tәәssüflәnir. O, bir neçә gәncin
yanından keçәndә dedilәr ki, nә üçün bu qәdәr ağlayırsan?
Dedi ki, bu kişinin öldüyünә vә aramızdan getdiyinә görә. Biri
dedi ki, kәdәrlәnmә, Mәdinәdә başqa bir şair dә var: Xalid ibn
Mәxzumi. O bir müddәt Şam alimlәri tәrәfindәn Mәkkәyә
hakim dә tәyin edilmişdi. O da Ömәr ibn Əbu Rәbiә kimi
pozğun vә çılpaq şeirlәr yazan şairlәrdәn idi. Hәmin gәnc
sonra bu şairin şeirlәrindәn birini oxumağa başladı. Bu şeir әl-
Əğani kitabında qeyd olunmuşdur. Kәniz bir qәdәr
dinlәyәndәn sonra göz yaşlarını silib dedi ki, Allaha şükür
145
olsun, O Öz hәrәmini boş qoymadı, biri getdisә, yerinә başqa
birisi gәldi. Mәdinә әhalisinin әxlaqı bu vәziyyәtdә idi.
Siz Mәkkә vә Mәdinәnin gecә mәclislәri haqda çoxlu
әhvalatlar eşitmisiniz. Bunlar yalnız aşağı tәbәqәlәrә mәxsus
deyil, hamıya aiddir. Şair vә tәlxәk olan mәşhur әş-Şәb
Tәmma kimi ac vә zavallı dilәnçi, adi küçә vә bazar adamları,
hәmin kiçik kәniz vә onun kimilәr, elәcә dә Qüreyşin vә hәtta
Bәni-Haşimin adını çәkmәk istәmәdiyim mәşhur şәxslәrinin
övladları, Qüreyş gәnclәrindәn olan mәşhur şәxslәr, qadın vә
kişilәr bu pozğunluğa qәrq olmuşdular. Sözügedәn
Mәxzuminin әmirliyi dövründә onun sevdiyi Aişә bint Tәlhә
tәvaf edirdi. Azan verilәndә xanım xәbәr göndәrdi ki, de azan
vermәsinlәr vә mәn tәvafımı bitirim. O әmr etdi ki, әsr azanı
verilmәsin. Ona etiraz etdilәr ki, sәn nә üçün tәvaf edәn bir
qadından ötrü xalqın namazını gecikdirirsәn? Dedi ki, Allaha
and olsun, әgәr sabaha qәdәr tәvafını uzatsa da, azan vermәyә
qoymayacağam. O zaman vәziyyәt belә idi.
|