VİLAYƏTİ-FƏQİH 105
lazımdır ki, o çəliklə Fironun büsatını dağıtsın. Bu iş hər adamın əlindən
gəlməz. Həzrət Peyğəmbəri-Əkrəm peyğəmbərliyə seçildikdə, səkkiz
yaşında olan Həzrət Əmir (ə) və 40 yaşında olan bir qadın (Həzrət Xədicə)
ona iman gətirdi. Bu iki nəfərdən savayı bir kəsi yox idi. Hamı bilir ki, o
Həzrətə nə qədər əziyyət edirlər və ona düşmən olub müxalif çıxdılar,
lakin məyus olmadı, demədi ki: «köməyim yoxdur». Dayandı, güclü əzm
və ruhiyyə ilə risalətini yox dərəcəsindən bu səviyyəyə çatdırdı ki, hal-
hazırda 100 milyon insan onun bayrağının altındadır.
Şiə məzhəbi də sıfırdan başlandı. Həzrət Peyğəmbəri-Əkrəm onun
əsasını qoyan vaxt istehzalarla qarşılanmışdı. Camaatı yığıb qonaqlıq edib:
«Bu şəraitə malik olan şəxs mənim vəzirimdir» deyən vaxtda hələ həddi-
buluğa çatmamış, lakin böyük ruha, bütün dünyadan böyuk olan bir ruha
malik olan Həzrət Əmir (ə)-dan başqa heç kim ayağa qalxmadı. Bir nəfər
üzünü Həzrət Əbitalibə tutub istehza edərək «Bundan sonra oğlunun
bayrağı altına keçməlisən»-dedi.
1
Həzrət Əmir (ə) vilayətini camaata bildirdiyi gün, «bəxxin, bəxxin» -
deyə camaatın zahiri təbrik demələri ilə qarşılaşdı.
2
Amma müxalif
çıxmaqlar, elə oradan başlandı və davam etdi. Əgər Həzrət Rəsul (s)
Həzrət Əlinin ancaq şəriət məsələlərində mərcə etsəydi, heç kəs müxalif
olmazdı, amma canişinlik vəzifəsini Həzrətə verdikdə və müsəlmanların
hakimi elan edib İslam xalqının taleyini ona tapşırdıqda, bəziləri narahat
olub müxalif çıxdılar. Siz də əgər bu gün evdə oturub, ölkənin işinə
qarışmasanız, heç kəsin sizinlə işi yoxdur. O gün - ölkənin müqəddəratına
qarışsanız sizinlə işləri olacaq. Həzrət Əmir (ə) və şiələr ölkənin və
hökümətin işinə qoşulduqlarına görə bir o qədər əziyyətlər və müsibətlərə
məruz qalır, amma cihad və mübarizədən əl çəkmirdilər. Onların təbliğat
və mücahidlikləri nəticəsində bu gün təxminən 200 milyon şiə dünyada
yaşamaqdadır.