SeyiD ƏHMƏd mahmudi /j


“ - Biz bunlara (bütlərə) yalnız Allaha yaxın olmaqdan ötrü pərəstiş edirik”



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə5/200
tarix09.08.2022
ölçüsü1,35 Mb.
#117512
1   2   3   4   5   6   7   8   9   ...   200
Dinlərlə tanışlıq

“ - Biz bunlara (bütlərə) yalnız Allaha yaxın olmaqdan ötrü pərəstiş edirik”. Bu 
izahla əvvəldə dediklərimizi belə tamamlayırıq. Dinin iki əsas dayağı vardır: 
1. Varlıq aləminin sahibinə e'tiqad - yə'ni öz yenilməz qüvvət və qüdrəti ilə varlıq 
aləmini idarə edənə e'tiqad. 
2. Bu e'tiqaddan doğan tələblərə əməl etmək və onun mütləq varlıq sahibinə 
mə'bud, rəbb adı ilə tə'zim və pərəstiş etmək - bu yolla onun razılığını qazanıb, 
maddi-mə'nəvi ehtiyaclarımızı təmin etmək. 
SUALLAR 
1. “Dinin” lüğəvi mə'nası nədir? 
2. “Dinin” terminoloji mə'nası nədir? 
3. “Dinin” əsas kökləri hansılardır? 
4. Bütün dinlərdə Allaha e'tiqad inancı vardırmı? 
5. Bütün dinlərdə pərəstiş və ibadət ayini vardırmı? 


16 
İKİNCİ DƏRS 
DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ (1) 
1. İnsan dinə, məzhəbə və Allaha e'tiqad bəsləməyə necə meyl göstərmişdir? 
2. İnsanların dinə yönəlməsində cəhalət, qorxu və ictimai-əxlaqi ehtiyaclar nə 
kimi tə'sir göstərmişdir? 
Dini anlayışlar və bu barədə aparılan araşdırmalar baxımından hər bir din 
tədqiqatçısı və sosioloqun qarşılaşdığı ilk sual bundan ibarətdir: Tarix boyu hansı 
amillər insanların dini düşüncələrə yönəlməsinə səbəb olmuşdur? Görəsən insanı 
dinə, mə'nəviyyata, təbiətin fövqündə olan həqiqətlərin axtarışına vadar edən 
səbəblər daxili bir amil və ehtiyac hissindən doğmuşdurmu? Və yaxud o, digər 
amillərin, ümumiyyətlə onun ixtiyarında olmayan səbəblərin tə'siri ilə bu kimi 
inancları qəbul etmək məcburiyyətində qalmışdır? Bundan əlavə, din elə ilk 
dövrlərdən insanla birlikdə yaranmışdır, yoxsa onu insanlar yaratmışdır? Qısa 
şəkildə desək, “din necə formalaşmışdır?” sualı din sahəsində çalışan hər bir 
tədqiqatçı alimin və sosioloqun rastlaşdığı ilk sualdır. 
Tarixçilər və din tədqiqatçıları tərəfindən bu kimi suallara cavab verilərkən insanın 
dinə və dini meylliliyə yönəldən səbəblər barədə bir-birindən fərqli nəzəriyyələr irəli 
sürülmüşdür. Bu və gələn dərslərdə məhz həmin mövqeləri araşdırıb, mühüm 
nəzəriyyələri tənqid və təhlil edəcəyik. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin