19
nəzəriyyəyə əsasən, insanın qorxu yaradan amillər barədə mə'lumatı nə qədər artsa,
imanı da bir o qədər azalmalıdır. Halbuki bu mətləb real gerçəkliyin əksinədir.
2. Başqa əsaslı bir irad budur ki, bu nəzəriyyəni irəli sürənlər öz tədqiqatlarının
bünövrəsini ibtidai dinlər üzərində qurmuşlar. Xatırladırıq ki, əvvəla bu dinlər
barəsində tam aydın bir təsəvvür və dəqiq mə'lumat mövcud deyildir; bu barədə
söylənilənlərin əksəriyyəti sırf fərziyyə və güman əsasındadır. İkincisi, bu kimi
dinlər əsas e'tibarilə mütərəqqi və yetkin dinlərdən hesab olunmurlar; cəhalət,
mövhumat və xurafatla qarışmış inanclar silsiləsindədir. Bu sahədə tədqiqat aparan
alimlər öz elmi araşdırmalarını İslam dini kimi ağıl və məntiq əsasında olan kamil
bir din üzərində qursalar, alınan nəticələr tamamilə fərqli olacaqdır.
3. İkinci bənddə qeyd olunanlara diqqət yetirsək mə'lum olar ki, qorxu
nəzəriyyəsini irəli sürən sosioloqlar, tarixçilər və din tədqiqatçıları onu yalnız bir
nəzəriyyə olaraq qəbul etmişlər. Buna görə də hansısa bir müddəanın isbatında
ondan elmi bir mətləb kimi istifadə etmək olmaz.
Samuel Kinq bu barədə deyir: “ - Dinlərin mənbə və mənşəyi müəmmalarla
örtülmüşdür. Bu barədə alimlər saysız-hesabsız nəzəriyyələr irəli sürmüşlər ki,
onlardan yalnız bə'ziləri ağıl və məntiqlə uyğundur; hətta ən yaxşı nəzəriyyələr belə,
elmi cəhətdən isbat olunmamışdır; fərziyyə olaraq söylənən bu fikirlər məntiqi
təsəvvür dairəsindən bir addım belə önə keçə bilməmişdir. Buna görə də sosioloqlar
arasında dinlərin mənbəyi ilə əlaqədar kəskin fikir ayrılığı mövcuddur.”
Dostları ilə paylaş: