SeyiD ƏHMƏd mahmudi /j



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə2/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   2   3   4   5   6   7   8   9   ...   200
Dinlərlə tanışlıq

MÜQƏDDİMƏ 
İslamın əziz Peyğəmbəri (s) və mə'sum imamlar (Allahın salamı onlara olsun) 
Qur'anın elmi əsaslarını həyata keçirməklə cəmiyyətdə müqəddəs İslam dininin 
inqilabi və parlaq mədəni təməlinin əsasını qoymuşlar. O əzizlər maariflərini həyatda 
yaşatmaq və onun yayılması, tə'limi naminə bu işin ağır yükünü çiyinlərinə çəkməyə 
qüdrəti olanlardan heç nəyini əsirgəməmək üçün şəriətşünas, təmiz alimlər tərbiyə 
etmişlər. 
Müasir dövrdə də istismarçı və zülmkarların ruhanilik, dini təhsil ocaqlarının 
kökünü kəsmək və ya onların inkişafına, yüksəlişinə mane olmaq, doğru yollarından 
sapdırmaq üçün göstərdikləri təzyiqlərə rəğmən bu müqəddəs qurum əvvəlkitək 
möhkəm iradə və alnıaçıqlıqla öz inkişaf və yüksəliş yolunu davam etdirir. 
Bu qüdrətli elmi-dini mərkəz mövcud olduğu dövrdə müxtəlif nəsillərin ehtiyacını 
ödəmiş, bəşər tarixində dost və düşmənlərin sual və şübhələrinin aradan 
qaldırılmasına nail olmuşdur. Belə bir xüsusiyyəti isə o, daha çox mülayimlik, 
açıqlıq və novatorluq nümayiş etdirdiyi dövrdə kəsb etmişdir. 
Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə 
qiymətləndirilirlər: 
1 .İslam elm-maarifinin bütün sahələrinə diqqət yetirmək, bu sahələrin hər birində 
yorulmadan araşdırma aparmaq və davamlı sə'y göstərmək; 
2. Günün tələbinə uyğun və elmi inkişaf, novatorluq xüsusiyyətlərilə dərin 
düşüncə və qiymətli İslam mirası ilə əlaqəsinin qorunub saxlanılmasını özündə 
birləşdirəcək şəkildə tədris və dərsliklərin hazırlanma metodlarının mütəmadi olaraq 
yenidən nəzərdən keçirilməsi; 
3. Günümüzün problemləri ilə tanışlıq və Quranın elmi prinsiplərinə, möhkəm 
əqli əsaslara istinad etməklə şübhə və yeni yaranan ehtiyaclara zəmanənin tələbi ilə 
səsləşən və hətta onu da qabaqlayacaq bir səviyyədə cavab vermək məs'uliyyətini 
öhdəsinə götürmək. 
Belə bir şəraitdə, ölkə xaricində Dini-Elmi Müəssisələr Təşkilatı görkəmli 
tədqiqatçı və alimlərin əsərlərindən faydalanmaqla hazırladığı və təhsil, tədris 
metodları, dərsliklərin işlənməsini əhatə edən yeni təhsil planında aşağıdakı 
məqamları nəzərə almışdır: 
a. ) Hər bir dərs saatı üçün nəzərdə tutulan proqrama əsasən hər bir dərsin təhsil 
məqamlarına riayət olunması; 
b. ) Tədris pillələrinin hər birində tələbələrin elmi səviyyəsinin gözlənilməsi; 
s.) Bir semestrin dərslikləri arasında bağlılıq və mütənasibliyin gözlənilməsi, 
materialların keçilməsində yüklənmə və səthilikdən çəkinmək; 
d.) Dərsliklərin hazırlanma prinsiplərinə riayət etməli. 


12 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin