OTUZ SƏKKİZİNCİ DƏRS YƏHÜVƏH Həzrət Musadan əvvəl və sonra olan ilahi peyğəmbərlərin hamısında olduğu kimi,
həzrət Musanın da risalət və tə'limlərinin sərlövhəsində tövhid və yeganə Allaha
pərəstiş məsələsi dayanır. Həzrət Musa (ə)-ın risaləti ondan əvvəlki peyğəmbərlərin
davamında və İbrahim (ə)-ın tövhid ayininin əsasında bərqərar olmuşdur. Allah-taala
Qur'ani-Kərimdə buyurur:
«(Ya Məhəmməd!) Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi, sənə də vəhy göndərdik. Biz İbrahimə, İshaqa, Yə'quba və onun övladlarına, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy göndərdik. Biz Davuda da Zəburu verdik». Buna əsasən nübüvvət və peyğəmbərlik bir-biri ilə bağlı olan bir silsilədir və bütün
peyğəmbərlər insanları tövhidə də'vət etmişdir.
Musanın də'vəti də tövhidə və yeganə Allaha pərəstiş etməkdən ibarətdir. Qur'ani-
Kərim İbrahimin dilindən onun tövhid əqidəsində olduğunu bəyan etdikdən sonra,
onun nəslinin və övladlarının hidayət olunması ne'mətini də (o cümlədən Muasanın)
şərh edir. Allah-taala buyurur:
«Mən həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allah) şərik qoşanlardan deyiləm! Tayfası İbrahimlə mübahisəyə girişdi. İbrahim dedi: «Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiniz? Rəbbimin istədiyi hər hansı bir şey (bəla, müsibət) istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram. (Onlar mənə heç bir şey edə bilməzlər). Rəbbim hər şeyi öz elmi ilə ehtiva etmişdir. Məgər düşünüb öyüd-nəsihət qəbul etmirsinizmi? Allah sizə (ibadət edilməsi barədə) heç bir dəlil endirmədiyi bütləri Ona şərik qoşmaqdan qorxmadığınız halda mən niyə sizin şərik qoşduqlarınızdan qorxmalıyam? Əgər bilirsinizsə, (deyin görək) bu iki dəstdən hansı (qiyamət əzabından) əmin olmağa daha haqlıdır?