Fərhadi Püstə azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə106/126
tarix15.06.2022
ölçüsü1,41 Mb.
#116968
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   126
beynelxalq-biznes

vencur layihələri 
 
Faktorinq şirkəti malgöndərənə dövriyyə vəsaitləri 
verməkdən başqa öz üzərinə risklərin sığortalanması, de-
bitorlarla üç (məhsul alıcısının ödəniş qabiliyyətinin yox-
lanılmasından tutmuş, ödənişlər gecikdirildikdə borcların 
alınmasınadək) və informasiya – təhlil xidməti göstəril-


260 
məsi, debitor borclarının vəziyyəti haqqında hesabatların 
verilməsi və s.üzrə öhdəliklər də götürülə bilər.
Faktorinq fəaliyyətə yeni başlayan surətlə inkişaf 
edən firmalar üçün olduqca əlverişlidir. Bu xidmətdən is-
tifadə edən firmalar inkişaf prosesində vəsait qıtlığı prob-
lemini aradan qaldırır və debitor borcları ilə məşğul olmaq 
kimi ağır bir işdən azad olurlar.
Dünya təcrübəsində, müştəri və faktorinq təşkilatı 
arasında bağlanmış müqavilə barəsində digər kənar şəxslə-
rin məlumatlandırılması səviyyəsinə görə faktorinqin açıq 
və qapalı formaları mövcuddur. 
Faktorinqin açıq forması. Bu forma ona görə belə 
adlandırılır ki, faktorinq əməliyyatlarında iştirak edən 
müştərinin kontragentləri faktorinq əməliyyatları barədə 
məlumatlandırırlar. Onlara çatdırılır ki, hansı tarixdən 
müştərinin hüququi vərəsəsi rolunu hansı faktorinq təş-
kilatı (bankın faktorinq şöbəsi və ya faktorinq şirkəti) oy-
nayır. Faktorinq təşkilatı üçün bankda xüsusi hesab açılır. 
Açıq faktorinq şəraitində müştəri borc öhdəliklərinin mü-
qavilədə nəzərdə tutulmuş məbləği qədər kredit alır və onu 
faktorinq təşkilatının hesabına ödəyir. Analoji olaraq fak-
torinq təşkilatı həmin vəsaitləri öz təyinatı üzrə istiqamət-
ləndirir. 
Faktorinqin qapalı forması. Bu forma ona görə 
belə adlandırılır ki, bu faktorinq əməliyaytının keçirilməsi 
barədə başqa heç kimə məlumat verilmir. Bu barədə məlu-
mata yalnız faktorinq müəssisəsi və müştəri malik olur. 
Bu əməliyyat zamanı pul vəsaitləri ödəyicilər tərəfindən 
adi ödəmələrdə olduğu kimi malgöndərən müştərinin he-
sabına daxil olur. Həmin müştəri isə vəsaitləri ona komis-
yon mükafatları əlavə etməklə faktorinq təşkilatının hesa-


261 
bına köçürür. Faktorinqin qapalı forması tətbiq edildiyi 
halda bu əməliyyat nəticəsində verilmiş kreditin ödənməsi 
prosesi bir qədər gecikir. Belə olduqda cari əməliyyatları 
yerinə yetirmək üçün faktorinq təşkilatı əlavə resurslara 
ehtiyac duyur, əlavə vəsaitlər cəlb etməyə məcbur olur. 
Bundan başqa, ödəmələr riski yüksəlir. Çünki hesablaşma 
hesabına vəsaitlərin daxil olduğu müştəriyə digər orqanlar, 
məsələn, vergi, pensiya fondu və müxtəlif kreditorlar tərə-
findən iddialar irəli sürülə bilər. Qeyd olunan amillər fak-
torinqin dəyərini yüksəldir, riskləri artırır. 
Dünya təcrübəsindən məlum olduğu kimi, ödəmələr 
riskinin səviyyəsindən asılı olaraq faktorinqin iki forması 
mövcuddur: 
1. Reqress (geri dönmə, qayıtma) hüququ ilə; 
2. Reqress hüququ olmadan. 

Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin