sahədə Allaha əqidənin yaranmasına şərait yaradır.” Bu nəzəriyyəni araşdırarkən iki məsələyə diqqət yetirmək lazımdır:
1. Burada din haqqında söylənən bütün faydalı tə'sirlər qəbul olunur. Şübhə
yoxdur ki, dini e'tiqadlar insanın psixoloji və ictimai əzab-əziyyətlərinin
azaldılmasında özünəməxsus rol ifa edir. Allaha e'tiqadlı olan bir kimsə təklikdən
əzab çəkib ruhi narahatlıq keçirmir, iman və e'tiqadı sayəsində əmin-amanlıq,
rahatlıq hiss edir. Amma tə'sirlə məqsədi bir-birinə qarışdırmaq olmaz. İnsan həmişə
müəyyən bir işi xüsusi bir məqsədlə yerinə yetirə bilər, amma o işin digər bir müsbət
və mənfi tə'siri də ola bilər və bu, ilkin məqsədə diqqət yetirmədən yaranar. Din
haqda qəbul etdiyimiz tə'sirlər Allahı tanıma və ona e'tiqaddan sonra hasil olur.
Amma Allaha e'tiqad bəsləməkdə məqsəd tamamilə başqa bir şeydir.
2. Eynşteyn eşq və arzunu insanın bütün həyati fəaliyyətlərinin yeganə
hərəkətverici amili hesab edir və bu iki amildən kənarda olan digər məqsədləri qəbul
etmir. Mə'lum məsələdir ki, o öz müddəasına dəlil gətirməmişdir. Deməli, onun
sadəcə fərziyyə və iddia olaraq söylədiyi məsələdən yaranan nəticəni qəbul etmək
olmaz.
SUAL VƏ TAPŞIRIQLAR 1. Nə üçün cəhaləti dinə yönəlmənin əsas amillərindən biri hesab etmək olmaz?
2. Qorxu nəzəriyyəsini qısa şəkildə izah edin və onun iradlarını bəyan edin.
3. Allaha e'tiqadın əsas mənşəyi kimi irəli sürülən əxlaqi-ictimai ehtiyaclar
hansılardır?
4. Əxlaqi-ictimai ehtiyaclar nəzəriyyəsinə deyilən iradlar nədən ibarətdir?
Cəhalət nəzəriyyəsini qısa şəkildə bəyan edin.
21
ÜÇÜNCÜ DƏRS DİNƏ MEYLİN SƏBƏB VƏ MOTİVLƏRİ (2) 1. İqtisadi amillərin və cinsi ehtiyacların dinin formalaşmasında nə kimi rolu olmuşdur?