Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə103/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   99   100   101   102   103   104   105   106   ...   126
beynelxalq-biznes

 
 
14.3. Beynəlxalq faktorinq 
 
Faktorinqin mahiyyətini belə izah etmək olar: İsteh-
salçı müəssisələr və ya topdansatış firmaları mallarını pə-
rakəndə satış obyektlərinə göndərir, ödəniş isə mallar sa-
tıldıqdan sonra yerinə yetirilir. Mağazaların əksəriyyətinin 
əvvəlcədən ödənişlə işləmək imkanı və həvəsi olmadığın-
dan malgöndərənlər pullarının qeyri – müəyyən vaxta qə-
dər qaytarılmasını gözləmək məcburiyyətində qalırlar. 
Hansı ki, onların ehtiyacı və marağı var ki, dövriyyə və-


253 
saitlərini mümkün qədər tez bərpa edib fəaliyyətlərinin 
inkişafına yönəltsinlər.
Belə bir şəraitdə onların köməyinə faktorinq fəaliy-
yəti ilə məşğul olan şirkət gələ bilər. Üçüncü tərəf kimi çı-
xış edən faktorinq şirkəti malların satıldığı müddətə mal-
göndərən firmanı onun ticarət şəbəkəsinə vermiş olduğu 
malların dəyərinin müəyyən hissəsi, məsələn 80%-i həc-
mində maliyyələşdirilir və əvəzində malgöndərən firma 
mağazaları mallar üzrə ödənişi faktorinq şirkətinə ödəyir. 
Yəni satış üçün malları almış mağazalar onların pulunu 
malgöndərənə deyil faktorinq şirkətinə ödəyirlər. Sonuncu 
ödəniş başa çatan gün faktorinq şirkəti qalan 20%-dən fak-
torinq faizini çıxmaqla qalıq məbləğini malgöndərən fir-
maya ödəyir.
Bu əməliyyatda malgöndərənə payladığı malların nə 
vaxt satılıb qurtaracağını gözləmədən, dövriyyə vəsaitini 
tam olmasa da, dərhal bərpa edir və yeni partiya mallar 
gətirmək imkanı qazanaraq, fəaliyyətini davam etdirir. 
Faktorinq (factoring ingilis dilindən tərcümədə agent, 
vasitəçi mənasını daşıyır) kommersiya banklarının, onların 
törəmə faktor firmalarının kiçik və orta firmalara, müş-
tərilərə göstərdikləri maliyyə xidmətinin bir formasıdır. 
Onun mahiyyəti ondan ibarətdir ki, faktor firma öz mü-
ştərisindən borcları almaq hüququnu alır, öz müştərilərinin 
borclarını hissə-hissə ödəyir. Daha doğrusu, borcların 70-
90%-ə qədərini ödəmə müddəti çatana kimi ödəyir. Bor-
cun qalan hissəsini isə müştəriyə onun borclusunun bütün 
məbləği qaytardıqdan sonra müəyyən edilmiş faizlər çıxıl-
maq şərtilə qaytarılır. Nəticədə faktor-firmanın müştərisi 
borcları tez qaytarmaq imkanı əldə edir və buna görə də 
faktor firmaya faizlər ödəyir. Faktorinq əməliyyatlarının 


254 
icra olunduğu şəraitdə müştəri öz borclusundan borcunu 
almaq hüququnu faktor firmaya verir. 
Faktorinq XVI əsrin sonlarında ticarət vasitəçilərinin 
apardığı əməliyyatlar kimi meydana gəlmiş və XVII əsrdə 
daha da inkişaf edərək fəaliyyət göstərmişdir. Beləliklə o 
kreditləşmə formasını almışdır. 
Faktorinq özünün klassik məna və variantında bank-
lar tərəfindən müştərisinin, borc öhdəliklərinin alınması 
vasitəsi ilə qısamüddətli kreditləşdirilmə fəaliyyətini həya-
ta keçirir. Bununla bağlı çoxistiqamətli, çoxsaylı əmə-
liyyatları əks etdirir. Müştərilərin borc öhdəlikləri hər şey-
dən əvvəl müştərinin mal-material və xammal, texnoloji 
maşın, avadanlıq, qurğular alması ilə, müştərinin ödəmələ-
rin mümkün riskləri ilə bağlı sığorta olunması ilə və s. sə-
bəbdən yarana bilər. 
Faktorinq əməliyyatların inkişaf etdikcə, faktorinq 
əməliyyatları ötən əsrin 60-cı illərindən başlayaraq təd-
ricən kommersiya kreditini sıxışdırıb çıxarmağa başladı. 
Ötən əsrin 80-ci illərindən etibarən faktorinq əməliyyatları 
daha sürətli inkişaf etməyə başlamışdır. Faktorinqin döv-
riyyəsi ötən əsrin son 10 ili ərzində Avropanın bir çox 
ölkələrində görünməmiş artıma malik olmuşdur: artım İs-
paniyada 15 dəfə, İngiltərə 8 dəfə, Fransada 7 dəfə, İta-
liyada 70 dəfə olmuşdur. 
Hər bir ölkədə faktorinq əməliyyatlarının inkişaf 
şərtləri, şəraiti ölkə iqtisadiyyatının özünəməxsus xüsusiy-
yətlərindən asılı olmuşdur. Faktorinqin bir sıra ümumi xü-
susiyyətləri, göstəriciləri və əlamətləri hər bir ölkədə eynidir. 
Beynəlxalq Xüsusi Hüququn Unifikasiyası İnstitutu 
1988-ci ildə "Beynəlxalq Faktorinq Haqqında Konven-


255 
siya" qəbul edərək faktorinqin əsas meyarlarını müəyyən 
etmişdir. Bura aşağıdakıları aid etmək olar:
- aktiv və işgüzar tələblərin əvvəlcədən ödəmə for-
masında kreditləşməsinin həyata keçirilməsi; 
- malgöndərənin mühasibat uçotunun, o cümlədən 
mal satışının və görülmüş işlərin və həyata keçirtdiyi xid-
mətlərin uçotunun aparılması; 
- malgöndərənin borclarının inkassoya qoyulması; 
- malgöndərənin kredit risklərindən sığortası. 
Beynəlxalq konvensiyaya görə yuxarıda sadalanan 
meyarlardan heç olmasa ikisinə uyğun gələn əməliyyat 
faktorinq əməliyyatı sayılır. Faktorinq sövdələşmənin işti-
rakçılarının tərkibindən və onun predmetindən asılı olaraq 
müxtəlif formalarda təzahür edir.

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin