246
a) tam qlobal (avia sərnişin daşımaları,
kompyuter,
yarımötürücülər, dərman, avtomobil sənayesi, tikinti ma-
şınları, texniki plastmas);
b)qismən qlobal (kosmik uçuşlar, telekommunikasi-
ya, generatorların istehsalı, məsafədən
idarə olunan silah
növləri);
c) multimilli (süni sap istehsalı, poliolefinlər, elmi və
tibbi cihazlar, gübrələr, yeyinti məhsullarının
yenidən iş-
lənməsi);
d) milli (polad prokatını, sementi, pərakəndə ticarəti və s.).
Əmtəənin qloballaşma dərəcəsini qiymətləndir-
mək üçün, aşağıdakı göstəricilərdən istifadə etmək la-
zımdır:
- təklifin ixtisaslaşmış xarakteri;
- tələbin eynicinsliliyi;
- elmi-tədqiqatlara
çəkilən xərclərin çoxluğu;
- dünya masştabında rəqabət;
- məhsul istehsalında nou-xauların intensiv tətbiqi;
- mal və xidmətlərin bazara tətbiqinin qısamüddətli
olması və s.
Nümunə olaraq lokal bazara uyğunlaşdırılan qlobal
əmtəələrə «Microsoft» təşkilatlarının «Windows», «MS
Word», «MS Exsel» kimi əmtəələrini göstərmək olar ki,
onların çoxlu milli versiyaları
müxtəlif dillərdə mövcud-
dur. Bir çox cəmiyyətlər qlobal marketinq siyasəti qururlar
ki, bu da mal siyasətinin yerli və qlobal səviyyədə işlən-
məsinə əsaslanır.
Belə ki, İsveçin «Elektrolüks» firması «Elektrolüks
Now» seriyalı soyuducularını Rusiya bazarı
üçün xüsusi
olaraq istehsal etmişdir. İsveç ekspertlərinin fikrinə görə,
rus mətbəxləri üçün hündür və dar soyuducular optimal
hesab olunur.